Axtarış

The search found 106385 results in 0.015 seconds.

Search results

  1. "Bizi qarşısında görmək istəyən buyursun..." - Ərdoğan

    Kimsə bu ölkəni yenidən yarım əsr əvvələ qaytarmağa həvəsli olsa, qarşısında öncə bizi görəcək.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında bildirib.
    "Ölkəmizi dünyanın ən güclü 10 iqtisadiyyatı arasına yüksəldəcək, yeni nəsillərə 2053 və 2071 proqramlarımızı əmanət edəcəyik", - Ərdoğan söyləyib.
     

    Muxalifet3 - 21-01-2019

  2. ​Ukrayna prezidenti olmaq istəyən azərbaycanlı ilə bağlı yeni xəbər

    Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, MSK həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.
    Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.
     

    Muxalifet3 - 21-01-2019

  3. ​OPEK-dən Azərbaycan hesabatı - Proqnozlar

    2019-cu ildə Azərbaycanda neft hasilatı həcmi ötənilki səviyyədə qalacaq və orta hesabla 0,8 milyon barrel/sutka təşkil edəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə OPEK-in hesabatında bildirilib.
    Hesabatda qeyd olunur ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, Azərbaycanda 2018-ci ildə orta hesabla 792 min barrel/sutka neft və kondensat hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 2 faiz çoxdur.

    Muxalifet3 - 21-01-2019

  4. ​Kaliforniyadan Trampa rəqib oldu: Prezident seçkiləri

    ABŞ-ın Kaliforniya ştatını Senatda təmsil edən senator Kamala Harris prezidentliyə namizədliyini verəcək. Muxalifet.az xəbər verir ki, bu barədə Harris özü açıqlama verib. Harris bərabərlik uğrunda mübarizə aparmaq niyyətində olduğunu və rəsmi olaraq seçki kampaniyasına yanvarın 27-də başlayacağını bəyan edib. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2020-ci ildə baş tutacaq.

    Muxalifet3 - 21-01-2019

  5. ​Məşhur investordan şok: Elə bir böhran olacaq ki... - ABŞ, Çin...

    2008-ci ildə baş verən qlobal iqtisadi böhrandan daha betəri gəlir. Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-da yaşayan məşhur investor Cim Rocers çıxış edib. "Yalnız ABŞ Mərkəzi Bankı son 10 ildə yatırdığı sərmayəni 500 faiz artırıb. On illərdir ki, borcu olmayan Çinin də artıq borcu var. Növbəti böhran uzun zamandır bazarda olan bəzi təşkilatları yox edəcək. Dünyanın ən sağlam iqtisadiyyatları belə çətinlik çəkəcək. Bu üzdən növbəti süqut mənim həyatımdakı ən pis böhran olacaq. Bütün böyük ölkələr əziyyət çəkəcək. ABŞ problem yaşayacaq.

    Muxalifet3 - 21-01-2019

  6. ​Pivəyə görə hədə-qorxu gələn şəxslər cəzalandırıldı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Emin Mərdanov  Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
    Muxalifet.az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
    Hökmə əsasən, hər iki şəxs iki il müddətinə azadlıqdan məhrum edilib.
    Qeyd edək ki, E. Mərdanov və E. Hüseynov Bakıda tanışları Sədyar Salayevi hədələyərək, ondan 15 min manat pul tələb ediblər.

    Muxalifet3 - 21-01-2019

  7. ​Sərkisyan qətliamda iştirakını açıq şəkildə elan edirdi - Deputat

    Hər bir ölkədə keçirilən seçkilər həmin dövlət, eləcə də ona qonşu ölkələr üçün ciddi hadisədir. Region dövlətləri olaraq Gürcüstan və Ermənistandakı vəziyyət Azərbaycan üçün çox önəmlidir. Gürcüstanda ilk qadın prezidentin seçilməsi münasibətilə gürcü həmkarlarımı təbrik edirəm.
    Muxalifet.az xəbər verir ki, bu fikri AŞPA-nın qış sessiyasında Büro və Daimi Komitənın fəaliyyətinə dair hesabatla bağlı müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib.

