Axtarış
The search found 105705 results in 0.007 seconds.
Search results
29 yaşlı qadın özünü çaya atdı – İNTİHARA CƏHD
Lənkəranda intihara cəhd hadisəsi baş verib.
Hadisə sentyabrın 12-də rayonun Göyşaban kəndində qeydə alınıb.
Kənd sakini, 1987-ci il təvəllüdlü Natiqə Təmraz qızı Səfərova özünü çaya ataraq intihara cəhd edib. Hadisə barədə xəbər tutan yaxınları dərhal müdaxilə edərək onu çaydan çıxarıblar.
Hazırda Lənkəran Mərkəzi Rayon Xəstəxanasında həkim nəzarəti altında olan qadının vəziyyəti stabil qiymətləndirilir.
Məlumata görə, üç uşaq anası olan Natiqə Səfərova ailədaxili münaqişə nəticəsində həyatına qəsd etmək istəyib.
Faktla bağlı araşdırma aparılır. (APA)Muxalifet - 13-09-2016
Bir seçkinin Rusiya və Azərbaycan üzü
HƏFTƏSONU SEÇKİDİR, AMMA RUSİYADA...
Muxalifet - 13-09-2016
Avropa Birliyindən Lukaşenkoya çağırış - “BELARUSDA SEÇKİ İSLAHATINA EHTİYAC VAR”
Avropa Birliyi deyir ki, Belarusda sentyabrın 11-də keçirilmiş parlament seçkiləri «hərtərəfli seçki islahatına» ehtiyacı üzə çıxarıb.
Bazar günü seçkilərində son 20 ildə ilk dəfə olaraq iki müxalifətçi parlamentə keçib. Amma ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Kent Harstedt sentyabrın 12-də RFE/RL-ə bildirib ki, seçkilər azad və ədalətli keçirilməyib.Muxalifet - 13-09-2016
Suriyada atəşkəsə əməl olunur? – RƏSMİ AÇIQLAMA
Sentyabrın 13-də Suriyada döyüşlərin dayandırılmasının tam bir günü tamam olub.
Rusiya və Birləşmiş Ştatların vasitəçiliyi ilə əldə olunan bu razılaşmanı ABŞ Dövlət katibi Con Kerri «vahid Suriyanı xilas etməyə sonuncu fürsət» adlandırıb.
Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı sentyabrın 12-də axşam bildirib ki, atəşkəs qüvvəyə minəndən sonra, demək olar, bütün cəbhələrdə sakitlik hökm sürüb.Muxalifet - 13-09-2016
Anar da Rüstəm Behrudinin istefasından danışdı - "TƏLƏSKƏNLİK EDİB"
“Rüstəm Behrudi tələskənlik edib”.
Bu sözləri musavat.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şair Rüstəm Behrudinin sözügedən qurumdan istefa bəyanatına münasibət bildirərkən deyib. AYB sədrinin sözlərinə görə, tələsməyə ehtiyac yox idi: “Təbrik də olacaq, tədbir də. Sadəcə indi Yazıçılar Birliyinin binası təmirdədir.
Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzniyyədən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik”.Muxalifet - 13-09-2016
Aclıq aksiyası keçirən partiya üzvü öldü
Gürcüstanda partiya üzvü aclıqdan ölüb.
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) Bizim Gürcüstan Partiyasının qeydiyyatını ləğv edib. Partiya üzvlərindən Zaza Lazarov partiyanın qeydə alınmamasına etiraz əlaməti olaraq, aclıq aksiyasına başalyıb.
Partiya üzvlərinin verdiyi xəbərə görə, Z.Lazarov aksiyanın ikinci günündə qəfildən ölüb. Onun ölüm səbəbləri araşdırılır.
Hazırda Bizim Gürcüstan və Sənayeçilər partiyalarının nümayəndələri MSK-nın qarşısında toplaşaraq, hər iki qurumun qeydiyyatının bərpasını tələb edirlər. (APA)Muxalifet - 13-09-2016
Şimon Peres xəstəxanaya yerləşdirildi
İsrailin sabiq prezidenti və baş naziri Şimon Peres insultdan sonra xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Öz növbəsində, "Jerusalem Post" qəzeti siyasətçinin ətrafında olan mənbələrə istinadən yazır ki, həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.Muxalifet - 13-09-2016
"ABŞ səfiri Türkiyə qubernatoru deyil" - ÇAVUŞOĞLU
“ABŞ-ın Ankaradakı səfiri Türkiyənin qubernatoru deyil, o öz səlahiyyətlərini Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına uyğun şəkildə icra etməlidir”.
“Anadolu” agentliyi bildirir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerikanın Türkiyə hökumətinin 28 yerli özünüidarəetmə orqanının rəhbərini PKK və FETO ilə əlaqəli olduğuna görə vəzifəsindən uzaqlaşdırılması qərarından narahat olduğunu bildirib.Muxalifet - 13-09-2016
İmişli qəbiristanlığında döyülən rusiyalı futbolçu öldü
Moskva “Spartak”ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib.
Bu barədə “R-Sport” məlumat yayıb.
İlkin məlumata görə, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.
Artyom Bezrodnı "Spartak"da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın "Bayer" və İmişlinin “MKT-Araz” klublarının şərəfini qoruyub.Muxalifet - 13-09-2016
Nazarbayev qızını Senata üzv təyin etdi
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Dariqa Nazarbayeva ölkə Senatının (Yuxarı Palata) deputatı təyin edilib.
Sputnik.kg agentliyi xəbər verir ki, bu haqda Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qazaxıstan prezidentinin baş nazirin müavini postunu tutan qızı Dariqa Nazarbayeva yeni hökumətin tərkibinə daxil edilməyib.
