Axtarış
The search found 105705 results in 0.123 seconds.
Search results
“Borçalı”nın yeni sədri: “Elat bayramı el şənliyi şəklində keçiriləcək”
“Elat qardaşlıq və dostluq bayramı olmalıdır, orada qeyri-ciddi bəyanatlar səslənməməlidir”
Muxalifet - 29-06-2016
Rüfət Səfərovun məhkəməsi başlayır
Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işinin ibtidai istintaqı başa çatıb.
Bu barədə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə sözügedən cinayət işi üzrə məhkəmə prosesi baxılacaq.Muxalifet - 29-06-2016
İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib
Prezident İlham ƏliyevTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Məktubda deyilir: "Hörmətli cənab Prezident, əziz qardaşım!
İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.
Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını, birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.Muxalifet - 29-06-2016
Azərbaycan XİN: Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha ifadə edirik
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilmiş qanlı və xain terror aktlarını kəskin şəkildə lənətlədiyini bəyan edib.
Bu barədə XİN-in mətbuat xidmətindən bildirilib.
"Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.Muxalifet - 29-06-2016
Putinin “Qarabağ planı” Azərbaycana nə vəd edir? – TƏHLİL
Ermənistan mediası növbəti dəfə Qarabağ tənzimləmə planı haqda məlumat dərc edib. Və maraqlıdır ki, bu haqda planların deşifrə olunması hər dəfə məhz Ermənistan mediası vasitəsilə edilir. Özü də müəyyən diplomatik kanalların ötürdüyü informasiyalara istinad edilərək bu, baş verir.
Muxalifet - 29-06-2016
Zəlimxan Məmmədli bilməlidir ki...
Borçalı İctimai Cəmiyyətinin iyunun 25-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən növbədənkənar konfransından Cəmiyyətin yeni rəhbərliyi seçilib və belə görünür ki, bu sabiq sədr Zəlimxan Məmmədlini və onun azsaylı tərəfdarlarını razı salmayıb.
Buna görə yanlış olaraq Cəmiyyətin iyunun 25-də keçirilən konfransının nəticələrini şübhə altına almaqdan belə çəkinmirlər. Halbuki, Zəlimxan Məmmədli və onun azsaylı tərəfdarları bu hərəkətləri ilə 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinə zərər vurduqlarının fərqində olmalıdırlar.Muxalifet - 29-06-2016
"Türkiyə üçün dua edin" - MADONNA
Dünya şöhrətli pop ulduz Madonna Türkiyədə törədilən dəhşətli terror hadisəsinə biganə qalmayıb.
Azvsion.az-ın məlumatına görə, müğənni bu barədə sosial şəbəkədəki səhifəsində status yazıb və üzərində ay-ulduzun əks olunduğu şəkil paylaşıb: “İstanbul, Türkiyə üçün dua edin. Niyə başqa birini sevmək bu qədər çətin?!"
Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
Muxalifet - 29-06-2016
Bakıdakı oteldə DÜNYA MASONLARININ TOPLANTISI
Xəbər verildiyi kimi Rusiya mason lojasının rəhbəri Andrey Boqdanov ötən həftə Bakıda olub. Özünün dediyi kimi Boqdanov Bakıda qaldığı oteldən çölə çıxmayıb, çünki çoxsaylı görüşlər və danışıqlar keçirib.
“Bakıda mən ancaq pəncərədən küçədəki maşınları gördüm. Çoxlu danışıqlar oldu, praktiki olaraq oteldən çölə çıxmadım”-Boqdanov vesti.az-a açıqlamasında deyib.Muxalifet - 29-06-2016
Cavid Qurbanov Kəlbəcər qaçqınlarını ermənilərə təslim edir
Əli Bayramov: “Cavid Qurbanov oğlumu həbs etdirdi, artıq xanımımı da götürüb Kəlbəcərə getməkdən başqa yolum qalmır”
“...Kəlbəcər qaçqınını zülmdə qoyan, qapılara salan, oğlunu günahsız yerə həbs etdirən bir insanla Türkiyənin baş naziri necə dostluq edə bilər?!”
Muxalifet - 29-06-2016
“Türkiyəni getdiyi yoldan döndərmək istəyirlər” – SƏRDAR CƏLALOĞLU
“İndiki terror hadisəsi Türkiyəni son günlər geopolitik səhnədə atdığı addımlarla bağlıdır”
“Heç bir xarici təsir Türkiyənin dövlət kimi strukturlaşmasına, suveren siyasətini aparmasına, daxili siyasətini öz xalqının maraqlarına uyğun həyata keçirməsinə mane ola bilməz”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu teleqraf.com saytına müsahibə verib. Muxalifet.az həmin müsahibəni olduğu kimi təqdim edir:
Muxalifet - 29-06-2016
Moskvalılar Türkiyə səfirliyinə dəstə-dəstə gül aparırlar
Hurriyyet.org rus mətbuatına istinadən xəbər verir ki, Moskvadakı Türkiyə səfirliyinin binasının yerləşdiyi 7 nömrəli Rostov döngəsinə bu gün səhər saatlarından bəri insanlar dəstə-dəstə çiçək aparırlar.
