Axtarış

The search found 105705 results in 0.011 seconds.

Search results

  1. ​ ABŞ Rusiyaya qarşı sanksiya siyahısını yenidən genişləndirib

    ABŞ Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiya siyahısını növbəti dəfə genişləndirməyə qərar verib.
    APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ABŞ-ın Ticarət Nazirliyinin məlumatına əsasən, 86 adda olan 81 şirkət və təşkilat sanksiyalar siyahısına əlavə olunub. Onlardan 75-i Rusiyaya, yeddisi – Krıma, daha ikisi isə Honkonq və Hindistana aiddir.   

    Muxalifet - 7-09-2016

  2. ​“Rusiya Aİ ölkələri ilə dialoqa hazırdır” - ZAXAROVA

    Rusiya Aİ ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda dialoq aparmağa hazırdır.
    APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova bildirib.
    “Biz danışıqlar mexanizmlərindən heç birini bloklamamışıq, biz  ikitərəfli və çoxtərəfli formatda dialoqlara açığıq. Moskvanın bütün ölkələrlə, birliklərlə, bloklarla dialoq imkanları var”, - deyə o əlavə edib. 

    Muxalifet - 7-09-2016

  3. ​BAKIDA DƏHŞƏTLİ QƏZA: "Opel" FHN xilasedicilərini vurdu, 7 nəfər yaralandı

    Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Hurriyyet.org-un məlumatına görə, hadisə Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

    Muxalifet - 7-09-2016

  4. Sərxoş müştəri kafedə 3 nəfəri bıçaqladı - BAKIDA

    Suraxanında kütləvi dava baş verib. İnsident Qum adasında yerləşən kafelərin birində qeydə alınıb. Kafedə sərxoş olan Cəfər adlı şəxs 20 yaşlı Musa Hüseynovla mübahisə etməyə başlayıb. Kafenin sahibi olan Musa Hüseynovun qardaşı Cəfəri sakitləşdirib. Daha sonra Cəfər qəfildən əlinə bıçaq alaraq kafenin sahibinə hücum edib. Bu zaman Musa Hüseynov qardaşının qarşısına keçib və nəticədə Cəfər onu bıçaqlayıb. Musa Hüseynovdan başqa Cəfər onun dostları 20 yaşlı Oqtay Yusifov və 26 yaşlı Səbuhi Hüseynovada bıçaqla xəsarətlər yetirərək hadisə yerini tərk edib.

    Muxalifet - 7-09-2016

  5. ​Cinayətkarlar polis helikopterini vurdu

    Meksikanın Miçoakan ştatında polis əməliyyatı zamanı cinayətkarlar helikopteri vurub, nəticədə dörd nəfər ölüb. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Silvano Aureolesa bildirib.   
    Onun sözlərinə görə, helikopter kriminal qruplaşmaların liderlərinin saxlanılması üzrə əməliyyatda iştirak edib. İnsident nəticəsində 3 polis əməkdaşı və 1 pilot həlak olub.
    İnsidentin digər təfərrüatları açıqlanmır.   

    Muxalifet - 7-09-2016

  6. “Nə olmalıdırsa, o da olacaq” – ƏKRƏM ƏYLİSLİ

    «Dörd ay axtarıblar, nəsə tapa bilməyiblər»

    Yazıçı Əkrəm Əylisli sentyabrın 6-da istintaqa çağrılıb. Orda gördüklərini “Azadlıq” radiosu ilə bölüşüb:
    – Mən ömrümdə nə polis qapısı tanımışam, nə də prokurorluq. Mənim üçün bunlar hamısı təzədir və çox qəribədir. Dedilər: «Sizi çağırdıq ki, tanış olaq». Mən də düzü, bilmirəm axı, nə tanışlıqdı. İçəri girəndə hamısı dedi: «Xoş gəlmisiz». Mən də cavab verdim: «'Xoş gəlmisən' yaxşı sözdür, amma bu idarədə yox» (gülür). Burda özümə qarşı düşmənçilik görmədim. Mənə düşmən lazım deyil, mənə sevgi lazımdır.

    Muxalifet - 7-09-2016

  7. ​Türkiyə almanların çəkdiyi videonu müsadirə edib

    Almaniyanın dövlət yayımçısı Türkiyəni mətbuat azadlığını kobud şəkildə pozmaqda ittiham edib. Səbəb Türkiyə hakimiyyətinin bu ölkənin gənclər və idman naziri ilə video-müsahibəni müsadirə etməsidir.
    «Deutsche Welle» sentyabrın 6-da bildirib ki, nazirlik əməkdaşları videonu müsadirə ediblər. Bundan öncə isə nazirin sözçüsü deyib ki, bu media orqanı 15 iyul çevriliş cəhdi və ondan sonra baş verənlərlə bağlı müsahibəni efirə verə bilməz.

