Musavat “Yaşasın Respublika!” şüarı ilə mitinq keçirdi

FUAD ƏLİ: - Bu konstitutsiya dəyişikliyi ilə Əliyevlər ailəsi qeyri resmi
olaraq öz manarxiya hakimiyyətlərini quracaqlar
Bu gün Musavat partiyası Bakıda, Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda mitinq keçirir. Mitinqin məqsədi 26 sentyabrda keçiriləcək referenduma etirazdır çünki prizident Ilham Əliyev öz selahiyyətlerini artirmaq istəyir. Mitinq təyin oldunduğu vaxtda saat 15.00-da başladı. Mitinqə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət həyata keçirilirdi. Qeyd edək ki polis mitinqə müdaxilə edərək cox sayda insanının mitingə gəlməsinə manələr yaradarag "Məhsul" stadionuna tərəf gələn yollararı bağlamışdır. Hətta mitingə gələnlərdən xeyli sayda insan polisə müqavimət adı altınta polis tərəfindən həbs olunmuşdur. Baxmayaraq ki mitinq Bakı şəhəri İcra hakimiyyəti ilə razılaşdırılıb. Mitinqə aparıcılığı Musavat Partiyasının başqanının müavini Səxavət Soltanlı edirdi. Müsavat partiyası başqanı Arif Hacılı, Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri və Müsavat partiyasının keçmiş başqanı İsa Qəmbər, keçmiş siyasi məhbus Yadigar Sadıqlı, vəkil Osman Kazımov, Müsavat pariyası başqanının müavini Gülağa Aslanlı mitinqdə çıxış etdilər. Mitinqə tanınmış ictimai-siyasi xadimlər, siyasi fəallar, keçmiş daxili işlər naziri və siyasi məhbus İsgəndər Həmidov, keçmiş dövlət katibi Pənah Hüseyn və digərləri də qatılmışdırlar. Mitinqdə iştirak edənlər arasında cox sayda və siyasi fəallar var idi belə siyasi fəallardan biri də Müsavat partiyasının referendumla bağlı təbliğat qruplarından birinin rəhberi olan siyasi fəal Fuad Əli( Ələsgərov) qəzetimizin ona ölkədəki mövcud siyasi vəziyyətlə bağlı verdiyi suallarinı cavavablandıraraq bildir ki, ölkədə ağır siyasi və iqtisadi durum müşahidə olunur. Ölkənin bu vəziyyətdən çıxarmaq üçün islahatlar keçirilməlidir. İslahatlarla həm siyasətdə, həm də iqtisadiyyatda monopoliyaya son qoyulmalıdır. Azərbaycanda 100-dən artıq siyasi məhbus var. Müxalifətçilər Əliyevlər rejimi tərəfindən özlərinə və ailələrinə qarşı olan təzyiqlərə baxmayaraq İlham Əliyev hakimiyyətinə qarşı mübarizəni davam etdirir. Həbsdə olan siyasi məhbuslar azadlığa buraxılmalıdırlar çünki bu insahlar hamısı günahsız hebs olunublar və ölkədə mövcud olan Əliyevlər rejimində hər bir müxalifətçinin riski var ki gunahsiz olaraq bu rejim tərəfindən həbs olunsun. Daha sonra Fuad Əli( Ələsgərov) qeyd etdi ki biz Müsavat partiyası olaraq və digər həqiqi müxalifət partiyaları və bütövlükdə Azərbaycan xalqı bu iqtidarın hakimiyyətdən getməsini istəyirik və Azərbaycanda azad və demokratik cəmiyyətin qululmasını istəyirik necə ki Avropa da var. Daha sonra Fuad Əli bildir ki, bu günki mitinqin tələbləri əsas olaraq referendumla bağlıdır və mən bildirmək istəyirəm ki, biz respublikanın tərəftarıyıq iqtidarın referendum aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir. Konstitutsiyada bu cür dəyişikliklər etməklə İlham Əliyev Azərbaycan da hakimiyyətin tək sahibi olacaq və beləliklədə bu konstitutsiya dəyişikliyi ilə Əliyevlər ailəsi qeyri resmi olaraq öz manarxiya hakimiyyətlərini quracaqlar. Mən düşünürəm ki bu referendum seşkiləri də əvvəl ki seçkilər kimi saxtakarlıqla keçiriləcək. Artiq bu saxtakarliq prosesinə hökumət indidən start verib. Mənim fikirimcə bu referendumdan sonra İlham Əliyev öz həyat yoldaşı olan Mehriban Əliyevanı və yada ailəyə yaxın olan kimisə 1 ci vitse prezident postuna təyin edəcək və olabilsin ki, 2018 ci ilin prezident seçkilərində İlham Əliyev öz namizədliyini vermeyecek əvəzində Mehriban Əliyevanın namizədliyi veriləcək və onu prezident edəcəklər və belə olan halda da İlham Əliyev 1 ci