Axtarış

The search found 105705 results in 0.011 seconds.

Search results

  1. ​Türkiyədə 41 iş adamının mal-mülkünə həbs qoyulub

    Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən 41 iş adamının mal-mülkünə həbs qoyulub.
    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, onların FETÖ-yə maliyyə yardımı etdikləri bildirilir.
    Siyahıda "Akfa Holding"in İdarə Heyətinin sədri Fatih Aktaş, "İhlas Holding"in keçmiş baş rəhbəri Cahit Paksoy, "Fi Yapı" İdarə Heyətinin sədri Fikrət İnanın da adları var.

    Muxalifet - 7-09-2016

  2. ​Akif Çovdarovun məhkəməsinin vaxtı məlum oldu

    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və nəqliyyat sahələrində təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun məhkəmə prosesinin vaxtı məlum olub.
    APA-nın məlumatına görə, A. Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə hazırlıq iclası sentyabrın 20-nə təyin edilib. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.

    Muxalifet - 7-09-2016

  3. FİFA-dan Bakı "İnter"inə daha bir ŞOK CƏZA

    Bakı "İnter"i daha bir şok cəza ilə üzləşib. Belə ki, FİFA "bankirlər"ə qarşı transfer qadağası tətbiq edib.
    Əldə etdiyimiz özəl məlumata görə, bu qadağa növbəti iki mövsümü əhatə edir. Məsələyə aydınlıq gətirmək üçün paytaxt klubunun prezidenti Rəşad Qasımovla əlaqə saxladıq. O, xəbərimizi təsdiqləsə də, hələ məktubla tanış olmadığını bildirdi:

    Muxalifet - 7-09-2016

  4. “Gürcüstan NATO-ya üzvlük üçün bütün praktik mexanizmlərə malikdir” - NATO-nun BAŞ KATİBİ

    Tiflisdə NATO-nun qərarverici orqanı – Şimali Atlantika Şurasının və NATO-Gürcüstan Komissiyasının iclasları keçirilir.
    APA-nın Gürcüstan bürosunun xəbərinə görə, NATO-Gürcüstan Komissiyasının toplantısından əvvəl çıxış edən baş katib Yens Stoltenberq Gürcüstana rəsmi səfərindən şad olduğunu bildirib. O, ölkənin müstəqilliyinin 25-ci ildönümü münasibətilə gürcü xalqını təbrik edib.

    Muxalifet - 7-09-2016

  5. ​Prokuror Rüfət Səfərova 10 il iş istəyib

    Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
    Bu barədə “Report”a R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
    Vəkilin sözlərinə görə, hakim Asim Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iki şahid ifadə verib.
    Onun prosesdə dövlət ittihamçısı R.Səfərovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
    Növbəti proseslərdən birində ona hökm oxunacaq.

    Muxalifet - 7-09-2016

  6. ​Ermənistanın xarici işlər naziri sabah istefa verəcək

    Hurriyyet.org "İnterfaks"a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Ovik Abramyan Nazirlər Ksbinetinin üzvləri ilə vida görüşü keçirib.
    "Baş nazir nazirlərlə görüşüb vidalaşdı. Gözlənildiyinə görə, Ovik Abramyanın istefası barədə sabah günortadan sonra elan ediləcək. Yeni baş nazir Karen Karapetyan təyin olunacaq", - agentliyin həmsöhbəti belə deyib.
    Onun sözlərinə görə, həmçinin Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın istefası gözlənilir. "Çox güman ki, bu vəzifəyə Ermənistan prezidenti aparatının rəhbəri Vigen Sarkisyan təyin ediləcək", - o bildirib.