    Muxalifet - 7-09-2016

  8. ​“Qanuni ogru”lar Sarkisyana qarşı - PREZİDENTƏ "YOX!" CAVABI VERİLDİ

    Ermənistan hakimiyyətinin xüsusi tapşırıqlarını yerinə yetirməkdən imtina edən erməni “qanuni oğru”ları onun qəzəbinə tuş gəlib və ölkədən deportasiya olunublar.
    Kriminal aləmdən xəbərlər üzrə ixtisaslaşmış “Praym Kraym” nəşri xəbər verir ki, 51 yaşlı Aleksandr Makaryan (Alo) və 37 yaşlı Norayr Piloyan (Konço) Türkiyəyə deportasiya olunublar.
    Nəşr qeyd edir ki, bu, Ermənistan hakimiyyətinin son onilliklər ərzində öz “qanuni oğru”larına arxa çevirdiyi ilk haldır.

    Muxalifet - 7-09-2016

  9. YALANIN VƏ PEŞƏKARSIZLIĞIN ÖMRÜ NEÇƏ GÜNDÜR?

    Elman Rüstəmov ən səriştəsiz mərkəzi bank rəhbərləri sırasına aid edilib. Rusiya Mərkəzi Bankının rəhbəri isə yüksəq reytinqə layiq görülüb. Halbuki, Rusiyanın maliyyə problemləri Azərbaycandan daha çoxdur (yalnız neftin qiyməti deyil, həmçinin sanksiyalar və s.). Deməli, maliyyə sistemimizin bərbad olması yalnız obyektiv səbəblərdən deyil, həmçinin Mərkəzi Bank sədrinin bacarıqsızlığından irəli gəlir. Mən bu fikri dəfələrlə demişəm.

    Muxalifet - 7-09-2016

  10. MANAT DƏYƏRİNİ İTİRİR– BU GÜNÜN MƏZƏNNƏSİ

    Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
    Məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 6-sı ilə müqayisədə 0,25% artaraq 1,6403 manat olub.
    Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1,2% möhkəmlənərək 1,8457 manat olub.
    Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 1,19% bahalaşaraq 0,0255 manat olub.
    Türkiyə lirəsinin məzənnəsi 1,1% artaraq 0,5613 manat təşkil edib.

    Muxalifet - 7-09-2016

  11. Putin İslam Kərimovun varisini sərt siyasi kursu davam etdirməyə çağırıb

    Vladimir Putinin Özbəkistanın mərhum prezidenti İslam Kərimovun varisi olacaq şəxsi onun siyasətini davam etdirməyə çağırması Rusiya liderinin ölkədə avtoritar idarəçiliyin və müxalifətə təzyiqlərin davam etdirilməsinə təşviq kimi qiymətləndirilir.

    Özbəkistanı 25 ildən çox idarə etmiş İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib. O özünü Mərkəzi Asiyada islam ekstremizminin yayılmasının qarşısını ala biləcək bir lider kimi təsvir edirdi.

    Muxalifet - 7-09-2016

  12. Cahangir Hacıyevin məhkəməsi təxirə salındı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə proses təxirə düşüb.
    Hurriyyet.org-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İbrahim Hüseynovun vəkili Azər Tağıyev prosesdə olmadığından məhkəmə sentyabrın 9-a təxirə düşüb.
    Prosesdə İbrahim Hüseynova yeni vəkil təqdim olunsa da, o, dövlət tərəfindən verilən vəkildən imtina edib.

    Muxalifet - 7-09-2016

  13. Bayram namazının dəqiq vaxtı açıqlandı

    Bayram namazının dəqiq vaxt açıqlandıBakıdakı Təzəpir məscidində Qurban bayramı münasibəti ilə bayram namazı sentyabrın 12-də saat 9:00-da qılınacaq.
    Bu barədə “Report”a məscidin axundu hacı Mircəfər Əyyubov məlumat verib.
    M.Əyyubov vurğulayıb ki, ölkənin bütün məscidlərində bayram namazı eyni saatda qılınacaq.
    Qeyd edək ki, bu il Qurban bayramı Azərbaycanda sentyabrın 12-si və 13-ü tarixlərində qeyd olunacaq.

