Axtarış
The search found 105705 results in 0.008 seconds.
Search results
Türkiyədən qaçan Hakan Şükürün varidatı açıqlandı
Türkiyədə FETÖ təşkilatına maddi dəstək göstərdiyi üzə çıxan veteran futbolçu və keçmiş millət vəkili Hakan Şükürün və atası Selmet Şükürün 7 şirkətdə pay sahibi olduğu məlum olub.
“Doğan” agentliyi xəbər verir ki, bu şirkətlərdə 30-60 faiz arası pay sahibi olan ailənin var-dövlətinin həcmi 200 milyon lirədən artıqdır.
Bundan başqa, mülklərinə həbs qoyulan Şükür ailəsinin Sakarya vilayətində 36 daşınmaz əmlaka sahib olduğu üzə çıxıb. Məhkəmə onların 5 lüks avtomobilini də qeydə alıb.Muxalifet - 28-08-2016
Özbəkistan hökuməti İslam Kərimovun öldüyünü təsdiqlədi
Özbəkistan hökuməti ölkə prezident İslam Kərimovun vəfat etməsi barədə xəbərləri təsdiqləyib.
Bu barədə Hurriyyet.org Rusiya mətbuatına istinadla xəbər verir.
Məlumata görə, İslam Kərimovun vəfatı ilə bağlı Özbəkistan hökumətinin saytında bildirilib.
Qeyd edək ki, İslam Kərimovun ölümü ilə bağlı ilk məlumatı “Reuters” agentliyi yaymışdı.Muxalifet - 2-09-2016
Lola Kərimova-Tillyayeva: "O bizi tərk etdi"
Xəbər verdiyimiz kimi, az öncə Özbəkistanın dövlət televiziyası prezident İslam Kərimovun ölümü barədə rəsmi məlumat yayıb.
Prezidentin qızı Lola Kərimova-Tillyayeva özünün "İnstaqram" səhifəsində bununla bağlı qeyd edib.
"O bizi tərk etdi. Söz seçməyə çalışıram və özüm də buna inanmıram", - prezidentin qızı yazıb.Muxalifet - 2-09-2016
Sumqayıtda 66 yaşlı qadın intihar etdi - ETİRAZ
Bu gün Gəncə şəhəri, Təbriz küçəsi, 235 ünvanda baş vermiş intihar hadisəsinin səbəbi bəlli olub.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, Təbriz küçəsi, 235 ünvanda yaşayan 1950-ci il təvəllüdlü Abdiyeva Melya Sokrat qızı sirkə turşusu içib. Onun evdə olan gəlini tərəfindən ağır vəziyyətdə olduğu aşkarlanan qadın Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.Muxalifet - 2-09-2016
Özbəkistanda 3 günlük matəm elan edildi
Sentyabrın 3-də Özbəkistanda prezident İslam Kərimovun ölümü ilə bağlı 3 günlük matəm elan ediləcək.
"RİA Novosti" xəbər verir ki, bu barədə ölkə parlamentinin və hökumətinin yerli televiziya ilə yaydığı məlumatda deyilir.
"3 sentyabr 2016-ci ildən respublikada üçgünlük matəm elan edilsin və Özbəkistanın bütün ərazisində matəm tədbirləri keçirilsin" – deyə məlumatda deyilir.Muxalifet - 2-09-2016
Obama: "Özbəkistan tarixinin yeni dövrü başlayıb"
ABŞ prezidenti Barak Obama prezident İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistan xalqına başsağlığı verib.
TASS xəbər verir ki, bu barədə Ağ Evdən yayılmış bəyanatda bildirilir.
"Birləşmiş Ştatlar İslam Kərimovun vəfatı ilə əlaqədar, belə bir ağır gündə Özbəkistan xalqına dəstəyini ifadə edir"- deyə məlumatda bildirilir.
ABŞ prezidenti xatırladıb ki, Özbəkistanın müstəqilliyinin 25 ili münasibətilə Kərimovu və özbək xalqını təbrik edib. Onun sözlərinə görə, Özbəkistan tarixinin yeni dövrü başlayıb.Muxalifet - 2-09-2016
Rusiya ABŞ-la razılığa gəlir - PUTİNDƏN MESAJ
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkəsi ABŞ-la Suriyadakı vəziyyətə dair azılaşmanın əldə olunmasına yaxındır.
