Axtarış
The search found 105705 results in 0.1 seconds.
Search results
İki uşaq anası intihara cəhd etdi – 21 DƏRMAN İÇDİ
Zaqatalada iki uşaq anası dərmandan zəhərlənib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, sentyabrın 17-i axşam saat 18:30 radələrində rayonun Muğanlı kənd sakini, iki uşaq anası olan, 1990-cı il təvəllüdlü Cəmilə Sabir qızı Musayevə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
Həkim müayinəsi zamanı Cəmilə Musayeva əsəbiləşdiyi üçün müxtəlif adlarda 21 dərman həbi içdiyini bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmilə Musayevanın vəziyyəti həkim müdaxiləsindən sonra stabilləşib.Muxalifet - 18-09-2016
Ərdoğan sabah ABŞ-a gedir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da ABŞ-a gedəcək.
Türkiyə KİV-i xəbər verir ki, Ərdoğan 19-22 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 71-ci sammitində iştirak edəcək.(aznews.az)
Muxalifet - 18-09-2016
Müsavat Partiyası bu gün mitinq keçirəcək
Bu gün Müsavat Partiyası mitinq keçirəcək.
Qeyd edək ki, mitinqin keçirilməsinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılıq verilib.
Mitinq bu gün saat 15:00-da başlayacaq və 17:00-dək davam edəcək.
Mitinqin Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") keçirilməsi planlaşdırılıb.Muxalifet - 18-09-2016
Musavat “Yaşasın Respublika!” şüarı ilə mitinq keçirdi
FUAD ƏLİ: - Bu konstitutsiya dəyişikliyi ilə Əliyevlər ailəsi qeyri resmi
olaraq öz manarxiya hakimiyyətlərini quracaqlar
Muxalifet - 18-09-2016
Tramp müsəlman mühacirdən ianə qəbul edib... - MÜSƏLMANLARIN ABŞ-a GİRİŞİNƏ QARŞI OLSA DA
ABŞ-da respublikaçıların prezidentliyə namizədi müsəlman imiqrantların ABŞ-a gəlməsinə qadağa qoyulmasını təklif edir. O, əminliklə bildirir ki, Yaxın Şərqdə qaçqın düşənlərin çoxu özünü İslam Dövləti adlandıran terrorçu qrupun üzvləridir. Donald Tramp deyir ki, qeyri-qanuni miqrasiyanın qarşısını almaq, narkotik ticarətçilərini ölkəyə buraxmamaq lazımdır. O təklif edir ki, ABŞ-Meksika sərhədlərində “böyük, gözəl” bir divar tikilsin.
Muxalifet - 18-09-2016
Mitinqdə saxlananlardan bir qismi hələ buraxılmayıb
Milli Şuranın 17 sentyabr mitinqindən sonra 37 nəfər saxlanılaraq Yasamal polisinə aparılıb.
Hurriyyet.org xəbər verir ki, bu haqda AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib. Onun sözlərinə görə, 4 nəfər 28-ci polis bölməsində, 4 nəfər 29-cu bölmədə saxlanılır. Digər 4 nəfər isə 26-cı bölməyə aparılıb. Onlardan 5-i sonradan buraxılıb. Saxlananlardan AXCP Gənclər Komitəsinin üzvləri Ruslan Qarayev, Elton Əliyev, Toğrul İbrahim, İlkin İsmayıllı, Nuru Nuruzadə hələ də buraxılmayıblar.Muxalifet - 18-09-2016
“Rus diplomatların azı 30 faizi casusdur” – XÜSUSİ XİDMƏT ORQANLARINDAN AÇIQLAMA
Rusiya casusları Çexiyada rahat nəfəs alırlar?
Rusiya kəşfiyyatının fəallığını artırması Çexiyada narahatlıq doğurur. Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin (BIS) hesabatından bu nəticəyə gəlmək olar. "Rusiyanın Çexiya Respublikasının daxili işlərinə təsir mexanizmləri" adıyla "European Values" araşdırma mərkəzinin hazırladığı təhlil də həmin qənaətə əsas verir.