    Muxalifet - 7-09-2016

  7. ​Türkiyə Silahlı Qüvvələri Suriyada daha 110 terrorçunu məhv etdi

    Türkiyə Silahlı Qüvvələri tərəfindən son 15 gün ərzində Suriyanın şimalında aparılan "Fərat Qalxanı" əməliyyatı zamanı 110 terrorçu məhv edilib.
    RİA "Novosti"nin verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Nurəddin Canikli bildirib.
    "Son 15 gün ərzində Suriyanın 772 kvadrat kilometr ərazisi İŞİD terrorçularından və Suriya kürdlərindən təmizlənib. Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid oluib, 19 hərbçi yaralanıb, 4 tank və bir neçə BTR vurulub", - N.Canikli söyləyib.

    Muxalifet - 7-09-2016

  8. ​İranla Səudiyyə arasında münasibətlər getdikcə gərginləşir

    İranın Ali dini lideri Əli Xamneyinin Səudiyyə rəhbərlərini “cılız və düşüncəsiz şeytanlar” adlandırması Ər-Riyadda kəskin etirazla qarşılanıb. Xamneyi Ər-Riyadı Amerika və sionizmə bağlı olmaqda günahlandırıb:

    Muxalifet - 7-09-2016

  9. ​Üsyankar müstəntiqə xanımından möhtəşəm dəstək

    Ölkədəki hüquq pozuntularına, o cümlədən prokurorluqdakı qanunsuzluqlara etiraz olaraq, Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa vermiş Rüfət Səfərova bu gün məhkəmədə prokuror 10 il həbs cəzası istəyib. Sabiq müstəntiqin həyat yoldaşı Nuray Səfərova “Azadlıq”a açıqlamasında Rüfətə istənilən cəza ilə bağlı bağlı fikirlərini çatdırıb.

    Muxalifet - 7-09-2016

  10. ​Klinton: “İraqda müharibəyə başlamaq səhv qərar idi”

    ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton İraqda hərbi əməliyyatların keçirilməsinə dəstək verdiyi üçün peşman olduğunu bildirib.
    APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o bu barədə MSNBC telekanalının efirində deyib.
    “Prezident Corc Buşu dəstəkləyərək İraqda müharibənin lehinə səs verəndə səhv etmişəm. İraqda müharibəyə başlamaq səhv qərar idi. İnsan ən çox öz səhvlərindən öyrənə bilər. Biz bunun necə baş verdiyini dərk etməliyik ki, gələcəkdə belə hallar baş verməsin  ”, deyə H.Klinton bildirib.

    Muxalifet - 8-09-2016

  11. Moskvada Qarabağla bağlı məsləhətləşmələr keçiriləcək

    Bu gün Rusiya paytaxtında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıməsləhətləşmələr  keçiriləcək.
    APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, ATƏT-in Minsk Qrupu həmsədrləri olan İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ) və Pyer Andrie (Fransa) növbəti məsləhətləşmələr üçün Moskvada toplaşıblar.
    Məsləhətləşmələrdə ATƏT sədrinin şəxsi köməkçisi Anjel Kaspşik də iştirak edəcək.

    Muxalifet - 8-09-2016

  12. ​Eldar Sabiroğlunun halı pisləşib - ONUN ÜRƏYİNDƏ CİDDİ PROBLEM YARANIB

    Dünən gecə saatlarında sabiq YAP-çı deputat Eldar Sabiroğlunun sağlıq durumunda ciddi problem yaranıb. Dünən Lənkəran Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısının sabiq müstəntiq Rüfət Səfərova ağır cəza-10 il azadlıqdan məhrumetmə cəzası istəməsi atası Eldar Sabiroğlunun səhhətinin kəskin pisləşməsinə səbəb olub. Belə ki, oğlunun bu günə təyin olunan məhkəmə prosesində iştirak etmək üçün Masallı rayonundakı oteldə qalan Eldar Sabiroğlunun ürəyində ciddi problem yaranıb. Hazırda onun üstünə Təcili Tibbi Yardım çağrılıb.

