Azərbaycan ərazisində erməni əsgər öldü
3-09-2016 10:15

Dağlıq Qarabağda erməni əsgər ölüb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, sentyabrın 2-də saat 23:30 radələrində döyüş mövqeyində növbədə olan 1977-ci il təvvəllüdlü Ordubekyan Arayik Samvel oğlu güllə yarası alıb.
O, yerindəcə ölüb.
Hadisənin necə baş verdiyi araşdırılır.