AzVision.az xəbər verir ki, bu barədə Putin “Bloomberg”-ə müsahibəsində bildirib.
“Biz tədricən düzgün istiqamətdə hərəkət edirik. Yaxın gələcəkdə razılığa gələcəyimizi və beynəlxalq birliyə razılaşmamızı təqdim edəcəyimizi istisna etmirəm”, - deyə Putin bildirib.Muxalifet - 3-09-2016
Türkiyədə daha 6 əsgər şəhid olub – TERRORÇULARLA TOQQUŞMA
Türkiyənin Van vilayətində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında baş verən döyüşlərdə 4 əsgər şəhid olub.
APA-nın “Hürriyet”-ə istinadən verdiyi xəbərə görə, onlardan birinin leytenant, digərlərinin çavuş olduğu bildirilir.
Hazırda Van vilayətinin Çaldıran rayonunda Tendürek dağı bölgəsində qarşıdurmanın davam etdiyi bildirilir.
Mardin vilayətində isə terrorçularla silahlı toqquşmalarda 2 əsgər ölüb.Muxalifet - 3-09-2016
Özbəkistanı dəmir əllə idarə edən lider – İSLAM KƏRİMOV
İslam Kərimov Özbəkistana 1989-cü ildən rəhbərlik edir
Özbəkistanın ilk, yeganə və əvəzedilməz prezidenti İslam Kərimov bu posta hələ 1990-cı ildə seçilmişdi və özünə prezident titulu götürən ilk sovet respublikası lideri olmuşdu.
İnsan haqları müdafiəçiləri onu hüquqların kütləvi pozulmasında ittiham edir və dünyanın ən avtoritar dövlət başçılarından biri hesab edirdilər.Muxalifet - 3-09-2016
Bakıdan İslam Kərimovun dəfninə kim gedəcək?
Özbəkistan hökuməti prezident İslam Kərimovun öldüyünü təsdiqləyib.
78 yaşlı cənab Kərimov keçən həftə beyin qansızmasının ardından xəstəxanaya çatdırılıb, lakin hökumət yalnız onun ağır xəstə olduğunu bildirib.
Yüksək ranqlı Azərbaycan diplomatı BBC Azərbaycancaya danışarkən, Prezident İlham Əliyevin dəfndə iştirakının mümkünlüyünü bildirib.Muxalifet - 3-09-2016
İslam Kərimovun dəfn mərasimində Türkiyəni Toğrul Türkeş təmsil edəcək
Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasimində Türkiyə hökumətini baş nazirin müavini Toğrul Türkeş təmsil edəcək.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, baş nazirin müavini bu gün Daşkəndə yola düşəcək.
Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də, 78 yaşında vəfat edib.Muxalifet - 3-09-2016
Özbəklər İslam Kərimovu son mənzilə yola salır
Özbəkistan prezidenti İslam Kərimovu son mənzilə yola salmaq üçün Daşkənd sakinləri küçələrə axışıb.
Hurriyyet.org xəbər verir ki, bu gecə, yerli vaxtla saat 05:00-də İslam Kərimovun cənazəsi paytaxtın “Cənub” hava limanına aparılıb. Hava Limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
İslam Kərimovun dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq. Prezidentin vəfatı ilə əlaqədar ölkədə 3 günlük matəm elan ediləcək.
İslam Abduqəni oğlu Kərimov 1938-ci ildə Səmərqənddə anadan olub. O, 1989-cu ildən Özbəkistana rəhbərlik edirdi.Muxalifet - 3-09-2016
12 yaşlı uşaq özünü bıçaqladı - YARDIMLIDA
Yardımlı rayon sakini bıçaqlanma diaqnozu ilə bu gün səhər saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına daxil olub.
Muxalifet.az-ın məlumatına görə, rayonun Arvana kənd sakini, 2002-ci il təvəllüdlü Əliş Aslan oğlu Süleymanov dərhal əməliyyat blokuna götürülüb, hazırda həkimlər onun yaralarının tikilməsi, digər zəruri yardımların göstərilməsinə cəlb olunublar.
