Axtarış
The search found 105705 results in 0.118 seconds.
Search results
İtaliya müxalifəti Azərbaycan borusuna qarşı
İtaliyanın Leççe əyalətinin prokuroru Azərbaycan qazını Avropaya nəqli üçün nəzərdə tutulan TAP qaz boru kəmərinin tikintisinə dair aparılan iki təhqiqata xitam verildiyini açıqlayıb.
Virtualaz.org İtaliya mətbuatına istinadən xəbər verir ki, bu iddialar kəmərin tikintisinin İtaliyanın Apuliya bölgəsində ətraf mühitə və tarixi abidələrə zərər yetirəcəyi barədə idi. Kəmərin tikintisinə dair araşdırmaların aparılması barədə müxalif “5 Star” (M5S) hərəkatı iddia qaldırıb. Bu hərəkat İtaliya parlamentində 22 faiz səslə təmsil olunur və Rusiyaya yaxın hesab edilir.Muxalifet - 11-09-2016
Ana 12 yaşlı qızını yandıraraq öldürdü
Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib.
"Report"un məlumatına görə, 12 yaşlı qız anası tərəfindən diri-diri yandırılaraq qətlə yetirilib.
İlkin məlumata görə, qızın adı Vüsalə Quliyevadır. Hadisənin qızın evdən xəbərsiz pul götürməsi üstündə baş verdiyi, cinayəti törədən qadının isə ruhi xəstə olduğu bildirilir.Muxalifet - 11-09-2016
Misirin eks-prezidentinin qardaşı və oğlu da həbs edildi
Misir polisi bu gün ölkənin sabiq prezidenti Məhəmməd Mursinin qardaşı Səid Mursi və kiçik oğlunu həbs edib.
APA-nın verdiyi məlumata görə, M. Mursinin qardaşı və oğlu insanları iğtişaşa və etiraz aksiyalarına təhrik etməkdə günahlandırılırlar.Muxalifet - 11-09-2016
Dollar bütün dünyada bahalaşmağa başladı
Son açıqlamalar və inkişaf etməkdə olan ölkələrin pul vahidlərinin dəyər itirməsi dolların bahalaşmasına səbəb olub.
BAKU.WS xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) qərarları və qurumun sədri Mariyo Draginin şərhlərindən sonra dollar yüksəlməyə başlayıb.
Avropanın vahid valyutası dollar qarşısında 0,21% dəyər itirərək 1,1235 EURO/USD-yə bərabər olub.
ABŞ milli valyutası Yapon yeni qarşısında da bahalaşıb. Belə ki, dollar yenə nisbətdə 0,23% möhkəmlənərək 102,72-yə (USD/JPY) yüksəlib.Muxalifet - 11-09-2016
Milli Şura möhtəşəm mitinq keçirdi - VİDEO - FOTOLAR
Muxalifet - 11-09-2016
Bakının mərkəzini “İstefa!” şüarı bürüdü - VİDEO
Milli Şuranın 11 sentyabr mitinqi böyük kütləviliyi ilə yadda qaldı. Əməkdaşlarımız aksiyadan sonra iştirakçıların İnşaatçılar metrostansiyasına doğru hərəkət edən hissəsini lentə alıblar. İştirakçılar yol boyu “İstefa!” və başqa şüarlar səsləndiriblər. Videonu təqdim edirik:
Muxalifet - 11-09-2016
Bakı bulvarında intihara cəhd – YENİLƏNİB
Dənizkənarı Milli Parkın ərazisində özünü dənizə ataraq intihara cəhd edən şəxsin kimliyi məlum olub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində həmin şəxsin Abşeron rayonu Masazır qəsəbəsinin sakini Vüsal Şahlar oğlu Alpənahov olması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
*** 09.30
Bakı şəhərinin Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1200 m aralıda, nəzarətsiz ərazidə) 1 nəfər intihar məqsədi ilə özünü dənizə atıb və boğulmaq təhlükəsi ilə üzləşib.Muxalifet - 12-09-2016
Suriyada atəşkəs rejimi qüvvəyə mindi
Suriyada yerli vaxtla saat 00:00-da atəşkəs rejimi qüvvəyə minib.
