Axtarış
The search found 105705 results in 0.041 seconds.
Search results
AXCP növbədənkənar prezident seçkilərini boykot etdi - QƏRAR
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot etmək qərarına gəlib.
Muxalifet.az "Turan"-a istinadən xəbər verir ki, bu qərar dekabrın 16-da partiyanın VII (X) qurultayında qəbul edilib.
“Partiyadaxili müzakirələrdən sonra seçkiləri boykot etmək qərarı verildi. Qərarı qurultay nümayəndələrinin mütləq əksəriyyəti dəstəkləyib, yalnız iki iştirakçı əleyhinə səs verib”, - deyə AXCP-dən bildiriblər.
Muxalifet2 - 16-12-2023
DSMF-in məhkəmə qərarı olmadan pensiyanı azaltması, kəsməsi özbaşınalıqdır
DSMF-in pensiya təminatına cavabdeh olan qurumlarının özbaşına , kefi istəyəndə pensiyaları kəsməsi, azaltması qanunsuzdur. “Əmək pensiyaları haqqında” qanunun 39.1 maddəsi bu özbaşınalığı qadağan edir: “ Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği ƏMƏK PENSİYAÇISININ RAZILIĞI ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda MƏHKƏMƏ qaydasında tutulur”.
Muxalifet2 - 18-12-2023
MTN generalı azadlığa buraxılıb?
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı ərizəsinə baxılıb.
Muxalifet.az xəbər verir ki, Xəzər rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, Elçin Quliyevin vaxtında əvvəl şərti azadlığa buraxılması ilə bağlı ərizəsi təmin edilməyib.
Muxalifet2 - 18-12-2023
RƏSUL QULİYEV AMERİKADAKI VİLLASINI SATDI – Sabiq spikerin maliyyə vəziyyəti pisləşib? - FOTO
Milli Məclisin sabiq sədri, uzun müddətdən bəri ABŞ-də mühacirət həyatı yaşayan Rəsul Quliyev Floridadakı villalarından birini satıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı məlumatı araşdırmaçı jurnalsit Cavanşir Həsənli öz “feysbuk” səhifəsində paylaşıb. Məlumatdan belə aydın olur ki, bu villa R.Quliyevin ABŞ-dəki yeganə dəbdəbəli əmlakı deyil.
Muxalifet2 - 18-12-2023
Məşhur iş adamının klinikası 5 min cərimələnir – 50 mindən çox vergi borcu var
"Atlas Medical Center" barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.
Protokol İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə irəli sürülüb.
Muxalifet2 - 18-12-2023
ADP prezident seçkilərində iştirak etməyəcək - QƏRAR
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair danışıqların aparılması məsələsinə münasibət bildirib.
Muxalifet2 - 18-12-2023
Ermənilər üçün Vukovar nümunəsi
Ermənistan rəhbərliyi daha düzgün qərar versəydi, bu gün Qarabağda kifayət qədər böyük erməni icması yaşayar və İrəvandakı hakimiyyət indiki erməni qaçqın axını ilə üzləşməzdi...
Muxalifet2 - 18-12-2023
Azərbaycanda 7 nəfər prezidentliyə iddialıdır - SİYAHI
Hələ yalnız iki namizədin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib
Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 7-yə çatıb.
Qeyd edək ki, dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.Muxalifet2 - 18-12-2023
Əli İnsanov İlham Əliyevin namizədliyini dəstəklədi
Haqq Ədalət Partiyasının sədri: "YAP-ın qəbul etdiyi qərarı dəstəkləməliyik"
Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.Muxalifet2 - 18-12-2023
İqbal Ağazadə də Əliyevi dəstəklədi
“Ümid Partiyası İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir”
Azərbaycan Ümid Partiyası 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı qərarını açıqlayıb.
Bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə öz “Facebook” hesabından paylaşım edib.
Maraqlıdır ki, əvvəlki prezident seçkilərində namizədliyini irəli sürən İ. Ağazadə bu dəfə seçki prosesindən kənarda qalmaq qərarına gəlib.Muxalifet2 - 18-12-2023
“İlham Əliyevə alternativ olmaq Azərbaycana qarşı çıxmaqdır"
Elxan Şükürlü: “İlyas İsmayılova təklif etmişəm ki, bizim ayrıca namizədlə çıxış etməyimiz doğru deyil…”
“Son günlər bir sıra mətbuat orqanlarında və eləcə də sosial şəbəkələrdə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində Ədalət Partiyasının mənim namizədliyimi irəli sürəcəyi haqda yayılmış informasiyalarla bağlı çoxsaylı sorğulara cavab olaraq bildirirəm ki, nə mənim belə bir iddiam və niyyətim var, nə də partiyamızın seçkilərdə iştirakla bağlı qərarı”.Muxalifet2 - 18-12-2023
Azərbaycanı dünyaya bu cür tanıda bilərikmi?... – ELDƏNİZ QULİYEV YAZIR
Müxtəlif KİV səhifələrində, TV-də, eləcə də sosial şəbəkələrdə zaman-zaman eşidirik ki, biz ölkəmizi dünyaya tanıtmalıyıq... Əlbəttə, doğru yanaşmadır! Ancaq bu barədə az sonra...
