Axtarış
The search found 105705 results in 0.007 seconds.
Search results
Əli Kərimli xalqa çağırış etdi - "DƏYİŞİKLİK İSTƏYƏN HƏR BİR ŞƏXS..."
AXCP sədri Əli Kərimli facebook səhifəsində cəbhəçilərin mitinq hazırlığından yazıb:
Muxalifet - 9-09-2016
HACIQABULDA AĞIR QƏZA: “MAN” minik avtomobili ilə toqquşdu, 1 nəfər öldü, 7 nəfər yaralandı
Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Məlumata görə, səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi MAN markalı, 50 ZA 177 dövlət nömrə-nişanlı yük maşını Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi “Mercedes” markalı, 66 BJ 952 dövlət nömrə-nişanlı minik avtomobili ilə toqquşub.Muxalifet - 9-09-2016
Suriyada “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri məhv edildi - YENİLƏNİB
Naməlum təyyarənin Suriyanın şimal-qərb rayonuna endirdiyi zərbələrin nəticəsində “İstila ordusu” qruplaşmasının yaradıcılarından biri və “Cəbhət ən Nüsrə” (Hazırda adı “Cəbhət Fatah əş Şam”dır) qruplaşmasının lideri məhv edilib.
“Sinxua” xəbər verir ki, suriyalı üsyançıların liderlərinin görüşü təyyarənin hədəfi olub. Onların əksəriyyətinin öldüyü bildirilir.
“Röyters”in xəbərinə görə, hücum nəticəsində öldürülən “Cəbhət ən Nüsrə” qruplaşmasının lideri Əbu Ömər Saraqebdir.
*** 01.53
Muxalifet - 9-09-2016
Milli Şuranın mitinqinə icazə verildi – AKSİYA “MƏHSUL”DA KEÇİRİLƏCƏK
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
Muxalifet.az-ın məlumatına görə, BŞİH mitinqin sentyabrın 11-də keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib.Muxalifet - 9-09-2016
Şimali Koreya beşinci nüvə sınağını keçirib
Şimali Koreya iddia edir ki, onlar beçinci nüvə sınağını uğurla həyata keçirib. Mediada yayılan açıqlama nüvə sınağı keçirilən əraziyə yaxın yerlərdə yüksək seysmik hadisə qeydə alındıqdan bir neçə saat sonra yayılıb.
Cənubi Koreya düşünür ki, Şimali Koreya ən böyük nüvə testini keçirib və qorxur ki, onlar nüvə sahəsində real yüksəliş edib.
Cənubi Koreya prezidenti Park Geun-hye bunu, lider Kim Jong-un "manyakcasına düşüncəsizliyinə" işarə edən "özünü məhvetmə" aktı adlandırıb.Muxalifet - 9-09-2016
Mərkəzi Bank uçot dərəcəsini 15% səviyyəsinə yüksəltdi
Valyuta hərraclarında xarici valyutanın təklifi əhəmiyyətli artırılıb." - məlumatda vurğulanır Mərkəzi Bankın İdarə Heyəti bu il sentyabrın 14-dən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.
Hurriyyet.org xəbər verir ki, bu barədə Mərkəzi Bankdan daxil olan məlumatda deyilir.
Bildirilib ki, eyni zamanda makroiqtisadi proqnozları, tədiyə balansında və valyuta bazarındakı meyilləri nəzərə alaraq Mərkəzi Bank pul siyasəti alətlərinin kəmiyyət parametrlərini dəyişib.Muxalifet - 9-09-2016
“Prezidentlik sistemini qəbul etsəydim hökumətlə aramız yaxşı olardı” – FƏTULLAH GÜLƏN
15 iyunda Türkiyədə baş vermiş çevriliş cəhdini təşkil etməkdə günahlandırılan Fethullah Gülen Politico jurnalına verdiyi müsahibədə deyib ki, prezidentlik sitemini dəstəkləmədiyi üçün ölkə başçısı Erdoğanla yolları ayrılıb.
"Əgər bu tələbləri qəbul etsəydik, indi Türkiyə hökuməti ilə aramız yaxşı olardı," cənab Gülen deyib.Muxalifet - 9-09-2016
Akif Çovdarov: “Tağı Əhmədovdan maşın istəmişik”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovla Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov arasında yaşandığı iddia edilən 3 milyon manatlıq qalmaqalın yeni detalları məlum olub.
Muxalifet - 9-09-2016
Natiq Cəfərli azadlığa buraxıldı - QƏRAR -YENİLƏNİB
“Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.
Hurriyyet.org-un məlumatına görə, bu barədə vəkili Cavad Cavadlı özünün “Facebook” səhifəsində yazıb.
Vəkilin sözlərinə görə, bu gün Nəsimi Rayon Məhkəməsində prokurorluğun N.Cəfərlinin həbsdən azad olunması barədə təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib.
N.Cəfərli həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.Muxalifet - 9-09-2016
11 sentyabr həqiqətləri – 15 İL ƏVVƏLƏ BAXIŞ
Növbəti onilliklərdə nə baş verəcəyindən asılı olmayarq 2001-ci il, 11 sentyabr terror hücumu 21-ci əsr tarixinin ən həlledici nöqtələrindən biri kimi yerini saxlayır. Son 15 ildə dünyada, ələlxüsus da Yaxın Şərqdə baş vermiş bir çox mühüm tarixi olayların kökü məhz günəşli sentyabr günündə ABŞ-ın şərq sahilində cərəyan edən hücumlardan qaynaqlanır. 11 sentyabr hücumları haqda dünyanın bir sıra ölkələrində bəzən hökumətlərin həvəsləndirməsi ilə müxtəlif konspirasiya nəzəriyyələri, saxta fərziyyələr dolaşır.
