Axtarış
The search found 105705 results in 0.069 seconds.
Search results
Ermənistanda qondarma “Artsax”ın ləğvinə qarşı çıxanlar nəzarətə götürülür
Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti rəvana qaçmış Qarabağ separatçılarının keçmiş liderlərini sorğuya çağırır. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, bu, onların tanınmamış “respublika”nın ləğvinin mümkünsüzlüyü ilə bağlı ictimai çıxışları ilə əlaqədardır.
Milli Təhlükəsizlik Xidmətinə dəvət olunanlar arasında “DQR dövlət naziri” Artak Beqlaryan, “DQR” rəhbərinin müşaviri Vladimir Qriqoryan və “DQR” “Milli Assambleyası”nın vitse-spikeri Qaqik Baqunts da var.Muxalifet2 - 28-12-2023
Medvedev Kiyev, Odessa və Xarkovu “rus şəhərləri” adlandırdı
“Odessa, Dnepropetrovsk, Xarkov, Nikolaev, Kiyev bir çox müvəqqəti işğal olunmuş şəhərlər kimi Rusiyanın şəhərləridir. Onların hamısı hələ də kağız xəritələrdə və elektron planşetlərdə sarı-göy rənglə qeyd olunub”.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
O, “RİA Novosti”-nin ehtiyatların tükənməsi və Ukraynanı danışıqlara sövq etməsi fonunda Moskva ilə Kiyev arasında danışıqların mümkün olub-olmaması ilə bağlı sualını belə cavablandırıb:Muxalifet2 - 28-12-2023
Kim Çen In Xalq Ordusuna müharibəyə hazırlıqla bağlı göstəriş verdi
Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumunun ikinci günündə ABŞ-ın, Koreyanın “görünməmiş” intriqaları səbəbindən müharibəyə hazırlaşmaq üçün səyləri gücləndirməyə çağırıb.
Bu barədə Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.Muxalifet2 - 28-12-2023
Məhkəmə 342 minlik tenderin qalibi olan sahibkar barədə qərar qəbul etdi
Məhkəmə Dövlət Sərhəd Xidmətinin (DSX) 342 min manatlıq tenderinin qalibi olmuş "Zövq" MMC-nin direktoru Rza Əhmədov barədə qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, bu barədə report-a onun vəkili Şakir Ələsgərov məlumat verib.
Cinayət işi üzrə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmə iclasında baxılıb.
Onun işi üzrə verilmiş şikayət təmin olunmayıb.
Muxalifet2 - 28-12-2023
“Qızılca virusu ətraf mühitdə davamlı olaraq, 2 saat aktiv qala bilir” – Lalə Rüstəmova
Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova deyir ki, qızılca peyvəndləmə ilə idarə olunan yoluxucu xəstəliklər qrupuna daxildir. Muxalifet.az onun müsahibəsini olduğu kimi oxucularına təqdim edir:
- Lalə xanım, ilk öncə qızılca infeksiyası haqqında məlumat verərdiniz...Muxalifet2 - 29-12-2023
İlqar Həbiyev Əmlak Məsələləri Dövlət Xidmətini bazara çevirib
Strateji planlaşdırma şöbəsinin rəisi bütün planlşadırmaları ailə büdcə prizmasından həyata keçirir
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin strateji planlaşdırma şöbəsinin rəisi İlqar Həbiyev xidmətdəki mövqeyindən, nüfuz və səlahiyyətindən istifadə edərək çalışdığı qurumu sözün həqiqi mənasında bazara çevirib”.
Muxalifet.az xəbər verir ki, bu barədə redaksiyaya daxil olan məktubda bildirilir. Müəyyən səbəblərdən adının açıqlanmasını istəməyən müəllif daha sonra əlavə edir:
Muxalifet2 - 29-12-2023
Azərbaycanda minimum əmək haqqı 0, Türkiyədə 1,5 dəfə artıb – MƏĞRUR BƏDƏLSOY YAZIR
Dövlət büdcəsinin Milli Məclisdə təsdiqlənməsi gələn ildə də minimum əmək haqqının dəyişməyəcəyini , 345 manat olacağını ortaya qoydu. Bizim sosial yönümlü, bağışlayın, sosial yeyimli hökumətin statistikası ilə desək, minimum əmək haqqı 2023-cü ilə nisbətdə 2024-cü ildə SIFIR faiz, SIFIR dəfə artacaq! Belə sosial inkişafdan , əməkhaqqı artımından kim inciyər?
Muxalifet2 - 29-12-2023
ADP AZƏRBAYCAN XALQINI TƏBRİK ETDİ
ADP İdarə Heyəti Azərbaycan xalqını qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə də təbrik edib. Təbrikdə deyilir:
Əziz həmvətənlər!
Dünya azərbaycanlılarının ən şərəfli bayramlarından olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirik.Muxalifet2 - 29-12-2023
Şəhid ailələri “Şahdağ” Turizm Mərkəzinin qonağı olublar - FOTOLAR
Xaçmaz şəhidi Tural Ağcabəyovun anası: “Dövlətimiz qoy bütöv olsun, bayrağımız yüksəklərdə dalğalansın”
Dövlət Turizm Agentliyinin və “Fireland group”un birgə təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir baş tutub.