“Rusiya diplomatlarının, azı, 30 faizi casusdur”
Muxalifet - 18-09-2016
Mənim BORÇALI davam
İnsanın daha çox sevdiyi bir yer haqqında dilimizdə gözəl bir ifadələr var: “Elə bil göbəyin basdırılıb ” və ya “Elə bil bura dədəyin başı basdırılıb” ... Görünür, Borçalıma hədsiz bağlılığımın 1-ci səbəbi budur. Ağlım kəsməyə başlayanda o zaman texnologiyanın ən böyük yeniliyi olan radioda eynən danışdığım dildə danışanları eşitdim. Məlum oldu ki, bu dildə danışan Bakı, gündə bir dəfə saat 19.30-dan 20.00-a qədər Tiflis və Təbriz radioları imiş. Daha sonra tələffüzü nisbətən fərqli olsa da, sözlərin çoxu eyni olan Türkiyə radiosunu dinləməyə başladım.
Muxalifet - 19-09-2016
Avropa İslam Şurasının İnsan Hüquqlarının İslam Bəyənnaməsi
Redaksiyadan: Tanınmış hüquqşünas Məmmədxan Əzizxanlının təqdimatı ilə Avropa İslam Şurasının İnsan Hüquqlarının Universal İslam Bəyənnaməsini “Hürriyyət”in oxucuları ilə bölüşürük. Bəyannaməni Azərbaycan türkcəsinə Xatirə çevirib:
Muxalifet - 19-09-2016
Gürcüstanda ana dilimizə yeni təhlükə yaranıb
Rəsmi olmayan məlumatlara görə, Sovet İttifaqı dağılanda Gürcüstanda 180 Azərbaycan dilində təhsil verən məktəb var idi. 25 il sonra isə bu məktəblərin sayı yarıba-yarı azalıb. Bunun əsas səbəbi kimi ötən 25 ildə çeşidli səbəblərdən soydaşlarımızın bir hissəsinin Gürcüstandakı dədə-baba yurdlarını tərk etməsidir.
Muxalifet - 21-09-2016
Səfər Əbiyev "rus qafalı"ların hədəfində: SADIKOVU RUSİYAYA NƏ BAĞLAYIR
Son zamanlar mətbuat orqanlarında keçmiş müdafiə naziri Səfər Əbiyev barədə müxtəlif ittihamlar irəli sürülür. Onun nazir olduğu dövrdə “mənimsədiyi” var-dövlətin gah Çexiyada, gah Macarıstanda, gah da off-şor zonalarda saxlanıldığı iddia olunur. Bir sıra müxalif yönlü ekspertlərin diliylə keçmiş müdafiə nazirinin indiyə qədər həbs olunmamasının və hətta müdafiəyə ayrılan vəsaiti rahatlıqla “mənimsəyə bilməsinin” səbəbləri yuxarı dairələrdən aldığı himayə ilə izah olunur.
Muxalifet - 21-09-2016
"MTN işi"nə görə saxlanılan məmurların vəsatətləri təmin edilmədi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə, vəzifədən sui-istifadədə təqsirləndirilən "Bakı Telefon Rabitəsi" İB-nin Nizami rayon qovşağının rəisi Fətullah Hüseynov və həmin qovşağın baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Hurriyyet.org-un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Muxalifet - 21-09-2016
“Kaş Qarabağda öləydik, bu günü görməyəydik...” - ANS-in MƏHKƏMƏSİNDƏN
“Kaş, biz də o vaxt birinci Qarabağ müharibəsində öləydik, bu günü görməyəydik ki, bizi terrorçulara dəstək verməkdə günahlandırırlar.Anam ötən il rəhmətə getdi, 89 yaşlı atam eşidəndə ki, onun övladlarını belə bir əməldə ittiham edirlər, çox sarsıldı. Axı belə olmaz…".
