Nitsadakı teraktda yaralanmış 52 nəfərin vəziyyəti ağırdır
15-07-2016 22:03

Fransanın Nitsa şəhərində törədilmiş terror aktı nəticəsində 10 uşaq və yeniyetmə ölüb.
«RİA Novosti» xəbər verir ki, bunu Parisin prokuroru Fransua Molens deyib.
Prokuror qeyd edib ki, 50-dən çox şəxs terror hücumundan sonra ağır vəziyyətdədir:
"İki yüz insan xəsarət alıb, onlardan 52-nin vəziyyəti ağırdır, o cümlədən 25 nəfər reanimasiyadadır".