Axtarış
The search found 105705 results in 0.016 seconds.
Search results
Baş Prokuror: "Fəaliyyətimizdə nöqsan və problemlər var"
"Ölkədə kriminogen durum tam nəzarət altındadır".
APA-nın xəbərinə görə, bunu baş prokuror Zakir Qaralov deyib. O bildirib ki, ölkədə rezonans doğuran işlərin istintaqı müvəffəqiyyətlə aparılıb: "Onların bir çoxunun istintaqı yekunlaşaraq məhkəməyə göndərilib, bir çoxunun istintaqı davam etdirilir. Fəaliyyətimizdə nöqsan və problemlər də mövcuddur”.
Baş prokuror yaranan nöqsanların aradan qaldırılması üçün konkret tədbirlər görüldüyünü deyib.Muxalifet - 1-10-2016
Vahid Əhmədov: “Dollarlar Azərbaycanda qalacaq”
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev ötən gün “Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Muxalifet - 1-10-2016
BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyaya keçdi
BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik oktyabrın 1-də Rusiyaya keçib. RİA Novosti agentliyinin verdiyi məlumata görə, Rusiya sədrliyi Yeni Zelandiyadan təhvil alıb və noyabrın 1-də Seneqala verəcək.
Rusiyanın TŞ sədri olacağı oktyabr ayı ərzində 20-dək iclasın keçirilməsi gözlənilir. İlk iclas oktyabrın 3-də olacaq.
Oktyabr ayı ərzində BMT TŞ-nın iclaslarının əsas gündəliyi də açıqlanıb. Rusiyanın sədrliyi dövründə BMT TŞ-də Afrikadakı münaqişələr, həmçinin Yaxın Şərqdəki vəziyyət - Suriya, Livan, Yəməndəki durum əsas müzakirə mövzusu olacaq.Muxalifet - 1-10-2016
Qazaxda qəza: rəis öldü, sədr yaralandı
Qazax rayonu, Çaylı kəndi ərazisində ağır yol qəzası baş verib.
"ARB-Kəpəz" xəbər verir ki, Oqtay Hüseynov "Mercedes" markalı minik avtomobilində idarəetməni itirib, maşın çevrilərək yol kənarına aşıb və yanmağa başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunublar. Alov söndürülüb. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yararsız hala düşüb. Müxtəlif bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılıb, vəziyyəti orta-ağırdır.Muxalifet - 1-10-2016
ABŞ Rusiya Ali Məhkəməsinin qərarını tanımayacaq - KRIM TATAR MƏCLİSİ İLƏ BAĞLI
Rəsmi Vaşinqton Krım Tatar Məclisinin qadağan edilməsi ilə bağlı Rusiya Ali Məhkəməsinin qərarını tanımayacaq.
“112 Ukrayna” telekanalının verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner bəyan edib.
“Biz Krım Tatar Məclisinin ekstremist təşkilatı kimi göstərilməsini rədd edirik və bu demokratik qurumun fəaliyyətinə qadağa qoyulmasını pisləyirik. Krımın işğalı davam etdikcə, Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Rusiya Krımı Ukraynaya qaytarmalıdır", - deyə M.Toner bildirib.Muxalifet - 1-10-2016
Sabah hava necə olacaq?- PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.
Yarımadada havanın temperaturunun gecə 13-16°, gündüz 20-23°, Bakıda isə gecə 14-16°, gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.Muxalifet - 1-10-2016
Hərbi sursat partladı, iki əlini də kəsdilər - AZƏRBAYCANDA
Ağstafa rayon sakini hərbi sursatın partlaması nəticəsində ağır yaralanıb.
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb.
Kənd sakini 1974-cü il təvəllüdlü Yaşar Mustafayev hərbi sursatı əlinə alıb və bu zaman partlayış baş verib.
Xəsarətlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y. Mustafayevin hər iki əli amputasiya olunub.
İlkin məlumata görə, hadisə kənd ərazində hərbi sursatlar yığılan ərazidə baş verib.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 1-10-2016
Keçmiş məhkum Bakıda avtomatla gəzirmiş
Bakı sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərahim Qasımovdan “AKM” markalı silah, patron darağı və 48 ədəd patron götürülüb.Muxalifet - 1-10-2016
Lavrov İstanbulda Türkiyəyə yalvarıb: - "HƏRBİ MÜDAXİLƏ OLMASIN"
"Mosul və Rakka əməliyyatı gözlənilir
Hurriyyet.org türk mediasına istinadən xəbər verir ki, Ankarada adının gizli qalmasını istəyən bir vəzifəli şəxs Rakka ilə Mosul əməliyyatları ilə bağlı “Türkiyə Silahlı Qüvvələri Suriyadan ancaq Türkiyəyə qarşı təhlükə təhdidi ortadan qalxdığı zaman çıxa bilər” sözlərini deyib.
