Axtarış

The search found 105705 results in 0.113 seconds.

Search results

  1. MM sədrinin 1-ci müavininin qəbulundan bir il keçdi...

    Bu gün - 16.01.2024-cü ildəki qəbulundansa  imtina edildi

    Muxalifet2 - 16-01-2024

  2. Qarabağ qazilərinə qarşı dələduzluq edən məmur qardaşı harda gizlənir? – ŞİKYƏT

    Qəbələ sakinləri, Qarabağ qaziləri Musayev Ramin Şaban oğlu, Manafov Əfsər Əlövsət oğlu, Əhmədov Şahin Fazil oğlu və Məsimov Elvüsal tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət edən qazilərin məktubunu olduğu kimi dərc edirik:
    “Cənab Ali Baş Komandan!

    Muxalifet2 - 16-01-2024

  3. ​Qobustan sakini torpaq sahəsinin qanunsuz olaraq ələ keçirildiyini iddia edir – ŞİKAYƏT

    Qobustan şəhər sakini Mustafayev Əziz Əzizxan oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onun adına sənədləşdirilmiş torpaq sahəsi Bələdiyyə tərəfindən qanunsuz yollarla ələ keçirilib və satılıb. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
    “Cənab Prezident!

    Muxalifet2 - 16-01-2024

  4. Əhəd Abıyevin qardaşı haqda ŞOK İDDİA

    Polis polkovniki Zəfər Abıyev bir qardaşı həbs etdirib, digərini isə ölümlə hədələyib

    Muxalifet2 - 16-01-2024

  5. 2,7 milyon borcu var, ölkədən çıxışına "stop" qoyulur - Arif Qasımovu "Park City" ilə nə bağlayır?

    Nizami rayon İcra Hakimiyyətinin keçmiş başçısı Arif Qasımova bağlı olan şirkətin rəhbərinin ölkədən çıxışına "stop" qoyula bilər. 

    İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Park City" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbərliyi barəsində məhkəməyə müraciət edilib. 

    2017-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan "Park City" tikinti şirkətinin hazırda vergi borcu 2. 780.034.39 manatdır.

    Muxalifet2 - 17-01-2024

  6. Deputat Ceyhun Məmmədov haqqında sensasion iddia – SURİYA VƏ LİVİYADA TƏHSİL ALDIĞI İDDİA EDİLİR, AMMA…

    Bəzi KİV-lərdə xəbər verildiyi kimi, bir neçə gün öncə Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov “sürpriz şəkildə” Elm və Təhsil Nazirliyini və birbaşa nazir Emin Əmrullayevi sərt tənqid edib. Deputatların hökumət üzvlərindən il boyunca toplanmış və əsasən şəxsi zəmində olan  narazılıqlarını bir qayda olaraq büdcə müzakirələri zamanı ictimai tənqid formasında səsləndirmələri sirr deyil. Lakin C.Məmmədovun tənqdiləri büdcə müzakirəsindən çox sonraya təsadüf etdiyi üçün ictimaiyyətin diqqətini məhz sürpriz kimi cəlb edib.

    Muxalifet2 - 17-01-2024

  7. Nazirlik məktəblərin mühafizəsi üçün tanınmış şirkətə 3,3 milyon manat ayırdı

    Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

    Muxalifet.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Alov-Mühafizə” MMC (VÖEN – 1601045851) olub.

    Muxalifet2 - 18-01-2024

  8. Təcili yardımın işdən çıxarılan baş həkimi TƏBİB-i məhkəməyə verdi

    Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib.

    Muxalifet.az unikal-a istinadla bildirir ki, Rauf Nağıyev Yasamal Rayon Məhkəməsinə müraciət edib.

    O, işə bərpa edilməsini tələb edir.

    Muxalifet2 - 18-01-2024

  9. “7 namizədin 4-ü Ramiz Mehdiyevin kadrıdır” – Hafiz Hacıyev

    “O vaxtı seçkilərə qatılan namizədlər çox təcrübəli və siyasi baxımdan həddindən artıq savadlı insanlar idi. Doğrudur, bu gün həmin seçkilərdə namizədliyini verən şəxslər var, amma builki debatlar çox sönükdür. Belə debat olar?!”.

    Bu sözləri yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

    Muxalifet2 - 18-01-2024

  10. "Bələdiyyə sədri 6 sot torpaq üçün məndən 1800 manat tələb edir" - Qarabağ qazisindən ŞİKAYƏT

    Yevlax rayon sakini Həsənov Firdovsi Nazim oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Müharibə iştirakçısı olduğunu deyən şikayətçi bildirir edir ki, Bələdiyyə sədri Əbülfət Razayev 6 sot torpaq üçün ondan rüsüm adı altında 1800 manat pul tələb edir:

    “Mən, Həsənov Firdovsi Nazim oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

    Muxalifet2 - 18-01-2024

  11. ​"Adil Həbiyev vəzifədə olan qardaşına arxalanaraq özünü Cəlilabadın “sahibi-mütləqi” kimi aparır" – ŞİKAYƏT

    Cəlilabad rayon sakini Həmid Qasımov tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. O, Əmlak Məsələləri Dövlət Xidmətinin Cəlilabad Reyestrinin rəisi Adil Həbiyevdən şikayətçidir. H.Qasımovun məktubunu olduğu kimi dərc edirik:

    Muxalifet2 - 19-01-2024

  12. Ölən fəhlənin işlədiyi MMC kimindir? - Bu şirkətdə əvvəl də ölüm hadisəsi olub

    Ötən gün saat 10 radələrində Sumqayıt şəhəri ərazisində "Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.

