Axtarış
The search found 105705 results in 0.06 seconds.
Search results
Bakıda vəkilin özünü yandırması haqda kollegiya sədrindən AÇIQLAMA
“Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb”.
Muxalifet.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bəyan edib.
“Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi.
Muxalifet2 - 1-01-2024
ADPU-nun tələbəsi qızılca xəstəliyindən ölüb? - Həkimdən AÇIQLAMA - VİDEO
Cəlilabadın Sabirabad kənd sakini Sevil İbayeva qızılcadan vəfat edib.
O, ötən il dekabrın sonunda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə kəskin halsızlıq, dəridə səpgilər və yüksək hərarət kimi şikayətlərlə daxil olub.
Muxalifet2 - 5-01-2024
Lukaşenko hakimiyyətdən getməyə hazırlaşır? - Özünə və ailəsinə toxunulmazlıq verdi...
Belarus Prezidenti Aleksandr Lukaşenko özünün və ailə üzvlərinin toxunulmazlığını təmin edən dəyişiklikləri təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, bu barədə ölkə liderinin rəsmi saytında “Prezident haqqında” qanuna dəyişikliklərin imzalanması barədə verilən məlumatda deyilir.
Dəyişikliklərə əsasən, keçmiş prezident prezident səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı fəaliyyətinə görə məsuliyyət daşıya bilməz, onun tutulması, həbs edilməsi və ya istintaqa cəlb edilməsi qadağandır.
Muxalifet2 - 5-01-2024
“370 KİLOMETR UZAQDAKI HƏDƏFLƏRİ VURACAĞIQ...” – “Ukrayna “F-16” təyyarələrini martın sonuna kimi alacaq”
Rusiya ordusunın quruda həyata keçirdiyi genişmiqyaslı hücum əməliyyatları gözlənilən nəticəni vermədiyindən, onlar indi bütün imkanlarını Ukrayna şəhərlərinin bombalanmasına yönəldiblər. Müharibədə havada üstünlük qazanmaq vacib şərtdir. Hazırda Ukrayna səbirsizliklə onlara veriləcək “F-16” qırıcılarını gözləyir. Ukrayna Silahlı Qüvvələri düşmənin çoxlu sayda döyüş təyyarələrini, raketlərini və dronlarını məhv etsə də, hava məkanının qorunması üçün onların hələ də lazımı müasir vasitələrə böyük ehtiyacları var.
Muxalifet2 - 5-01-2024
Nazir ola bilməsi üçün dəridən-qabıqdan çıxan deputat... - BU İL ALINACAQMI?
Dünyada xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur və bunlarınyarıdan çoxu ölür. Bir müddət öncə millət vəkili Faziil Mustafa da bu problemə toxunmuşdu. Fazil bəyin çıxışını dinləyənlər arasında yəqin ki, Milli Məclisinin deputatı, parlamenin Səhiyyə Komitəsinin üzvü Kamaləddin Qafarov da olub.
Muxalifet2 - 5-01-2024
Qəbələdə ağır yol qəzası - “Mercedes” ağaca çırpıldı, 1 nəfər öldü, 2 nəfər xəsarət aldı
Yanvarın 6-da, saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 7-01-2024
Balakəndə ölümlə nəticələnən avtomobil qəzası
Yanvarın 6-da, saat 19 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Muxalifet.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet2 - 7-01-2024
Daxili işlər naziri Gədəbəydə 6 rayonun sakinlərini qəbul edəcək
Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2024-cü il yanvar ayının 18-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 17.01.2024-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Muxalifet2 - 7-01-2024
15 milyon manatlıq mənimsəmə faktı... - Nazir müavininə qarşı ŞOK İTTİHAM
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.
Muxalifet2 - 7-01-2024
Trampın eksklüziv “Lamborghini” avtomobili hərraca çıxarıldı - FOTO
ABŞ-da 1997-ci il istehsalı olan “Lamborghini Diablo” Barrett-Jackson tərəfindən hərraca çıxarılıb.
Fokus.ua xəbər verir ki, onun ilk sahibi ABŞ-ın keçmiş prezidenti Donald Tramp olub.
Donald Tramp limuzinlərə üstünlük verir, lakin 1997-ci ildə “Lamborghini Diablo” almaq qərarına gəlib. Nəticədə damı açıla bilən VT Roadster versiyasını sifariş verib.Muxalifet2 - 8-01-2024
Xamneyinin "müşaviri” edam edildi - “Mossad” agentinə məxfi məlumatlar ötürməkdə ittiham edilib / FOTO
Özünü İranın ruhani lideri Əli Xamneyinin “müşaviri” kimi təqdim edən 24 yaşlı hüquq tələbəsi Möhsün Saravani İsrailin xeyrinə casusluq ittihamı ilə Zahedan həbsxanasında edam edilib.
Muxalifet.azxəbər verir ki, bu, bazar ertəsi, yanvarın 8-də məlum olub.
İran Beynəlxalq Televiziyasının verdiyi məlumata görə, Saravani məxfi məlumatları toplamaqda və onu İsrailin “Mossad” agentinə ötürməkdə ittiham olunur.Muxalifet2 - 8-01-2024
HƏMAS İsrailə qarşı hücumlarda Şimali Koreya silahlarından istifadə edib - FOTO
HƏMAS oktyabrın 7-də İsrailə hücumunda Şimali Koreya istehsalı olan silahlardan da istifadə edib. Bu barədə Cənubi Koreyanın kəşfiyyat rəsmiləri bazar ertəsi, yanvarın 8-də açıqlama veriblər.
