ABŞ-dan İrana “əsir” xəbərdarlığı

Baxış sayı:
8656

ABŞ-ın xarici işlər naziri Pompeo 1979-cu ildəki girov böhranına istinadla Twitter hesabından açıqlama verib.
 
 Pompeo, "40 il əvvəl bu gün İrandakı ifratçı qüvvələr 444 gün girov saxladıqları 52 Amerikalı diplomatı sərbəst buraxdılar. İran bu gün hələ də günahsız Amerikalıları girov saxlayır" deyib.
İran lideri Ayətullah Əli Xamneyi, İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Cavad Zərifin Twitter hesablarına "mention" atan Pompeo, "İran Bob Levinson, Xiyue Wang, Baquer və Siamak Namazi ilə digər girovları azad etməlidir" deyə bildirib.
ABŞ ilə İran arasındakı münasibətlər gərgin bir şəkildə davam edərkən Prezident Donald Tramp, Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton və Pompeonun İran əleyhinə açıqlamaları diqqət çəkir.
Qeyd edək ki, son olaraq İranın kosmos peyk göndərməsinə istinad edən Pompeo, "Tehran rəhbərliyinin Orta Şərq və Avropanı təhdid edən qitələr arası idarə olunan raket əldə etmək istədiyini" irəli sürmüş, İran isə ABŞ-ın açıqlamalarının qəbul edilməz olduğunu bəyan etmişdi.
Müxalifət.az