Artıq 3 ildən çoxdur ki, “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çəçivəsində 2800-dən çox şəhid əmanəti 40-dan çox tədbirdə iştirak ediblər. Yüksək səviyyədə təşkil olunan və şəhid ailələrini qürurlandıran bu tədbirlər hər zaman müxtəlif dövlət qurumlarının, ictimayiyyətin diqqətində olub.
Muxalifet2 - 29-12-2023
Bəxtiyar Hacıyevin məhkəməsi keçirildi
İctimai fəal Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Muxalifet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Çıxış edən dövlət ittihamçısı Eldar Həmzə prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Prosesin ilk baxış iclası yanvarın 7-nə təyin edib.
Muxalifet2 - 29-12-2023
Yüzlərlə dəmirağacı düşməncəsinə kəsilib – Muxtar Babayev buna da səssiz qalacaq? / VİDEO
Cəlilabad meşəbəyliyinin 9 sayli dolayında kütləvi qırıntı faktları aşkarlanıb.
Ekofəal Məhəmməd Adiyevin Aztoday.az-a təqdim etdiyi görüntülərdən məlum olur ki, dolayda “Qırmızı kitab”a düşmüş, Azərbaycan təbiətinin ən nadir bitkisi olan dəmirağacı ağacları belə kütləvi şəkildə qırılıb.
Həmin görüntüləri təqdim edirik:
Muxalifet2 - 29-12-2023
Bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT
Qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir.
Muxalifet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin əhaliyə müraciətində qeyd olunur.
"Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir.
Muxalifet2 - 30-12-2023
“Müharibədə 2 dəfə ağır yaralanmışam, 27 gün komada qalmışam, heç kim maraqlanmayıb” – KEÇMİŞ DÖYÜŞÇÜ SABUNÇU İCRA BAŞÇISINDAN ŞİKAYƏTÇİDİR
Ağsu rayonu, Axunlu kənd sakini, hal-hazırda Bakı şəhərində yaşayan Qənbərov Sənan Rəşid oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. 44 günlük müharibə iştirakçısı, 10 il xüsusi təyinatlı dəstədə xidmət etdiyini bildirən şikayətçi deyir ki, hazırda səhhətində ciddi problem olsa da, müraciət etdiyi qurumlar ona kömək etmirlər:
“Mən, Qənbərov Sənan Rəşid oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Dəfələrlə Prezident Administrasiyasına, Sabunçu Rayon İcra Hakimiyyətinə gedib kömək istəmişəm. Mənə heç bir kömək etməyiblər.Muxalifet2 - 30-12-2023
Milli Həmrəylik Günündə Əbülfəz Elçibəyin məzarı ziyarət edildi - FOTOLAR
Azərbaycan Bütövlük Platforması, Milli Hərəkatçılar Birliyi və sərhəd hərakatının veteranları bu gün Milli Həmrəylik Günü ilə bağlı Milli Azadlıq Hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər.
Muxalifet.az xəbər verir ki, törənə qatılan çoxsaylı gənclər Əbülfəz Elçibəyin məzarına əklillər qoyublar.
Tədbiri giriş sözü ilə açan ABP sədri Bəhram İsmayıl Milli Azadlıq və sərhəd hərəkatı haqda məlumat verib və bu möhtəşəm tarixdə Ə.Elçibəyin hərəkata rəhbərliyindən danışıb.Muxalifet2 - 31-12-2023
Şəhid övladları üçün bayram tədbiri təşkil edildi - FOTOLAR
Dekabrın 30-da Dövlət Sərhəd Xidmətinin Sərhədçi İdman Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın bizlərə əmanəti olan övladları üçün bayram tədbiri təşkil edilib.
Muxalifet.az xəbər verir ki, müxtəlif səhnəciklərin bərabərində milli sirk nömrələri nümayiş olunub, maraqlı və əyləncəli proqramlar keçirilib, bayram hədiyyələri təqdim edilib.Muxalifet2 - 31-12-2023
Əvəz Temirxanın prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqləndi
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələsi müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb.
Muxalifet2 - 31-12-2023
"ÖLÜ KART"LARA MAAŞ YAZIRDIQ" - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet2 - 30-12-2023
“Kanal 13”ün aparıcısı həbsdən buraxıldı – FOTO
“Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı yanvarın 1-də həbsdən azad edilib.
Muxalifet.az xəbər verir ki, R.Muradlının 30 sutkalıq inzibati qaydada həbs müddəti başa çatdığından o sərbəst buraxılıb.
Xatırladaq ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilmişdi.
Muxalifet2 - 1-01-2024
Salyanın keçmiş icra başçısı Bakıda vəfat etdi - FOTO
Salyan rayonunun keçmiş icra başçısı vəfat edib.
Muxalifet.az xəbər verir ki, bu gün Salyan Rayonunun keçmiş icra başçısı Vəlihə Böyükağa qızı Abdullayeva Bakı şəhərində vəfat edib.
Mərhumun cənazəsi Bakıdan Salyana gətirilərək şəhər qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, V. Abdullayeva 1948-ci ildə Salyan rayonunda doğulub. YAP rayon təşkilatının ilk yaradıcılarından biri olub. 1998-2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
Muxalifet2 - 1-01-2024
Bakıda dəhşətli olay: vəkil Vəkillər Kollegiyasının qarşısında özünü yandırdı - FOTO
Bakıda vəkil özünü yandıraraq öldürüb.
Muxalifet.az xəbər verir ki, hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının qarşısı) qeydə alınıb.
Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.
Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir.
Muxalifet2 - 1-01-2024