Azərbaycan mədəniyyəti yetişdirmir, öldürür - AYGÜN BƏYLƏRİN ÖLÜMÜ HAQDA

Baxış sayı:
19678

Hamı Aygün Bəylərin ölümündən yazır, sənətkara rəhmət diləyir. İnciməyin, Allahın lənətlədiyi və fundamental əxlaqın intihar elədiyi bu məmləkətdə toy edənlərə “xoşbəxt ol”, ölənlərə “Allah rəhmət eləsin” demək asandan da asandır. Bu ölkədə heç kəsi xəstəlik öldürmür, ədalətsizlik öldürür, ədalətsizliyin yaratdığı ağrılar öldürür. Neçə ki bu ədalətsizliklər Aygünü də qətlə yetirdi. Heç kəs onu ölümə aparan səbəblərin heç olmasa, ayağından yapışmır.
Miri Yusif karaokelərdə, gecə klublarında göbək ata-ata oxuyur və Xalq artistidir. Papaq Miri Yusifin başında olmalı idi, amma o papağı başına Aygün Bəylər qoymuşdu. Mənim kosmonavt elminə qədər aidiyyatım varsa, Miri Yusifin də sənətə, mədəniyyətə bir qədər aidiyyatı var.
O biri Aygün, yəni Kazımova dövlətdən altı ev alıb, o da Xalq artistidir. Onun götündən, döşlərindən elədiyi əməliyyatların sayı ölkədə korbağırsaq əməliyyatlarının sayından çoxdur. Dövlət büdcəsini Kazımovanın əmcəkləri üçün səfərbər ediblər. Məmurlar saxladıqları müğənnilərə şəhərin ən dəbdəbəli guşələrindən mənzillər hədiyyə edirlər. Nəfəsin dodaqları Quran ayəsi kimi içimizdə oturub zatımızı ağladır, Tünzalə Ağayeva... və lüt müğənnilər efirlərdən nəslimizi üzümüzə söyürlər. Amma...
Aygün Bəylər 2002-ci ildə Əməkdar artist adını almışdı, 22 ildir Xalq artisti adını ala bilmirdi, vermirdilər. Qızıllarını satıb, evini girov qoyub konsert keçirirdi, mahnı yazırdı. İllərlə məşəqqət içərisində yaşadı. Zəmanənin alçaqlığına bax, dövlət ona 47 yaşında mənzil verdi, o da 48 yaşında öldü. 12 yaşlı qızı yetim qaldı. Bu adam olmasaydı, Azərbaycan mədəniyyəti kasıb, rəzil və cılız görünərdi.
İllərlə çalış, yarat, xidmət elə, bir ev uğrunda döyüş, o evi qazan, sonda da gir o evin içində xəstəliyə tutul və öl! Qısası, ədalətinizə, tərəzinizə...
Papağına, saçına, yerişinə, səsinə, namusuna qurban! Qorxma, Allah səninlədir!
Azərbaycan mədəniyyəti yetişdirmir, öldürür.
Samir FEYRUZOV