Trend-in verdiyi xəbər görə, Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında əldə edilmiş razılaşmaya uyğun olaraq, Qurban bayramı ilə əlaqədar 48 saatlıq atəşkəs elan edilib.
Atəşkəs rejiminin daha uzun müddətə uzadılacağı gözlənilir.Muxalifet - 12-09-2016
Rüfət Səfərovdan “Yeni Müsavat” qadağası
Prokrorluq orqanlarından istefa verdiyinə görə, sonradan rüşvət ittihamı ilə şərlənərək həbs olunmuş keçmiş müstəntiq Rüfət Səfərov bu gün vəkili Bəhruz Bayramovla telefon əlaqəsi yaradıb. Rüfət Səfərov ona dəstək olan hər kəsə minnətdarlığını bildirib. Bununla yanaşı onun barəsində yanlış fikirlər yazan bəzi mətbuat orqanlarına, xüsusən də, “Yeni Müsavat” qəzetinə hər hansı açıqlama və müsahibə verməyi də öz vəkilinə qadağan edib.
Muxalifet - 12-09-2016
Azərbaycanda məhbus öldü
Azərbaycanda məhkum ölümü baş verib.
APA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Novruz Novruzov qəfildən dünyasını dəyişib.
Məlumata görə, N. Novruzov narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək 11 il müddətinə azadlıqdan məhrum edilibmiş.Muxalifet - 12-09-2016
Eldar Mahmudov haqqında yazılanlar təsdiqini tapmadı
Yerli KİV-in yaydığı məlumata görə, keçmiş MTN rəhbəri Eldar Mahmudov tutduğu vəzifədən kənarlaşdırıldıqdan sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.
Mətbuatın yazdığına inansaq, E.Mahmudov “AGbank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun “Böyük Saray” şadlıq sarayında keçirilən toy mərasimində iştirak edib.
Virtualaz.org saytı araşdırıb ki, əslində yazılanların heç biri həqiqətə uyğun deyil. Belə ki, nəinki Eldar Mahmudov toyda iştirak etməyib, ümumiyyətlə həmin gün o bankirin oğlunun toyu olmayıb.Muxalifet - 12-09-2016
Sərkisyanın yeni köməkçisi Xocavəndli oldu - QƏFİL DƏYİŞİKLİK
Ermənistan prezidenti Serj Sərkisyan köməkçisi Sevak Lalayanı vəzifəsindən azad edib.
Erməni KİV-ləri xəbər verir ki, onun yerinə qəfil təyinatla Aleksan Arutyunyan gətirilib. Bu vaxta qədər Aleksanyan Ermənistanın Argentinadakı səfiri idi. O, Qarabağdandır, Xocavənd rayonunda anadan olub. 90-cı illərin sonlarında Ermənistan prezidenti aparatına rəhbərlik edib, daha sonra prezidentin müşaviri olub. 2003-2013-cü illərdə ictimai telekanalın Yayım Şurasına rəhbərlik edib və ardınca səfir göndərilib.Muxalifet - 12-09-2016
Putin müsəlmanları təbrik elədi
Rusiya prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə Rusiya müsəlmanlarını təbrik edib və bildirib ki, müsəlman icması dinlərarası dialoqun inkişafına əhəmiyyətli töhfə verir.
Virtualaz.org xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilir.Muxalifet - 12-09-2016
Hillari Klinton sətəlcəm olub
Hillari Klintonun həkimi deyir ki, prezidentliyə Demokrat namizəd sətəlcəm xəstəliyi ilə diaqnoz edilib, ancaq hazırda “normal sağalır”.
Doktor Lisa Bardak bu bəyanatı Klinton Nyu Yorkda təşkil edilən 11 sentyabr anım törənini tərk etdikdən sonra verib. Tədbiri tərk edərkən Klinton büdrəyib və maşına minməyə çalışarkən dizinin qəfil qatlandığı müşahidə olunub.
Özümü əla hiss edirəm. Nyu Yorkda gözəl gündür.