Muxalifet - 21-09-2016
Ukraynada daha bir azərbaycanlı iş adamı OĞURLANDI
Ukraynada daha bir azərbaycanlı biznesmen naməlum şəxslər tərəfindən oğurlanıb.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, oğurlanan şəxs Kiyevdə yaşayan 38 yaşlı İlqar adlı iş adamıdır.
Azərbaycanlı iş adamını oğurlayan şəxslər onun sağ olduğunu bildirsələr də, hələlik azad olunması müqabilində heç bir tələb irəli sürməyiblər.Muxalifet - 21-09-2016
SOCAR MÜFLİS OLA BİLƏRMİ? - EKSPERT RƏYİ
İstiqrazlarla bağlı SOCAR-ın bir neçə yalanının üstünü açmışam. Lakin ən böyük yalanı SOCAR deyil, onun istiqrazlarını birbaşa və dolayısı reklam edənlər yayır. Məsələn, deyirlər ki, guya SOCAR müflis ola bilməz, arxasında dövlət durur, istiqrazların dövlət zəmanəti var, az qala nağd pula bərabər bir şeydi və hər an satılıb pula çevrilə bilər və s. və i.a. Bütün bunlar həqiqətə uyğun deyil!
Muxalifet - 21-09-2016
"Azərbaycan xalqı hakimiyyətin dəyişməsini istəyirsə..."
Sərdar Cəlaloğlu: “Baxmayaraq ki, 90 faiz əhali narazıdır, amma mitinqə 2-3 min adam gedir, bu da müxalifətin əzilməsi üçün zəmin yaradır”
“Xalqımız son 30 ildə yanlış düşüncə aşılanması nəticəsində özünün narazılığını ifadə etmək qabiliyyətini itirib”
“Azərbaycan xalqı istəyirsə ki, bundan yaxşı yaşasın, ədalətsizliklər olmasın, birinci növbədə öz halını dəyişməlidir”
Muxalifet - 21-09-2016
Nəcməddin Sadıkovun oğluna Dağıstanda yüksək vəzifə verildi
Bir müddət əvvəl Vergilər Nazirliyindəki vəzifəsindən qovulan Məhəmməd Sadıkov Dağıstan prezident aparatı rəhbərinin köməkçisi təyin olunub
Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun oğlu, bu yaxınlarda Vergilər Nazirliyindəki vəzifəsindən uzaqlaşdırılan Məhəmməd Dağıstan prezident aparatı rəhbərinin köməkçisi təyin olunub.
Bu sensasion məlumatı Hurriyyet.org saytı yazıb.Muxalifet - 21-09-2016
316 saylı orta məktəbdə HİCAB QADAĞASI rezonans yaradıb
“Məktəbə hicabda gəlib-gəlməmək təbliğatdan asılıdır”
Təhsil eksperti Nadir İsrafilov: “Məktəblərdə dini dərslər tədris olunsa, din dərk oluna bilər”
Muxalifet - 22-09-2016
KREDİT BORCLARI BAĞIŞLANACAQ? – İqtisadçı Vüqar Bayramovdan açıqlamalar
Son günlər kredit borclarının bağışlanacağı ilə bağlı xəbərlər yenidən ictimai müzakirələrin gündəmindədir.
Hurriyyet.org xəbər verir ki, bu və ya digər məqamlarla bağlı açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, kredit borclarının bağışlanacağı xəbərinin real olub-olmayacağı üçün 3 sualı cavablandırmaq lazımdır:
1. Kredit borcları bağışlana bilərmi?
2..Bununla bağlı rəsmi qərarın olması ehtimalları yüksəkdirmi?
3. Bu olarsa, hansı formada maliyyələşdirilə bilər?Muxalifet - 22-09-2016
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqda xəbərdarlıq edilib.
Muxalifet - 22-09-2016