    Muxalifet3 - 21-01-2019

  8. ​Röyanın 20 Yanvar paylaşımı qalmaqal yaratdı – Foto

    Muxalifet.az axsam.az-a istinadən xəbər verir ki, Əməkdar artist Röya Ayxanın İnstaqramda 20 Yanvar faciəsi ilə bağlı etdiyi paylaşım qalmaqala səbəb olub. Müğənni sosial media hesabında “Mənim üçün bu gün unudulmur, çünki canlı yaşadım, atamın qollarını qanlı gördüm. Unudulmazdır, çünki neçə ailə başsız qaldı. Oxuduğum hər sevgi hekayəsində İlhamla Fərizə var idi, qərənfil o gündən çiçəklərin ən gözüyaşlısı oldu” sözlərini yazıb. Lakin ifaçının yazısında hərf səhvinə yol verərək, “Fərizə” sözünü “Fəridə” yazması sosial şəbəkə istifadəçilərini qıcıqlandırıb.

    Muxalifet3 - 21-01-2019

  9. ​Çavuşoğlu Pompeo ilə görüşdü: SON DURUM

    Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşüb.
    Muxalifet.az xəbər verir ki, görüşdə Suriyadakı son durum müzakirə edilib.
     

    Muxalifet3 - 21-01-2019

  10. ​İsraildən İrana: Yolunu azmısan, buradan gedəcəksən - Foto

    İsrail ordusu İranla bağlı xəritə paylaşıb.
    Muxalifet.az xəbər verir ki, İran və Suriya torpaqlarının işarə edildiyi xəritədə Tehrana "Hər halda yolunu azmısan, buradan gedəcəksən", - mesajı ünvanlanıb.
    Qeyd edək ki, ötən gün İsrail Baş naziri Benyamin Netanyahu İranın Suriyanı tərk etməsi üçün əllərindən gələni edəcəklərini bəyan edib.
     

    Muxalifet3 - 21-01-2019

  11. ​GMO məhsulları Azərbaycana haradan gətirilir?

    Genetik modifikasiya olunmuş (GMO) məhsullarla mübarizə daha da gücləndirilməlidir və ölkədə mövcud qanunvericiliyə uyğun olaraq aparılmalıdır.
    Muxalifet.az xəbər verir ki, bunu trend -ə Azad İstehlakçılar İttifaqının sədri Eyyub Hüseynov deyib.
    E.Hüseynovun sözlərinə görə, ölkədə GMO məhsullarını qadağan edən hüquqi sənədlərin qəbul olunmasına baxmayaraq, bu cür məhsullar hələ də bazarda mövcuddur:

    Muxalifet3 - 21-01-2019

  12. ​Xəzərdə tufan: Neft Daşlarında meydança dağıldı

    17-18 yanvar tarixlərində hava şəraitinin kəskinləşməsindən sonra dəniz yataqlarında normal iş rejimi artıq bərpa olunub. Kəskin hava şəraiti ilə əlaqədar proqnozlara uyğun daha əvvəl təxliyə edilən 2500-dən çox SOCAR əməkdaşı hazırda dənizdəki iş yerlərinə qaytarılıb. Muxalifet.az xəbər verir ki, hava şəraitinin sabitləşməsindən sonra dəniz yataqlarında qasırğanın yaratdığı fəsadların araşdırılması və qiymətləndirilməsi davam etdirilir. Bu ana gədər toplanmış məlumatlara əsaslanaraq məlum olub ki, önləyici tədbirlər insan tələfatının qarşısını alıb və iqtisadi itkiləri minimuma endirib.

    Muxalifet3 - 21-01-2019

  13. ​Ərdoğanın Rusiya səfərinin – Proqramı

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 yanvarda Rusiyada işgüzar səfərdə olacaq. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından məlumat verilib. Məlumatda Ərdoğanın Rusiya lideri Vladimir Putinlə görüşəcəyi bildirilib. Proqram çərçivəsində iki ölkənin nazirləri və rəsmilərinin iştirakı ilə heyətlərarası görüş keçiriləcək. Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətlərlə yanaşı, Suriya böhranı, eləcə də bəzi regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.

    Muxalifet3 - 21-01-2019

  14. ​Azərbaycanda oğlan çox doğulur, yoxsa qız? - Statistika

    2018-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 127 min 681 doğulan körpə qeydə alınıb.
    Bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
    Bu göstərici əhalinin hər 1000 nəfərinə 14,2 təşkil edib. Körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.
    Doğulan körpələrdən əkizlərin sayı 2462, üçəmlərin sayı isə 108 olub.
     