Ankarada yüksək hakimiyyət dairələrində çalışan həmin şəxs bir qrup jurnalistə Mosul və Rakka əməliyyatları barədə mühüm açıqlamalar verib. Türkiyənin Yaxın Şərq siyasətində atacağı addımlardan danışıb. Həmin məlumatlar bunlardır:Muxalifet - 1-10-2016
"Bizdə inkişafdan söhbət gedə bilməz" - Natiq Miri
Natiq Miri: "Həsblər varsa, Azərbaycanın beyinləri bizi tərk edirsə, bizdə inkişafdan söhbət gedə bilməz"
Muxalifet - 24-09-2016
Politoloqdan ŞOK AÇIQLAMA: “Klinton prezident seçilsə, Putini devirəcək”
“ABŞ-da noyabrın 10-da keçiriləcək prezident seçkilərinin favoriti Hillari Klintondur”.
Bunu publika.az-a açıqlamasında Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli bildirib.Muxalifet - 3-10-2016
Rüfət Səfərovun saxlanıldığı kamerada problem aradan qaldırıldı
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan, rüşvət almaqda təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilən, sabiq müstəntiq Rüfət Səfərovun saxlanıldığı kameradakı problem aradan qaldırılıb. Bu barədə Trend-ə açıqlamasında R.Səfərovun vəkili Bəhruz Bayramov deyib.
Muxalifet - 3-10-2016
“MONOPOLİYA ARADAN QALXACAQ” – Deputat yeni qərarı müdafiə etdi
Nazirlər Kabineti (NK) xaricdən Azərbaycana gətirilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları müəyyənləşdirilib.
Muxalifet - 3-10-2016
Nazir generalın qardaşı oğluna yeni vəzifə verdi
Daxili işlər orqanlarında yeni təyinat olub.
APA bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail Rayon Polis İdarəsi 39-cu bölməsinin rəisi Urxan Şirinov tutduğu vəzifədən azad edilərək 41-ci Polis Bölməsinin rəisi təyin olunub. U.Şirinovun yerinə isə hələlik təyinat yoxdur. Bir müddət əvvəl 41-ci Polis Bölməsinin rəisi olmuş Zaur Bədəlov Qusar Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.Muxalifet - 3-10-2016
Neftin altına bombanı xəlvəti kim qoyub...
Çin strateji neft ehtiyatlarının həcmini gizlədir və bu, neftin bahalaşmasına olan ümidləri darmadağın edə bilər.
Muxalifet - 3-10-2016
Bakıda “Gelenvagen”, “Lamborgihini”, “Range Rover”lər cərimə meydançasına aparıldı
Ötən həftə yol hərəkəti qaydalarının tələblərinə uyğun olmayaraq, mühərrikinin səsboğucularına müdaxilə edilməsi nəticəsində ətrafa yüksək səs-küy yayan xeyli bahalı avtomobil Bakının Badamdar qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb.
Modern.az saytının əldə etdiyi eksklüziv məlumata görə, avtomobili cərimə meydançasına aparılanlar arasında nəqliyyat naziri Ziya Məmmədovun qohumları və digər məşhurların övladları da var. Bu avtomobillərin sahiblərinə qaytarılması üçün 600 manat tələb olunduğu vurğulanır. Amma bu məbləğin cərimə, yaxud rüşvət olduğu bəlli deyil.Muxalifet - 3-10-2016
Vəkil məhkəmədə Cahangir Hacıyevə bəraət istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş - "Aqrar Kredit" QSC-nin nümayəndəsi təqsirləndirilən şəxslərdən 7 milyon 624 min manat tutulmasını istəyib.
Sonra C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışı edib. Vəkil məhkəmədən C. Hacıyevə bəraət verilməsini istəyib.Muxalifet - 3-10-2016
Bakıda maşın vəzifəli şəxsi vurdu - QAÇAN SÜRÜCÜ TUTULDU
Keçən həftə avtomobillə vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.
“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, avtomobillə vurularaq xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Feliks Bayramov Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktoru vəzifəsində çalışır.
Xatırladaq ki, hadisə sentyabrın 29-da saat 20 radələrində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən F.Bayramov vurulub və o, xəstəxanaya yerləşdirilib.Muxalifet - 3-10-2016
Tağı Əhmədov: “Eldar Mahmudov dedi ki, məsələni Çovdarovla həll eləsin”
Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov bir neçə dəfə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova zəng vursa da, onun zənglərinə cavab verməyib. Bu barədə Tağı Əhmədov prokurorluqda ifadə verərkən deyib.
Onun sözlərinə görə, MTN-nin idarə rəisi Akif Çovdarov işçisi Rəsul Rəsulov vasitəsilə ondan pul tələb eləyəndən sonra o, sabiq nazirlə əlaqə saxlayıb. Lakin Eldar Mahmudovla danışa bilməyib. Ona sabiq nazirin köməkçisi Vüqar Mahmudov cavab verib.Muxalifet - 3-10-2016
“The New York Times” qəzetinin Trampı ifşa edən “bomba” məqaləsi
“The New York Times” qəzeti ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donald Trampın 1995-ci ildə doldurduğu vergi bəyannaməsi ilə bağlı maraqlı sənəd əldə edib. Məlum olub ki, Tramp 1995-ci ildə federal gəlir vergisi ilə bağlı bəyannaməsində 900 milyon dollar həcmində itki verdiyini göstərib. Bununla da o, növbəti 18 il ərzində ödədiyi vergilərlə bağlı ciddi güzəştlər əldə edib.
Muxalifet - 3-10-2016