Ankara - Vaşinqton xəttində intensiv diplomatiya

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Tramp ilə apardığı telefon danışığından sonra Suriya məsələsində tərəflər arasında razılıq əldə olunub.
Ankara-Vaşinqton xəttində son iki ayda olduqca intensiv diplomatik danışıqları baş verir. Xüsusən dekabr ayından bu yana həyata keçirilən telefon danışıqları Suriyada "Fəratın şərqi" məsələsinin taleyini həll edib.
Donald Trampın əvvəllər "çəkilirik" dediyi, sonra isə təhdid ünsürü olaraq istifadə etdiyi ABŞ-ın “Fəratın şərqi” siyasəti, dünən etibarilə dəqiqləşib.
İKİ AYDA 5 GÖRÜŞ
ABŞ ilə Türkiyənin razılaşdığı Suriya və Fəratın şərqi məsələsi son iki ayda aparılan intensiv diplomatiyaya əsaslanır. 1 dekabrda gerçəkləşən G-20-də ikitərəfli görüşü ilə başlayan diplomatik danışıqlar, öz növbəsində 14-24 dekabr ilə 15-20 yanvarda həyata keçirilən telefon görüşmələri ilə öz məntiqi məcrasına çatıb.
RAZILIĞA GƏLİNİB
İki lider arasında aparılan telefon danışıqlarının sonuncusu dünən keçirilib. Vaşinqton Ankara ilə bölgədən çəkilməsindən sonra Münbiçi dövr etməyə razılaşarkən, regiondakı terrorla mübarizə mövzusunun da fasiləsiz davam etməsi istiqamətində fikir birliyinə varıb.
Prezident Ərdoğan Türkiyənin Münbiç regionunda təhlükəsizliyi vaxt itirmədən təhvil almağa hazır olduğunu, PKK və PKK-nın Suriyadakı çıxıntılarının Suriyanın şimal-şərqdə yerləşib, stabilliyi pozmağa yönəlmiş terror aksiyalarına icazə verilməyəcəyini vurğulayıb.
AĞ EVDƏN AÇIQLAMA
ABŞ prezidenti Donald Trampın Ərdoğanla telefon danışığı ilə bağlı Ağ Evdən açıqlama verilib.
Prezident Ərdoğanın ABŞ prezidenti Trampa Münbiçdəki hücumda həyatını itirən Amerikan vətəndaşları üçün başsağlığı verdiyi qeyd edilən açıqlamada, bu ifadələrə yer verilib: "Prezident Tramp Suriyada qalan terror ünsürlərinin məğlub edilməsinin önəmini qeyd edib. İki lider Suriyanın şimal-şərqi üçün qarşılıqlı olaraq təhlükəsizlik narahatlıqlarını aradan qaldıracaq bir həllin tapılması mövzusunda razılaşıb. İki lider həmçinin ABŞ ilə Türkiyə arasındakı ticarət əlaqələrinin genişləndirilməsinin hər iki ölkənin də mənfəətinə olduğu məsələsini də müzakirə edib".
Müxalifət.az




















