Axtarış

The search found 105705 results in 0.065 seconds.

Search results

  1. ​Eldar Mahmudov hansı məmurları “vurmaq” istəyib?

    Keçmiş nazirin xanımı onun ölüm xəbərindən danışdı
     
    Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun xanımı Tahirə Mahmudova həyat yoldaşının ölüm xəbərini təkzib edib. Jurnalistlərlə söhbətində Tahirə Mahmudova bildirib ki, əri sağdır, amma səhhəti ilə bağlı problemləri var.
     
    “Bəli, Eldar müəllimin səhhətində problemlər var, amma ölüm faktı yoxdur. Heç elə bir şey də olmayıb. Məlumat yalandır”, – Mahmudova deyib.
     

    Muxalifet - 21-06-2016

  2. ​ Bakıda polis rəisini bıçaqlayan şəxslər şikayətçidir

    Binəqədi rayon 5-ci polis bölməsinin rəisi Anar Şıxaliyevə qarşı cinayət törədən şəxslər Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
    Şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun icraatına verilib. Məhkəmənin ilkin baxış iclası iyunun 22-də keçiriləcək.

    Muxalifet - 21-06-2016

  3. ​Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verdi

    Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu Ədliyyə Nazirliyini məhkəməyə verir.
     
    Bu barədə hərəkatın sədr müavini Ellada Məmmədli məlumat verib. O bildirib ki, Ədliyyə Nazirliyi hərəkatın dövlət qeydiyyatı ilə bağlı müraciətinə yenə “yox” deyib: “Nazirlik buna səbəb olaraq hərəkatın nizamnaməsində qəbul, əlavə və dəyişiklik edilməsi qaydasının olmamasını göstərib. Artıq 3-cü dəfə hərəkatın qeydiyyat ilə bağlı sənədlər geri qaytarılır. Məncə bunlar bəhanədir “.
     

    Muxalifet - 21-06-2016

  4. ​Nardaranlıların 43 milyon manata yaxın işıq pulu borcu silindi

    Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə yaranmış 42 milyon 267 min manat borcu silinib.
     
    APA-nın məlumatına görə, bu barədə Sabunçu rayonunun Nardaran qəsəbəsində sakinlərlə görüşdə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
     

    Muxalifet - 21-06-2016

  5. ​Aprel müharibəsindən sonra Putinin yeni Qarabağ planı

    Rusiya ABŞ-ı Qarabağ üzrə danışıqlar prosesindən çıxarmağa çalışır

    Muxalifet - 21-06-2016

  6. Kərkükün qubernatoru muxtariyyət tərəfdarıdır

    Soydaşlarımızın yaşadığı vilayətin etnik pərdəli, neft qoxulu siyasət səhnələri

    Muxalifet - 26-06-2016

  7. ​İlham Əliyev Sankt-Peterburq görüşünün detallarını açıqladı - “Müsbət hal ondan ibarətdir ki...”

    “Müsbət hal ondan ibarətdir ki, Vyana görüşündən bir ay keçəndən sonra artıq Rusiya tərəfinin təşəbbüsü ilə Sankt-Peterburq şəhərində növbəti görüş keçirilmişdir. Bu görüşü biz müsbət qiymətləndiririk. Xarici İşlər Nazirliyi Azərbaycanın rəsmi mövqeyini bildirmişdir və bu mövqe, təbii ki, ictimaiyyət üçün də açıqdır”.
    Bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş binanın açılışında hərbçilərlə görüşdə söyləyib.

    Muxalifet - 26-06-2016

  8. ​Sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərova hökm oxundu - 14 il həbs...

    Naxçıvan Hərbi Məhkəməsində Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
     APA-nn məlumatına görə, məhkəmənin hökmü ilə V. Ələsgərov 14  il müddətinə azadlıqdan məhrum edilib.

    Muxalifet - 24-06-2016

  9. ​Avropa Birliyi dağılmağa məhkumdur – SƏRDAR CƏLALOĞLU

    “Avropa Birliyi dağılandan sonra qlobal iqtisadi böhranın hədəfi Amerika olacaq”

    Muxalifet - 26-06-2016

  10. ​Corc Soros: “Avropa İttifaqının parçalanması qaçılmazdır”

    Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxması ittifaqın parçalanmasını, demək olar ki, qaçılmaz edir.
    Muxalifet.az-ın xəbərinə görə, bunu tanınmış amerikalı maliyyəçi, sərmayəçi və milyarder Corc Soros deyib.
    “Çoxlarının qorxduğu fəlakətli ssenari reallaşdı, bundan sonra Avropa İttifaqının süqutu, demək olar ki, qaçılmazdır”, - deyə Soros Böyük Britaniyada ölkənin Aİ-dən çıxmasına dair keçirilmiş referendumla bağlı “Project Syndicate” nəşrində dərc etdiyi şərhində bildirib.
    Sərmayəçi Böyük Britaniyanın Aİ-dən çıxmasının mümkün fəsadları barədə də fikir bildirib.

