Terrorçular "Barış pınarı" zonasına girməyə çalışdı, məhv edildilər... - TÜRK ORDUSUNDAN MÖHTƏŞƏM ƏMƏLİYYAT

Baxış sayı:
745

Suriyanın şimalında "Barış pınarı" və "Fərat qalxanı" əməliyyatı zonalarında PKK terror təşkilatının Suriya qanadı YPG-nin üç silahlısı zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. Nazirlikdə qeyd ediblər ki, iki terrorçu "Barış pınarı" zonasına girməyə çalışıb, daha bir silahlı "Fərat qalxanı" əməliyyatının keçirilməsinin zonasına hücum planlaşdırıb. Terrorçular vaxtında aşkar ediliblər və Türkiyə Xüsusi Təyinatlı Qüvvələrinin dəstəsi tərəfindən zərərsizləşdiriliblər.

Qeyd edək ki, 1984-cü ildə meydana çıxan PKK Türkiyədə bir sıra cinayətlər həyata keçirib.