Yardımlı Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın yerli bürosuna 12 yaşlı uşağın bıçaqlanmasının ehtiyatsızlıq səbəbindən zərərçəkmişin özü tərəfindən törədildiyi bildirilib.Muxalifet - 3-09-2016
Azərbaycan ərazisində erməni əsgər öldü
Dağlıq Qarabağda erməni əsgər ölüb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 2-də saat 23:30 radələrində döyüş mövqeyində növbədə olan 1977-ci il təvvəllüdlü Ordubekyan Arayik Samvel oğlu güllə yarası alıb.
O, yerindəcə ölüb.
Hadisənin necə baş verdiyi araşdırılır.Muxalifet - 3-09-2016
Bakıda Özbəkistan bayrağı endirildi – SƏFİRLİKDƏ XATİRƏ KİTABI AÇILACAQ
Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq.
Səfirlikdən verilən xəbərə görə, artıq səfirlikdə dövlət bayrağı yarıya qədər endirilib.
Ölkənin milli bayramı-dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə sentyabr;n 6-da keçirilməsi nəzərdə tutulan mərasim də ləğv edilib.
Qeyd edək ki, dünən Özbəkistan hökuməti və parlamenti İslam Kərimovun vəfat etməsi barədə rəsmi məlumat yayıb.
Prezidentin dəfn mərasimi bu gün Səmərqənddə keçiriləcək.Muxalifet - 3-09-2016
“Türkiyə bölgədə bir çox məsələdə əhəmiyyətli müttəfiqimizdir”
ABŞ prezidenti Barak Obama Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Türkiyə ilə təhlükəsizlik sahəsindəki əlaqələrdə hər hansı zəifləmənin olmadığını bildirib.
ABŞ prezidenti deyib ki, Türkiyə çox güclü NATO müttəfiqidir.
CNN televiziyasına açıqlama verən B.Obama Türkiyə ilə bağlı və 15 iyul dövlət çevrilişinə cəhd göstərilməsi haqqında suallara cavab verib.
Muxalifet - 3-09-2016
Azərbaycanda referendumqabağı təşviqat kampaniyasına START VERİLDİ
Azərbaycanda referendumqabağı təşviqatın aparılmasına başlanılıb.
"Report"un xəbərinə görə, təşviqatı referendum üzrə qeydə alınmış təşviqat qrupları apara bilər.
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, təşviqat səsvermə gününə 23 gün qalmış - sentyabrın 3-də başlanmalı və səsvermənin başlanmasına 24 saat qalanadək - sentyabrın 25-i saat 8.00-da dayandırılmalıdır.Muxalifet - 3-09-2016
Akif Çovdarov niyə aclıq edir?
MTN-in həbsdə olan generalının vəkilindən ilginc açıqlamalar
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş Idarəsinin sabiq rəisi, general Akif Çovdarov ölə bilər. Bunu “Yeni Müsavat”a onun vəkili Sadiq Rəsulov deyib.
“Akif Çovdarovun vəziyyəti çox pisdir, hər gün çəki itirir. Artıq 13 kiloqram arıqlayıb. Avqustun 19-dan bu günə qədər aclığı davam etdirir, dərmanları da qəbul etmir. Bu gedişlə çox ağır fəsadlar ola bilər”, – deyə vəkil bildirib.
Muxalifet - 3-09-2016
Usubov Türkiyədən siyahı gətiribmi?
«Zahid Orucun fikirləri Gülənçilərin idarəçilikdə təmsil olunmasının etirafıdır»
Türkiyədə baş verənlərin fonunda Azərbaycanda da Gülən şəbəkəsi ilə bağlı atılan addımlar maraq doğurur. Öncə Qafqaz Universitetindən başlayaq. Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub. Bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib. Təhsil Nazirliyi iyulun 20-də Univesitetin bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.Muxalifet - 3-09-2016
Kərimovun dəfn mərasimində 17 ölkədən nümayəndə heyəti iştirak edəcək – YENİLƏNİB
Müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri Özbəkistan prezidenti İslam Kərimovun dəfn mərasiminə qatılıb.
Muxalifet - 3-09-2016