    Muxalifet.az yeniavaz.com-a istinadla xəbər verir ki, bu, "Archico” MMC-nin işçilərinin ölümünə səbəb olan ilk hadisə deyil.

    Muxalifet2 - 19-01-2024

  13. HAKİM “SEA BREEZE” İŞİNDƏ MÜƏMMALI UZUN FASİLƏ ELAN ETDİ – “İttiham aktında ümumi sözlərlə insanların taleyi ilə oynamaq olmaz”

    Sabunçu Rayon Məhkəməsində “Sea Breeze”dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı məhkəmə araşdırması davam edir. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən proses sona çatmaq üzrədir. Lakin hər dəfə uzun müddətli fasilə verilir deyə yekun nəticə meydana çıxmır. Bu isə iş üzrə zərərçəkən və təqsirləndirilənlərin valideynlərinin narazılığına səbəb olur.

    Muxalifet2 - 19-01-2024

  14. Azərbaycanlı TIR sürücüsü Gürcüstanda maşını aşırdı, 1 aydan çoxdur ölkəni tərk edə bilmir – RƏŞAD RƏHİMOV FİRMA RƏHBƏRLİYİNİ İTTİHAM EDİR, AMMA… / FOTO

    Ağstafa rayonu, Köçəsgər kənd sakini Rəhimov Rəşad Ramiz oğlu redaksiyamıza müraciət edib. TIR sürücüsü olduğunu deyən R.Rəhimovun sözlərinə görə, 12.12.2023-cü il tarixində Gürcüstan ərazisində, Yağılca deyilən yerdə “PROFİTRANSPORT İnternational Logısttıcs” firmasına məxsus yük maşını ilə qəzaya düşüb. Şikayətçi deyir ki, indiyədək ona nə sözügedən firma, nə də Azərbaycanın Gürcüstandakı səfirliyindən ciddi bir dəstək olmayıb. “20 gündür ac-susuz buralarda qalmışam”, - deyən Rəşad Rəhimovun müraciətini dərc edirik:

    Muxalifet2 - 19-01-2024

  15. “AZƏRİŞIQ” ƏMƏKDAŞINDAN ŞOK AÇIQLAMALAR – ASC daxilində baş verən qanunsuzluqlarla bağlı ölkə rəhbərliyinə müraciət

    “Azərişıq” ASC, “Sumqayıt” RETSİ-nin texniki istehsalat şöbəsinin aparıcı mütəxəssisi, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev-27/69B, mənzil 24-də yaşayan Cavadova Jalə Əli qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub.

    Muxalifet2 - 22-01-2024

  16. Polis Akademiyasına sənəd qəbulu başladı – TƏLƏBLƏR AÇIQLANDI

    Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsilə 500 kursantın qəbulu üçün müsabiqə elan edir.
    Muxalifet.az xəbər verir ki, müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.

    Muxalifet2 - 22-01-2024

  17. ADP vasitəçilərsiz sülh anlaşması təklif edir - AÇIQLAMA

    “Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi vasitəçi olmadan imzalanmalıdır”
     

    Muxalifet2 - 22-01-2024

  18. İran-Pakistan savaşının pərdəarxası - TƏHLİL

    İki ölkə arasındakı müharibəni hansı güclər önlədi və bu savaşın alovlanmasında kimlər maraqlı idi...
    Bu günlərdə İranın qəzəbinə tuş gələn daha bir ölkə Pakistan oldu. Dünya İranın savaş ritorikasının hədəfinin İsrail olacağını gözləyirdi. Amma bu dəfə nişangahda Pakistan vardı…
    Əlbəttə, İranın zərbəsi cavabsız qalmadı. Amma bir anlıq alovlanan müharibə atəşi tez zamanda da söndü. Pakistan hökuməti İranla diplomatik münasibətləri bərpa etmək və eskalasiyanı dayandırmaq qərarına gəldi.

    Muxalifet2 - 23-01-2024

  19. ​QANLI QÜRUR GÜNÜ... – Eldəniz Quliyev yazır

    O müthiş  gecə kimsə: “Şükür, güllə məndən yan keçidi...” demədi. Hamı gördü, anladı, duydu və şahid oldu ki, məndən, səndən, ondan yan keçən güllə... BİZƏ dəyir, XALQA dəyir!..
    ...Yanvarın 22-də bir qrup əli avtomatlı sovet əsgəri "Azərbaycanfilm" kinostudiyayasına hücum çəkdilər... Bir sırtıq rus polkovniki (güman ki, bizim gizli şəkildə "20 Yanvar" kaseti hazırlayıb dünyaya çatdırmaq cəhdlərimizdən xəbərdar idilər) Ramiz Fətəliyevin kabinetində əl-qol ata-ata, amiranə tonla danışmağa başladı:

    Muxalifet2 - 23-01-2024

  20. Paris niyə Ukraynaya kömək edir? - TƏHLİL

    Fransız-rus “soyuq müharibə”sinin küləkləri Kiyevə tərəf əsir…
    Rusiya ilə Fransa arasında “soyuq müharibə” qızışır. Paris Ukrayna münaqişəsinə getdikcə daha çox cəlb olunur, Kiyevi silah və yüksək ixtisaslı peşəkar muzdlu döyüşçülərlə təmin edir. Maraqlısı budur ki, Paris son zamanlar bunu etiraf etməkdən çəkinmir. Bu, Fransanın Afrikadakı rəqabətə görə Rusiyaya qarşı bəslədiyi düşmənçiliklə izah olunur.

    Muxalifet2 - 23-01-2024

Pages