Ey dili qafil!..
Hələlik səsli-küylü son həbslərin səbəbini də, məqsədini də bir kənara qoyuram...
İrəli sürülən ittihamlara ötəri nəzər yetirək. Nə görürük? Görürük ki, bu qərar və ittihamlar, sözün əsil mənasında klassik karikatura janrında quraşdırılıb!..
Əlbəttə, - 9, ya +19 eynək taxmırsansa...
Diqqət yetirin:
Qubad İbadoğlu - saxta pul kəsmək...Muxalifet2 - 18-12-2023
ABŞ-Azərbaycan münasibətləri niyə gərginləşdi?
Vaşinqtonun Azərbaycanda hərbi baza qurmaq təklifinə rəsmi Bakı “yox” deyib?
II YAZI
ABŞ-ın son zamanlar Azərbaycana qarşı sərgilədiyi basqı siyasətinin altında daha hansı səbəblər yata bilər? Hesab edirik ki, bu sualın cavabını amerikalı jurnalist və siyasi şərhçi Con Varolinin açıqlamasında tapa bilərik. C.Varoli ABŞ-ın Azərbaycanda hərbi baza qurmaq fikrinin olduğunu və burdan İrana qarşı istifadə etmək istədiyini ifadə edir.Muxalifet2 - 19-12-2023
Azərbaycana külli miqdarda saxta dollar gətirən dəstə üzvləri ələ keçdi - FOTO
Polis əməkdaşları əməkdaşları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirib.
Naxçıvan MR DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində ölkə ərzisinə saxta dollar əskinaslarını gizli yollarla gətirən dəstə müəyyən olunaraq saxlanılıb.
Muxalifet2 - 19-12-2023
“Saxta ittiham aktı ilə 8 il azadlıqdan məhrum edilmişəm” – HƏBSXANADAN BİRİNCİ VİTSE-PREZİDENTƏ MÜRACİƏT
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Mehriban xanım!Muxalifet2 - 19-12-2023
“Teatr işçiləri burada işləməyə tale tərəfindən məhkum olunublar” - NİCAT KAZIMOV
“Şəxsən mənim üçün teatrda işləməyimin səbəbi odur ki, başqa işlə məşğul ola bilmirəm”
“Bizdə filmlərdə aktyor seçimi düzgün olmur, atın yemini itin qabağına, itin yemini atın qabağına qoyurlar”
Muxalifet2 - 19-12-2023
“Nar” Şərurda yeni mağazasını təqdim etdi - FOTOLAR
“Nar” Naxçıvan Muxtar Respublikasının Şərur şəhərində satış və xidmət mağazasını açdı. Şəhərin Kapitan Seyidov 4A küçəsində yerləşən mağazada nömrələrin satışı, bərpası və digər xidmətlərlə yanaşı, mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. “Nar” abunəçiləri mobil opratorun müştəriyönümlülük strategiyasına uyğun olaraq bu yüksəkkeyfiyyətli xidmətlərdən ən sərfəli qiymətə yararlana bilərlər.
Muxalifet2 - 20-12-2023
Həkim səhlənkarlığı 9 yaşlı uşağın ölümünə səbəb oldu – GÖYÇAY SAKİNİNDƏN ÖLKƏ BAŞÇISINA MÜRACİƏT / FOTOLAR
Göyçay rayonu, Əli Səmədli küçəsi, ev 24 sakini Əliyev Orxan Hüseynalı oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 9 yaşlı övladı Göyçay rayon Mərkəzi Xəstəxanasının bir neçə həkiminin və tibb personalının səhlənkarlığı nəticəsində vəfat edib. Həmin məktubu olduğu kimi dərc edirik:
Muxalifet2 - 20-12-2023
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı
Azərbaycanda öncül internet təşəbbüsləri dəstəkləmək məqsədilə, “Nar” və “NETTY” ilin ən yaxşı internet layihələrini mükafatlandırdı. Ekspertlər Şurasının seçimi və internet istifadəçilərinin səsverməsi ilə 20 layihə qalib seçildi.
Budəfəki müsabiqədə layihələr “Dövlət və elektron hökumət”, “Sosial məsuliyyət və cəmiyyət”, “Biznes və sahibkarlıq” və digər nominasiyalar üzrə qalib oldu. Qaliblər haqqında ətraflı məlumatı netty.az/az/winners səhifəsindən əldə etmək olar.
Muxalifet2 - 19-12-2023
“Dövlət əmlakını talayanlar, rüşvətxorluğa görə həbs edilənlər “Azərişıq” ASC-də rəhbər vəzifələrə gətirilib” – ÖLKƏ BAŞÇISINA SENSASİON MÜRACİƏT
“Azərişıq” ASC Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi, şəhid ailəsinin üzvü Quliyev Anar Ələmqulu oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Muxalifet2 - 22-12-2023