Muxalifet - 10-09-2016
Soydaşlarımız həyəcan təbili çalır - DƏRBƏNDDƏ AZƏRBAYCANLILARIN HÜQUQLARI TAPDALANIR
Dərbəndin azərbaycanlı icması çoxminli mitinq keçirəcəyini bildirir...
Muxalifet - 10-09-2016
Rəşid Mahmudov həqiqətən xalq düşmənidir – ORXAN BAHADIRSOY
“Kişilərimiz hamilə qadınlara, qadınlarımız begemota oxşayır” nə deməkdir?
Muxalifet - 10-09-2016
ADP İlham Əliyevi yanlışı düzəltməyə çağırdı
Partiya Eldar Sabiroğlunun övladının 9 il azadlıqdan məhrum edilməsini siyasi qisasçılıq kimi dəyərləndirir
Muxalifet - 10-09-2016
Cənubi Koreyanın Pxenyanı MƏHV PLANI - ŞOK SSENARİ
Cənubi Koreya höküməti bildirib ki, rəsmi Pxenyanın nüvə silahı ilə hücum edəcəyi məqamda Şimali Koreyanın paytaxtının tam məhv edilməsi planına sahibdir.
Cənubi Koreya hökümətinə yaxın Yonhap xəbər agentliyi yazır ki, plan parlament üzvlərinə təqdim edilib.
Planda Pxenyanın hər bir rayonunun ballistik raketlər və uzaqməsafəli toplarla məhv edilməsinə dair məlumatlar yer alır.
Bu, Şimali Koreyanın indiyə kimi ən böyük nüvə silahını sınaqdan keçirməsindən iki gün sonra baş verir.Muxalifet - 11-09-2016
"Neftçi"də biabırçı məğlubiyyət dəyərləndirildi - MÜKAFAT VƏ BONUSLAR LƏĞV EDİLDİ
Ötən gün baş tutmuş "Neftçi” – "Qəbələ” matçından sonra "Neftçi” PFK-nın Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Hurriyyet.org-un məlumatına əsasən, klubun rəsmi internet səhifəsində bildirilir ki, komandanın inzibati binasında təşkil olunmuş iclas səhər saatlarına qədər davam edib və toplantıda bir sıra qərarlar qəbul olunub.Muxalifet - 11-09-2016
Suriya Lavrov-Kerri razılaşmasını dəstəklədi - HƏRBİ ƏMƏLİYYATLAR DAYANIR
Suriya rəhbərliyi Rusiya və ABŞ XİN rəhbərləri Sergey Lavrov və Con Kerrinin əldə etdikləri ölkə ərazisində atəşkəs rejiminin tətbiqinə dair sazişi dəstəkləyib.
APA-nın verdiyi xəbərə görə, qərar humanitar yardımın təmin olunması məqsədi ilə qəbul edilib.
Razılaşmaya əsasən, Suriyada hərbi əməliyyatlar sentyabrın 12-dən etibarən dayandırılmalıdır.Muxalifet - 11-09-2016
"Rusiya və ABŞ arasında Suriya üzrə razılaşma “əsl ümid işığı”dır" - ALMANİYA XİN
Rusiya və ABŞ arasında Suriya üzrə razılaşma münaqişənin tənzimlənməsi istiqamətində “əsl ümid işığı”dır.
Hurriyyet.org-un məlumatına görə, bunu “Welt am Sonntag’ qəzetinə müsahibəsində Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer bəyan edib.
Almaniya xarici işlər naziri deyib ki, hazırda əsas məsələ atəşkəsinin reallaşması və atəşkəsə riayət edilməsidir: “Bu, tezliklə Suriyada siyasi keçidlə bağlı danışıqlara zəmin yaratmağımız üçün vacibdir”.Muxalifet - 11-09-2016
İlyumjinov Obamadan ABŞ vətəndaşlığı istədi
Beynəlxalq Şahmat Federasiyasının rəhbəri (FİDE) Kirsan İlyumjinov ABŞ prezidenti Barak Obamaya məktub yazaraq ondan ABŞ vətəndaşlığı istəyib.
Bu barədə İTAR-TASS bu gün məlumat yayıb.
“ABŞ prezidentindən xahiş etdim ki, həmin ölkənin Maliyyə Nazirliyinin adımın “sanksiyalar siyahısı”na salmasının yerli məhkəmədə araşdırılması üçün məni ABŞ vətəndaşlığına qəbul etsin”, - deyə İlyumjinov agentliyə bildirib.Muxalifet - 11-09-2016
MÜĞƏNNİ QİSMƏT: “HAKİMİYYƏT ÖLKƏNİ UÇURUMA APARIR”
"Rəsulzadə haqda yazdığım statusdan sonra başıma fəlakətlər gəldi..."
“Hakimiyyət onun siyasətini bəyənməyənlərə qarşı çox amansız və acımasızdır”
"Həyat yoldaşım psixoloji sarsıntılar keçirdi"
Muxalifet - 11-09-2016
Ərdoğan PKK-nın Suriya qolunu məhv edəcəyini bildirdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PKK terror təşkilatının Suriya qolu olan PYD-ni və onun silahlı qanadı YPG-ni məhv edəcəyini bəyan edib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Türkiyə vətəndaşlarını Qurban bayramı münasibəti ilə təbrik edən R. T. Ərdoğan xalqın 15 iyulda hərbi çevriliş cəhdinin qarşısını almaqla qəhrəmanlıq göstərdiyini vurğulayıb.Muxalifet - 11-09-2016