    Muxalifet - 26-06-2016

  11. Xamneyi: "İŞİD İranı məhv etmək məqsədilə yaradılıb"

    İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranın məhvi idi. TASS xəbər verir ki, belə bir iddia ilə şənbə günü İranın ali dini lideri ayətulla Əli Xamneyi çıxış edib.
    "İŞİD terror qruplaşması başlıca məqsədin yerinə yetirilməsi üçün yaradılıb: İranın zəbti və məhv edilməsi. İraq və Şam (Dəməşqin tarixi adı) bu məqsədə nail olmaq üçün yalnız hazırlıq mərhələləri idi.

    Muxalifet - 26-06-2016

  12. ​Avtomobil piyadanı vuraraq öldürdü – SABIRABADDA

    Sabirabad rayonunun Qaragüney kəndi ərazisində kəndin sakini, 55 yaşlı Məhərrəm Süleymanov yolu keçmək istərkən VAZ 2106 markalı avtomobil vurub.
    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır bədən xəsarətləri alan yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda dünyasını dəyişib.
    Faktla bağlı araşdırma aparılır.  

    Muxalifet - 26-06-2016

  13. ​Qasırğa 99 nəfərin həyatına son qoydu

    İyunun 23-də Çinin şərqində son yarım əsrdə müşahidə olunan ən güclü dağıdıcı qasırğa nəticəsində ölənlərin sayı 99 nəfərə, xəsarət alanların sayı 846 nəfərə çatıb.
    APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, Tszyansu əyalətində 1500 insan evini tərk etmək məcburiyyətində qalıb.
    Hazırda xilasetmə əməliyyatları başa çatmayıb, buna görə də qasırğa qurbanlarının sayının artacağı istisna deyil.

    Muxalifet - 26-06-2016

  14. ​Azərbaycan hökuməti AŞPA-da 2.4 milyon avro rüşvət üstündə tutuldu

    İtaliyanın məşhur İl Fatto qəzeti Azərbaycanla bağlı yeni qalmaqal barədə yazı dərc edib. Bu dəfə rəsmi istintaq materiallarına əsasən.

    Muxalifet - 27-06-2016

  15. Bu gün parlamentdə intizam komissiyası Zahid Orucla bağlı toplaşacaq

     
    Milli Məclisin intizam komissiyası iyulun əvvəllərinə təyin etdiyi toplantısını bu günə təyin edib. Bu barədə komissiya üzvlərindən biri Musavat.com-a məlumat verib. Parlamentin mətbuat xidmətindən isə deyilib ki, komissiya iclasları barədə məlumatlar xüsusi zərurət olduğu halda ictimailəşdirilir.

    Muxalifet - 28-06-2016

  16. Beynəlxalq Bank işi: “kredit oliqarxları”nın əmlakı satışa çıxarıldı

    Nazirlər Kabineti Azərbaycan Beynəlxalq Bankının qaytarılmayan milyardlarla manat kreditinin əvəzində girov qoyulmuş və “Aqrarkredit” QSC-yə verilmiş əmlakların satışı üzrə Müsabiqə Komissiyasının yaradılmasına dair qərar verib.
    Nazirlər Kabinetinin iyunun 26-da dərc edilmiş qərarına əsasən Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında prezident fərmanına əsasən “Aqrarkredit” ASC-yə verilmiş əmlak satışa çıxarılır.

    Muxalifet - 28-06-2016

  17. ​Türkiyə vurulan “Su-24”-ə görə Rusiyaya təzminat ödəməyə razılaşdı

    Türkiyə Rusiyaya 2015-ci ilin noyabrında türk qırıcıları tərəfindən vurulmuş bombardmançı “Su-24” təyyarəsi üçün təzminat ödəməyə hazırdır.
    Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım TRT telekanalına verdiyi müsahibəsində bildirib.
    Yıldırımın sözlərinə görə, Türkiyə lazım olarsa, təzminat ödəməyə hazırdır.

    Muxalifet - 28-06-2016

  18. ​Ərdoğanı Putinlə İlham Əliyev barışdırıb - BAŞ NAZİRDƏN AÇIQLAMA

    Türkiyə ilə Rusiya arasında münasibətlərin normallaşması üçün Azərbaycanın vasitəçilik etdiyi təsdiqlənib.
    Bu barədə Türkiyənin baş naziri Bineli Yıldırım hakim AKP-nin parlamentdəki qrup toplantısındakı çıxışı zamanı bildirib.

    Muxalifet - 28-06-2016

  19. ​Erməni deputat: “Rusiya Azərbaycan təyyarələrini vurmayacaq”

    Ermənistan 25 il ərzində nə üçün döyüş təyyarələri əldə etməyib?
    Virtualaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bu sualı ölkə parlamentinin bugünkü iclasında müxalifətdən olan deputat Nikol Paşinyan qaldırıb.

    Muxalifet - 28-06-2016

  20. Ronaldodan Modriçə qarşı böyük jest

    Portuqaliyalı matç bitdikdən sonra sevinmədiyini deyib

    Muxalifet - 29-06-2016

Pages