    Muxalifet3 - 21-01-2019

  15. “Qaşıqçı cinayətinin üstünü örtməyə çalışan ölkələr var” - Çavuşoğlu

    Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürülməsi ilə bağlı açıqlama verən Çavuşoğlu, "Qaşıqçı cinayətində biz cəbrli, itidallı və hüquqi davrandıq. Həm də ağıllı tərpəndik. Bu cinayətin işıqlandırılması ilə bağlı çətinlikləri bilirik. Bir tərəfdən əlimizdəki məlumatları paylaşarkən, bir də heç məlumat paylaşılmayan proses var Səudiyyə Ərəbistanında. Bir tərəfdən bu hadisəni bağlamağa çalışan Qərb ölkələri var. Mətbuat azadlığı deyənlərin indi necə susduğunu görürük. Biz sona qədər gedəcəyik. Beynəlxalq istintaq üçün lazım olan addımları atacağıq.

    Muxalifet3 - 22-01-2019

  16. ​Azərbaycanda boşananların SAYI AÇIQLANDI

    2018-ci ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 56 min 888 nikah və 13 min 655 boşanma halları qeydə alınıb.
    Muxalifet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

    Muxalifet - 22-01-2019

  17. ​Mirqafar Seyidov: "Mitinqlərə icazə verilməməsi ilə bağlı vəsatət qaldıracağam"

    Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov "Report"a müsahibəsində AXCP sədri Əli Kərimlinin iddialarına cavab verib.
    -Cənab general, Milli Şuranın keçirdiyi son mitinqdən sonra əsas təşkilatçılardan olan AXCP sədri Əli Kərimli müsahibə verərək hakimiyyət orqanlarının guya qorxuya düşdüklərini və buna görə də polis naryadlarının paytaxtın hər yerində səfərbər olduğunu iddia edir. Onun bu fikirlərinə Sizin münasibətiniz necədir?

    Muxalifet - 22-01-2019

  18. Çavuşoğlunda “Suriya” siyasəti haqda açıqlama

    Suriyada baş verən proseslərə yönəlik birmənalı mövqe nümayiş etdirdiklərini dilə gətirən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, "Dünyada problemlər var. Problemləri sadalayanda pessimizmə qapıla biərik, amma imkanlar da var. Hər problemin bir həlli var. Problemləri görmək lazımdır, çarəsini də axtarmaq lazımdır. Hadisələrə obyektiv baxmaq lazımdır. Biz Suriyada niyə hər kəsin etibar göstərdiyi bir aktyor halına gəldik? Çünki Suriya siyasətimiz son dərəcə dəqiqdir, gizli gündəliyimiz yoxdur. İstədiyimiz sülh, əmin-amanlıq, sabitlikdir. Çox aktyor var.

    Muxalifet3 - 22-01-2019

  19. Erməni mafiozlara qarşı əməliyyat: Həbslər var - Video

    Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib. Xəzər Xəbər-in məlumatına görə, erməni cinayətkar şəbəkəsinin dünyanın müxtəlif ölkələrindəki fəaliyyəti ilə bağlı çoxsaylı faktlara daha biri əlavə olunub. Bu dəfə Fransa polisi "Avropol"un köməyi ilə Avropada iri erməni mafiya qruplaşmasına qarşı xüsusi əməliyyat keçirib. Cinayətkarların ələ keçirilməsi məqsədilə Fransa ərazisində 27 evdə xüsusi axtarış-yoxlama əməliyyatı aparılıb. Bu zaman qruplaşmanın yüksək rütbəli üzvlərinin də olduğu, əsasən, ermənilərdən ibarət 21 nəfər həbs edilib.

    Muxalifet - 22-01-2019

  20. Münbiçdə ABŞ əsgərlərini terror etməklə hansı mesajı verirlər?

    Suriyanın Münbiç şəhərində ard-arda ikinci dəfə ABŞ əsgərlərinə qarşı terror partlayışı törədildi. Hər iki terror aksiyasını da İŞİD üzərinə götürdü. Bir çox məqamları şübhəli görünən terror hadisələrinə Azad Suriya Kürdləri Dərnəyinin sədri Abduləziz Temo da münasibət bildirib.
     

    Muxalifet3 - 22-01-2019

Pages