    Muxalifet - 7-09-2016

  14. ​Mağazalarda bu məhsulların qiyməti kəskin bahalaşdı - QİYMƏT CƏDVƏLİ

    Mağazalarda bu məhsulların qiyməti kəskin bahalaşdıAzərbaycanda dolların manat qarşısında hər gün bahalaşması ərzaq mallarına təsir edib.  Baku.ws-in əməkdaşının paytaxt mağazalarında apardığı müşahidələrdən məlum olur ki, satışda olan əksər məhsulların qiyməti son 1 ay ərzində artıb.
    Satıcılar bildirir ki, son bir ayda hiss olunacaq dərəcədə bahalaşma müşahidə olunub. Ərzaq məhsullarındakı qiymətin bahalaşmasını satıcılar ABŞ valyutasının manat qarşısında möhkəmlənməsi ilə əlaqələndirirlər.

    Muxalifet - 7-09-2016

  15. ​Yol polisindən xəbərdarlıq - 30 MANAT CƏRİMƏ

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
    İdarədən verilən məlumata görə, payız fəslində sutkanın qaranlıq vaxtı çoxalır. Bu günlərdə bölgələrdə istirahətdə olanların Bakıya və digər şəhərlərə axını başlayır. Əksər sürücülər gecə vaxtı yola çıxdığı üçün yollarda müxtəlif problemlərlə rastlaşırlar.

    Muxalifet - 7-09-2016

  16. Metro və avtobuslarda gediş haqqı artırılır? - RƏSMİ AÇIQLAMALAR

    Son günlər ictimai nəqliyyatda gediş haqlarının artacağı ilə bağlı müxləlif xəbərlər yayılır. İddialara görə, sentyabr ayının 15-dən etibarən metro və avtobuslarda gediş haqqı 0.40 manat olacaq.
    Dolların sürətlə bahalaşdığı, ərzaq qiymətlərinin durmadan artdığı, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bu iddiaların reallığa çevirilməsi də inandırıcıdır.
    Üstəlik, hökumət ötən aylarda suyun və elektrik enerjisinin qiymətini artırıb. Həm də Bakı Metropoliteni rəhbərliyi neçə illəridir yeraltı nəqliyyatın gəlirlərinin xərclərini ödəmədiyini bildirir.

    Muxalifet - 7-09-2016

  17. Amerikalı hakerlər azərbaycanlı sahibkarın bank hesabından pul oğurladılar

    Azərbaycanda sahibkarın bank hesabından oğurluq edilib.
    Bu barədə APA-ya zərərçəkən İlham Soltanov məlumat verib. Onun sözlərinə görə, avqust ayında onun “Ekspressbank”da olan hesabına ABŞ-ın Los Anceles şəhərindən müdaxilə olub. Nəticədə hesabdan xeyli miqdarda pul oğurlanıb. Müştəri bu barədə xəbər tutan kimi dərhal hesabını bağlayıb.

    Muxalifet - 7-09-2016

  18. ÇOVDAROVLA DAHA BİR ÜZLƏŞDİRMƏ – Bu dəfə Tağı Əhmədovun qardaşı oğlu…

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov Bakı Metropolteninin keçmiş rəisi Tağı Əhmədovun qardaşı oğlu Əli Əhmədovla üzləşdirilib.
    Bu barədə “Report”a A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

    Muxalifet - 7-09-2016

  19. Gənc qız özünü 17-ci mərtəbədən ataraq intihar etdi - BAKIDA

    Bakıda intihar hadisəsi baş verib.
    Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Mir Cəlal küçəsi 63 A ünvanında qeydə alınıb. 1995-ci il təvəllüdlü Aysel Hümbət qızı Ağaməmmədova 17-ci mərtəbədən özünü atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerində keçinib.
    Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

    Muxalifet - 7-09-2016

  20. Bakıda 300 min manatlıq hədiyyə maşın... evakuatorda

    Bakı küçələrindən birində çəkilmiş foto sosial şəbəkədə böyük marağa və paylaşımlara səbəb olub.
    Virtualaz.org xəbər verir ki, fotoda 99 DT 414 dövlət nömrə nişanlı evakuatorun üzərində qiyməti təxminən 300 min manat olan "Mercedes-Benz"-G63 avtomobili əks olunub.
    Bahalı avtomobil gül və qırmızı lentlərlə bəzədilib. Avtomobilin ön şüşəsinin yuxarı tərəfindəki “atadan” və nömrə yerindəki “ad günün mübarək” sözləri onun hədiyyə olduğunu göstərir.
    Həmin övladın və atasının adı isə məlum deyil.

    Muxalifet - 7-09-2016

Pages