Virtualaz.org-un qazeta.ru-ya istinadən məlumatına görə, bu barədə Qazaxıstan lideri Nursultan Nazarbayevin prezident saytında yerləşdirilən fərmanlarından bəlli olur.Muxalifet - 13-09-2016
ATƏT sədrinin şəxsi nümayəndəsi işğal altındakı Dağlıq Qarabağda olub
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Ancey Kaspşik Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ regionuna səfər edib.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, Ancey Kaspşik Xankəndidə separatçı rejim nümayəndələri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisi tərəfindən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinqlərlə bağlı məsələləri müzakirə edib.Muxalifet - 13-09-2016
Bakı Slavyan Universitetində əsaslı təmir başa çatıb
Bakı Slavyan Universiteti (BSU) yeni tədris ilinə tam hazırdır.
Universitetin mətbuat xidmətindən bildirilib ki, builki tələbə qəbulu planı 88 faizdən artıq yerinə yetirilib.
Yay tətilində başlanan əsaslı təmir işləri artıq tam başa çatıb: "Bu il BSU-nun 70 illik yubileyi təntənə ilə qeyd olunacaq. Yubileyə hazırlaşmaq və yeni dərs ilini uğurla başa vurmaq üçün bu gün universitetdə artıq hər cür şərait yaradılıb".
Muxalifet - 13-09-2016
Xaçmazda ağır yol qəzası baş verdi
Gəndov-Yalama yolunun Qaradağlı kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
RTV xəbər verir ki, Qalağan kənd sakini, 1991-ci il təvəllüdlü Rəsulov Asəf Zahid oğlunun idarə etdiyi 27 BM 998 dövlət nömrə nişanlı “VAZ-21110” markalı avtomaşın yolun kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində sürücü xəsarət alıb. Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 13-09-2016
Erməni deputat: "Sarkisyanın iqamətgahını tutacağıq"
Hakimiyyətlə mübarizənin növbəti mərhələsi parlament binası və prezident iqamətgahının ələ keçirilməsi olacaq.
Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı müxalif deputat Zarui Postancyan söyləyib.
Onun sözlərinə görə, hazırkı parlament təcili şəkildə buraxılmalıdır: “Xalqın bütün tələbləri yerinə yetirilərək təkcə parlament yox, hökumət və prezident də istefaya getməlidir. Onların hamısı məhkumlar skamyasında oturmalı və xalqdan oğurladıqlarını geri verməlidirlər”.Muxalifet - 13-09-2016
İŞİD 19 suriyalını ayağından asdı
İŞİD terror qruplaşmasının üzvləri 19 suriyalı kişini qətlə yetirərək, onları qurbanlıq heyvan kimi ayaqlarından asıblar.
"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Əl-Arabiyyə" telekanalının saytı ekstremistlərin qətl zamanı çəkdikləri bir neçə şəkil ilə birgə məlumat yayıb.
Radikallar amansız qətli hazırda İŞİD-in işğalı altında olan Deyr-əz-Zor şəhərində, müqəddəs Qurban bayramının birinci günündə həyata keçiriblər.
Öldürülən şəxslər Suriya hökumətinə casusluq etməkdə ittiham olunublar.Muxalifet - 13-09-2016
Azərbaycandakı repressiyalar ABŞ Konqresində müzakirəyə çıxarılır
Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Dinləmələrdə ölkədəki insan hüquqlarının vəziyyəti müzakirə ediləcək.
“Azərbaycan: İnsan hüquqlarının əhəmiyyəti varmı?” adlı paneldə Azərbaycandakı insan haqları ilə yanaşı bunun ABŞ üçün nəticələrinə də diqqət yetiriləcək.Muxalifet - 14-09-2016
ABŞ Ədliyyə Nazirliyindən Fəthullah Gülənin həbsi barədə AÇIQLAMA
ABŞ Ədliyyə Nazirliyi müxalif İslam vaizi Fəthullah Gülənin ekstradisiyası ilə bağlı Türkiyənin müraciətlərinə diqqətlə yanaşır.
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bunu ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsi Piter Karr deyib.
Xatırladaq ki, Türkiyənin Ədliyyə Nazirliyi dünən Amerika Birləşmiş Ştatlarına rəsmi müraciət göndərərək Gülənin həbsini tələb edib.Muxalifet - 14-09-2016
ŞAHMAT RÜSVAYÇILIĞI
(Elman Rüstəmov istefa verməlidir!)
Muxalifet - 14-09-2016
Prezidentlik üçün 70 yaş senzi ləğv edildi, müddət 5 ildən 7 ilə qaldırıldı
Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.
Hurriyyet.org-un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.
Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.
Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.Muxalifet - 14-09-2016
“DDLAR Group”un arxasındakı “gizli əl” - Milyonların talanmasında nazirin adı hallanır
Azərbaycan mətbuatında barəsində bir çox ciddi ittihamlar yer alan “DDLAR Group” şirkətinin rəhbəri Siraclı Qeys haqqında Muxalifet.az saytına sensasion məlumatlar daxil olub. Qeyd etdiyimiz kimi, bu günə qədər sözügedən iş adamının adı dəflələrlə milyonlarla manatlıq yeyintidə hallansa da, “yuxarı”lardakı əlaqəsi hesabına hər dəfə “sudan quru çıxmağı” bacarıb. Daha dəqiq desək, mətbuatın onun haqqında yazdığına heç bir əhəmiyyət verməyib. Çünki, heç bir rəsmi orqanın onun fəaliyyətini yoxlamayacağına əmin olub.
Muxalifet - 14-09-2016