Balakəndə ölümlə nəticələnən avtomobil qəzası
7-01-2024 09:34
Baxış sayı:
2899

Yanvarın 6-da, saat 19 radələrində Balakən rayonunun Püştətala kəndi ərazisində Ülvi İsmayılov idarə etdiyi “Mercedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Alqayev Abdulla Kənan oğlunu vurub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Muxalifet.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.