    Muxalifet - 8-09-2016

  13. ​ABŞ mediası “Formula 1” yarışını alır – 4,4 MİLYARDA

    ABŞ şirkəti olan Azadlıq Media təsdiq edib ki, o Formula 1-i 4,4 milyard dollara alır.
    Bernie Ecclestone baş icraçı olaraq qalacaq, lakin 21-ci əsr Fox-un sədr müavini Chase Carey yeni sədr olacaq.
    Azadlıq Media idmanın bir neçə növündə və əyləncə sahəsində paya malikdir.
    Milyarder John Malone-yə məxsus olan Azadlıq, ilkin mərhələdə dünyaca məşhur maşın yarışı şirkətinin az bir payını alacaq. Yarışın bütövlüklə alınması tərəflər sövdələşməni tam təsdiq etdiyi halda baş tutacaq.

    Muxalifet - 8-09-2016

  14. ​Amerikalı jurnalist sənədli filmdə Suriyada əsir həyatını təsvir edir

    2012-ci ildə müstəqil jurnalist Teo Padnos vətəndaş müharibəsini işıqlandırmaq üçün Suriyaya gedib və orada dərhal Əl-Qaidənin bir qolunun üzvləri tərəfindən oğurlanıb.
    Ərəb dilində danışa bildiyi üçün Padnosun Mərkəzi Kəşfiyyat Agentliyinin işçisi olduğuna inan qrup əslən Massaçusets ştatından olan Padnosu 2014-cü ilin avqustunda buraxanadək iki ilə yaxın girov saxlayıb.
    İndi Padnos sentyabrın 30-da Kembricdə ekrana çıxacaq "Yaşayan Teo" adlı sənədli filmdə yaşadıqlarını təsvir edir.

    Muxalifet - 8-09-2016

  15. ​Bakıda qonşu qonşunu baltaladı - DAVA

    Ötən gecə Bakıda qonşular arasında dava olub.
    Musavat.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Balaxanı qəsəbəsində baş verib.
    Şəxsi münaqişə zəminində başlayan dava zamanı qonşusu Xudakərim Əliyevin başına balta ilə zərbə endirib. Zərərçəkən zərbədən sonra yerə yıxılıb və huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. Yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. O, əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.
    Yaralı Xudakərim Əliyevin vəziyyətinin orta ağır olduğu bildirilir.

    Muxalifet - 8-09-2016

  16. ​22 yaşlı oğlanın meyiti tapıldı - İMİŞLİDƏ

    İsmayıllı rayonunda küçədən meyit aşkarlanıb.

    Muxalifet - 8-09-2016

  17. ​Hamilə qadın cərrahiyyə stolunda keçindi – HƏKİM SƏHLƏNKARLIĞI

    Ağcabədidə növbəti həkim səhlənkarlığından 3 azyaşlı uşaq anasız qaldı

    Muxalifet - 8-09-2016

  18. ​Eldar Sabiroğlunun oğlu 9 il azadlıqdan məhrum edildi

    Lənkəran Ağır Cinayətlər Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
    Muxalifet.az saytının əldə etdiyi xəbərə görə, R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
    Qeyd edək ki, R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham olunub.
    Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

    Muxalifet - 8-09-2016

  19. ​CAHANGİR ƏSGƏROVLA BAĞLI ŞOK QƏRAR - Kollegiyadan uzaqlaşdırıldı

    "Silk Way Holding" MMC-nin prezidenti Zaur Axundov və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Dövlət Mülki Aviasiya Administrasiyasının Kollegiyasının tərkibindən çıxarılıb.
    Muxalifet.az-ın APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin "Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi haqqında" Nazirlər Kabinetinin 2008-ci il 16 iyul tarixli 159 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2 sentyabr tarixli qərarında əksini tapıb.

    Muxalifet - 8-09-2016

  20. ​“Tağı Əhmədova cinayət işi açılmalıdır...” - SƏRDAR CƏLALOĞLU

    Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Qafqazinfo”ya müsahibə verib. 
    Muxalifet.az
    həmin müsahibəni oxucularına təqdim edir:

    - Son ayların müşahidələri onu deməyə əsas verir ki, Sərdar Cəlaloğlu siyasətdə yoxdur. Siz necə düşünürsünüz?

    Muxalifet - 8-09-2016

Pages