Pxenyan rəsmiləri HƏMAS-ın onların istehsal etdiyi silahlardan istifadə etməsi ilə bağlı şayiələri dəfələrlə təkzib ediblər.
İsrail hesab edir ki, söhbət Şimali Koreyanın HƏMAS-a birbaşa silah satışından deyil, üçüncü tərəflər vasitəsilə çatdırılmasından gedir.Muxalifet2 - 8-01-2024
Həbsdə olan rus reper də müharibəyə göndərilir? – “VACİO” ÇAĞIRIŞ VƏRƏQƏSİ ALDI
“Vacio” təxəllüsü ilə tanınan rusiyalı reper Nikolay Vasiliev hərbi komissarlığa çağırış vərəqəsi alıb.
Rusiya mətbuatı xəbər verir ki, ictimai xadim və İctimai Monitorinq Komitəsinin üzvü Aleksey Lobarev musiqiçini xüsusi təcridxanada ziyarət edib, onunla söhbət edib. Lobarevin dediyinə görə, Vasilyev təkadamlıq kamerada saxlanılır və hazırda yeni mahnı üzərində işləyir.Muxalifet2 - 8-01-2024
Gürcüstanda prezidentin vətəndaşlar tərəfindən seçilməsi təklif olundu – MÜXALİFƏT KONSTİTUSİYA DƏYİŞİKLİYİ TƏLƏB EDİR
Gürcüstanın keçmiş baş naziri Giorgi Qaxariyanın partiyası “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvilini və parlament çoxluğunu qarşıdan gələn yaz sessiyasında prezident seçkilərinin keçirilməsi qaydasını qaytarmaq üçün konstitusiya dəyişikliyi üzərində işə başlamağa çağırır.
Bu barədə “Exo of Caucasus” məlumat yayıb.
Müxalifət partiyasının deputatı Beka Liluaşvili bildirib ki, Gürcüstan dövlətinin başçısı parlamentdəki çoxluğun nümayəndələri deyil, vətəndaşlar tərəfindən seçilməlidir.Muxalifet2 - 8-01-2024
“Bizim İsraillə heç bir əlaqəmiz yoxdur” deyin, keçin… - HUSİLƏR GƏMİLƏR QARŞISINDA ŞƏRT QOYDU
Husilər gəmilərin Qırmızı dənizdən keçməsi ilə bağlı mövqelərini yenidən nəzərdən keçiriblər.
Muxalifet2 - 8-01-2024
“BU QƏRAR ERMƏNİ LOBBİSİNİN DİQTƏSİ İLƏ ÇIXARILIB...” – Müxalif partiya ABŞ Dövlət Departamentinə etiraz etdi
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ABŞ Dövlət Departamentinin dini azadlıqların məhdudlaşdırılmasına dair illik hesabatının Azərbaycana aid bölməsində ölkəmizin adının “qara siyahı”ya salınmasından təəssüfləndiyini bildirib və bu cür qərəzli yanaşmaların ölkələrimiz arasında sağlam əməkdaşlığa xidmət etmədiyini diqqətə çatdırıb.
Muxalifet2 - 8-01-2024
BİR DAMLA SU OLAQ – Eldəniz Quliyev yazır
Azərbaycanı qorumaq, onun ruhunu, varlığını hifz etmək, ən başlıcası, ONU sevmək çətindi, çox çətindi... Bir yandan üstümüzə yağış kimi yağan yalan və riyakarlıq, bir yandan üzdəniraq qonşuların bitib tükənməyən zəhərli nəfəsi, bir yandan da məmləkəti didib-parçalayan təpəgöz məmur sürüsünün tükənməyən nəfsi... SÖZdən savayı özgə bir müdafiəsi olmayanlar üçün bu vəziyyəti görüb də dözmək ağırdır...
Muxalifet2 - 8-01-2024
Dövlət Sosial Müdafiə, yoxsa MƏNİMSƏMƏ Fondu? – MƏĞRUR BƏDƏLSOY YAZIR
DSMF pensiyaları qanuni (düz) tətbiq etməməklə mənimsəyir
Muxalifet2 - 8-01-2024
Azərbaycan mədəniyyəti yetişdirmir, öldürür - AYGÜN BƏYLƏRİN ÖLÜMÜ HAQDA
Hamı Aygün Bəylərin ölümündən yazır, sənətkara rəhmət diləyir. İnciməyin, Allahın lənətlədiyi və fundamental əxlaqın intihar elədiyi bu məmləkətdə toy edənlərə “xoşbəxt ol”, ölənlərə “Allah rəhmət eləsin” demək asandan da asandır. Bu ölkədə heç kəsi xəstəlik öldürmür, ədalətsizlik öldürür, ədalətsizliyin yaratdığı ağrılar öldürür. Neçə ki bu ədalətsizliklər Aygünü də qətlə yetirdi. Heç kəs onu ölümə aparan səbəblərin heç olmasa, ayağından yapışmır.
Muxalifet2 - 8-01-2024
Türkan Cəfərova ölkəni tərk edib...
Ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi tələbləri ilə keçirilən mitinqlərin xanım qəhrəmanlarından olan Türkan Cəfərovanın da ölkəni tərk etməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. Türkan Cəfərova Bakı şəhərində keçirilən mitinqlərin və piketlərin aktiv iştirakçılarından idi.
Muxalifet2 - 1-08-2023