Köməkçiləri namizədi istirahət etmək üçün qızı Çelsinin Nyu Yorkdakı mənzilinə aparıblar. Klinton küçədə bir uşağı qucaqlayıb və tərəfdarlarına əl yelləyib.Muxalifet - 12-09-2016
Şərəf anlayışı olmayanın Borçalı “davası”
“Borçalı” İctimai Cəmiyyətinin (Birliyinin) 25 iyun 2016-cı il tarixində keçirilən növbədənkənar konfransının qəbul etdiyi qərarların mövcud qanunlara uyğun olduğu Ədliyyə Nazirliyi tərəfindən təsdiqləndi. Maraqlıdır ki, cəmiyyətdə rəhbər dəyişikliyinin hüquq çərçivəsində baş verməsinin rəsmi qüvvəyə minməsi sabiq sədr Zəlimxan Məmmədlini ciddi təşvişə salıb.
Muxalifet - 12-09-2016
Rusiya şirkəti "qırmızı çaya" axıntı sızmasını təsdiqləyir
Dünyanın ən böyük nikel istehsal edən şirkəti etiraf edib ki, zavodların birində baş verən sızma nəticəsində Rusiyanın şimalında axan çay qırmızı rəngə boyanıb.
Norilsk Nickel deyib ki, sentyabrın 5-də yağan güclü yağış Nadejda zavodunda "filtrasiya bəndinin" dolmasına səbəb olub və o daşaraq Daldykan çayına tökülüb.
Buna baxmayaraq insanlar və vəhşi təbiət üçün hər hansı təhlükənin olmadığı deyilir.
Norilsk yaxınlığında qırmızı rəngə boyanmış çayın fotoları yayılanda şirkət bununla bağlı hər hansı məsuliyyət daşımasını qəti inkar edirdi.Muxalifet - 13-09-2016
Rusiyalı hakerlər ABŞ-ın seçki sisteminə müdaxilə edib?
Rusiyalı hakerlərin Amerika siyasətçilərinin kompyuterlərinə daxil olmaları ilə bağlı yaranan qalmaqal davam edir. Müdafiə naziri Eş Karter ABŞ-da noyabr ayında keçiriləcək seçkilərə müdaxilə etməməklə bağlı Rusiyaya xəbərdarlıq edib. Respublikaçı namizəd Donald Tramp Rusiyanın müdaxilə etdiyinə inanmadığını bildirib.
ABŞ seçkiləri müzakirələrin diqqət mərkzindədir. Bunu sizə izah etməzdən əvvəl biraz keçmişə nəzər salaq.Muxalifet - 13-09-2016
Cəmil Həsənli və Tofiq Yaqublu AŞPA-da görüş keçirib
Avqustun 12-də Milli Şuranın sədri Cəmil Həsənli və Milli Şüranın üzvü, Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu AŞPA-da görüş keçirib.
Hurriyyet.org xəbər verir ki, bu barədə başqan müavini Tofiq Yaqublu sosial şəbəkədə məlumat yayıb: “Bu gün Strasburqda MŞ-nın sədri Cəmil Həsənli, keçmiş səfir Arif Məmmədov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, AXCP-nin mühacir üzvü Elnur Sadıqov və mən AŞ-nın İnsan Haqları üzrə Komissarı Nils Muijniekslə görüşdük. Görüş çox səmərəli keçdi və düşünürəm ki, müsbət nəticələri olacaq.”Muxalifet - 13-09-2016
Ruhi xəstənin şikayəti ilə həbs olundular
Cəlilabad sakini Cəmilə Kərimova oğlunun günahsız yerə həbsə atıldığını deyir
Cəlilabad rayon Göytəpə şəhər sakini 59 yaşlı Kərimova Cəmilə Abdul qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Müəllif oğlunun günahsız yerə həbs olunduğunu yazır. Məktubu olduğu kimi dərc edirik:Muxalifet - 13-09-2016
24 yaşlı qızı avtomobil vurub
Tərtərdə piyadanı avtomobil vurub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Tərtər rayonunun dördyol adlanan ərazisində qeydə alınıb. Goranboy rayon sakini, 1992-ci il Hüseynova Dinarə Əsgərxan qızı yolu keçərkən "VAZ 2106" markalı, 02 BC 806 dövlət nömrə-nişanlı maşınla vurulub. Sürücü D. Hüseynovanı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Xəstəxanadan APA-ya bildirilib ki, D. Hüseynova diz və bel nahiyəsindən xəsarət alıb, həyatına təhlükə yoxdur.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.Muxalifet - 13-09-2016