İstanbul aeoroportunda baş verən, insanların ölümünə və şikəst qalmasına səbəb olan partlayışlara qarşı heç kim laqeyd qalmayıb. Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq, şəhər sakinləri diplomatik missiyanın qarşısına al rəngli çiçəklər düzüblər.
Muxalifet - 29-06-2016
Londonda Avropa Birliyinə dəstək aksiyası
Avropa Birliyinin tərəfdarları Londonda ölkənin birlikdən çıxmasına etiraz olaraq mitinq keçiriblər.
Dünən axşam şəhərin mərkəzi meydanına mindən çox adam toplaşıb.
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda ölkə əhalisinin 52 faizi Avropa Birliyinə yox deyib və nəticədə ölkə bölünüb.
Belə ki, İngiltərə ilə Uels Avropa Birliyindən çıxmağa, Şotlandiya ilə İrlandiya isə üzvlüyə səs veriblər.
İndi şotlandiyalılar müstəqilliklə bağlı növbəti referenduma hazırlaşırlar.
Uilyam Kessel vahid Britaniya və vahid Avropanın tərəfdarıdır.Muxalifet - 29-06-2016
Avropa Birliyi 27 ölkə ilə vahid qalacaq
Avropa Birliyi liderləri Böyük Britaniyanın bloku tərk etməsindən sanra 27 üzvlə vahid qalacaqlarını vəd ediblər.
Liderlər iyunun 29-da Britaniyanın baş naziri David Cameronun iştirakı olmadan keçirilən sammitdən sonra Britaniyaya xəbərdarlıq ediblər ki, əgər çıxdıqdan sonra vahid Avropa Birliyi bazarından istifadə etmək istəsə, bu qarşılıqlı olmalı, Avropa Birliyi vətəndaşlarının da Britaniyayaya çıxışı davam etməlidir.
Almaniyanın kansleri Angela Merkel deyib ki, Avropa Birliyi liderləri blokun müqaviləsində dəyişiklik eləmək fikrində deyillər.Muxalifet - 29-06-2016
Keçmiş ABŞ səfirinin adı qara siyahıya salınıb
Azərbaycan XİN ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Evansın Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərini növbəti təxribat kimi dəyərləndirib. Bu barədə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.
Azərbaycan XİN Evansın səfərini “indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd” kimi qiymətləndirir.
Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika erməni milli kongresi ilə uzunmüddətli sıx əlaqələri var.Muxalifet - 29-06-2016
Fransa parlamentində Azərbaycana qarşı təklif qəbul olunmadı
Fransa Milli Assambleyasında qurumun Xarici Məsələlər üzrə Komitəsinin bu gün keçirilmiş toplantısında Fransanın Cənubi Qafqaz bölgəsində sülh və demokratiyanın inkişaf hədəflərinə uyğun olaraq, bu ölkə ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılması məsələsi müzakirə edilib.
Muxalifet - 29-06-2016
Tanınmış alim və ictimai xadim Elxan Məmmədliyə AÇIQ MƏKTUB
Çox hörmətli Elxan müəllim!..
Əvvəlcə Sizə səmimi qəlbdən salamlayıram!..Muxalifet - 29-06-2016
İstanbuldakı teraktda ölənlərin sayı 42 nəfərə çatdı
İstanbul hava limanında terror aktı nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.
Bu barədə Türkiyənin "Hurriyet" qəzeti yazıb.
Son məlumatlara görə, terror hücumu nəticəsində 239 nəfər yaralanıb.Muxalifet - 30-06-2016
Ərdoğan: “Bizi mövqeyimizdən döndərə bilməyəcəklər”
"Vətənimizi əsla bölə bilməyəcəklər. Öz-özünə belə xəyal aləmində dolaşanlar, gəzənlər var. Boşuna gəzirsiniz! Əgər bu terror təşkilatları hesab edirlər ki, bizi mövqeyimizdən döndərəcəklər, çox yanılırlar”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda törədilən terror aktı ilə bağlı deyib.Muxalifet - 30-06-2016
Böyük Britaniyanın baş naziri qadın ola bilər
Böyük Britaniyanın daxili işlər naziri Tereza Mey Mühafizəkarlar Partiyasının lideri və baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.
Bu barədə “The Times” qəzeti yazıb.
Partiya sədrliyinə namizədlərin irəli sürülmə prosesi iyunun 29-da başlayıb.
Qəzetin yazdığına görə, böyük ehtimalla Tereza Meyin baş nazir postu uğrunda əsas rəqibi sabiq London meri Boris Conson olacaq.Muxalifet - 30-06-2016
KİV: "İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib"
İstanbuldakı terror aktını Tacikistan əsilli terrorçular törədib.
Tacikistan əsilli olduqları bildirilən üç terrorçu-kamikadzenin fotoşəkilini “Milliyyət” dərc edib.
Onların şəxsiyyətləri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, iyunun 28-də İstanbul Hava Limanında törədilən partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb.
İlkin ehtimala görə, terror aktının arxasında İŞİD dayanır(apa).Muxalifet - 30-06-2016