vitse prezident və ya baş nazir olacaq yeni yerdəyişmə oyunu edəcəklər necəki Rusiyada Putin və Medvedev etmişdirlər. Ancaq bu iqtidar onu da bilməlidir ki biz müsavatçılar və digər müxalif partiyadan olan müxalifətcilər və bütövlükdə Azərbaycan xalqı bu diktator rejimə qarşı mübarizə aparacağiq və ”Resbublikacılar”təbliğat grupu olaraq bu referenduma yox deyirik və xalqı bu dəyişiklərə səs verməməyə və bu referendumu baykot etməyə çağırırıq. Daha sonra Fuad Əli dedi ki, qoy İlham Əliyev və onun ailəsi Cex Respublikasında aldiqdiqları bahalı mülklər evlər və şirkətləri haqqında xalqa açıqlama versinlər görək bu milyonlarla dollar dəyərində olan əmlakı hansı pullarla alıblar. Fuad Əli geyd etdi ki, butun bu deyilən qanunsuzluqların qarşısını almaq, söz azadlığını, demokratiyanı, serbest toplaşmaq azadlığını, mətbuat azadlığını, təmin etmək üçün xalqın demokratik yolla seçdiyi bir hakimiyyət olmalıdır. İdi isə Azərbaycanda yarı avtoritar və diktator bir rejim var və bu onu göstərir ki bizim bu ölkədə heç bir güvənimiz yoxdur yəni istənilən an hər bir insanı və ya müxalifətçini günahsız olaraq həbs edə bilərər, çünki ölkədə demokratik inistutlar yoxdur, məhkəmələr azad deyil və azad olmayan məhkəmələr heç bir zaman ədalətli qərar çıxara bilməz. Fuad Əli davam edərək bildirdi, ki qanunlar işləmir Azərbaycanda qanunlar ancaq kağız üzərindədir və aşağıdan yuxarıya kimi bütün dövlət strukturları karuppsiyalaşıb.
Qiyas İbrahimovun məhkəmə işi ilə bağlı Fuad Əlinin də ( Ələsgərov) bu işlə bağlı adının ağır cinayətlərə dair məhkəmədə şahid qismində keçdiyinə dair qəzetimizin sualını Fuad Əli (Ələsgərov) cavablandıraraq bildirdi ki o, ilk dəfə olaraq bu barədə mediada açıqlama veririr . Fuad Əli qeyd etdi ki həqiqətəndə də mən 12 mayda Nəsimi rayon polis idaresinə cağrıldım və idarənin polis əməkdaşları mənə dedilər ki polis tərəfindən Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, və onun yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb və məndən iradəmə zidd olaraq fiziki və psixoloji təziq və təhdid altında, zorla Qiyas İbrahimov əlehinə ifadə alıbdılar və mən sizin qəzetiniz vasitəsi ilə bildirmək istəyirəm ki mən həmin şahid ifadəsindən imtina edirem cünki hemin şahid ifadesi məndən zorla olaraq mənə qarşı fiziki və psixoloji təziq göstərilərək və təhdidlər edilərək alınıb. Daha sonra Fuad Əli qeyd etdi ki Qiyas İbrahimova qarşı olan narkotik ittihamı yalandır Azərbaycanda hamı bilir ki Qiyas siyasi səbəbdən və indiki Əliyevlər rejiminə qarşı olduğu üçüçn tutulubdur və ona qarşı olan ittihamların hamısı saxtadır və bu saxta ittihamlar bir başa İlham Əliyev igtidarının sifarişi ilə yerinə yetirilir
Ola bilsin ki, siz mənim bu dediklərimi çap etdikdən və ya internetdə yaydıqdan sonra gəlib məni həbs etsinlər çün ki Azərbaycanda söz və fikir azadlığı, demokratiya yoxdur heç kəsin haqqı yoxdur ki Əliyevlər hakimiyyətini tənqid etsin və ya öz haqqını bu hakimiyyətdən tələb etsin.Təsüff ki bu bizim öləmizdə mövcud olan acı reallıqdır.
Mitinqin sonunda Müsavat partiyası bəyan etdi ki, partiyanın Bakı, Salyan, Neftçala, Abşeron, Bərdə və Tərtərdən olan üzvləri polis tərəfindən saxlanılıb. Partiyanın Şirvan şəhər üzrə "sədrinin atasını polislər saxlayıblar". Cox sayda müsavatçıya bu günki mintinqə qatıldıqlarına görə ailəlırinə və qohumlarına qarşı polis tərəfindən təziqlər olmasına dair məlumatların partiyaya daxil olduğu bildirildi. Daha sonra mitinq iştirakçılarına məlumat verildi ki bütün bu təziqlərlə bağlı Müsavat partiyası Daxili İşlər Nazirliyindən izahat istəyib lakin Daxili İşlər Nazirliyindən bunlarla bağlı hər hansı şərh və açıqlama almaq mümkün olmayıb.
Kamil Həsənov
Fotolar: Azər İbramov