Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin vaksinasiyasına başlanılır - BU GÜNDƏN

Baxış sayı:
782

Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunur.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib.

İndiyədək ölkədə koronavirus infeksiyasına qarşı 482 664 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir.