Bakı Apellyasiya Məhkəməsi 1-ci dərəcəli qaziyə qarşı dələduzluq edir – MƏĞRUR BƏDƏLSOY YAZIR

Baxış sayı:
5904

Aytən Oruczadə, Cahangir Yusifov, Rəşid Səmədov üçlüyünün cinayətkar saxtalığı
Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının rüşvəti ilə 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı hüququna qadağa qoymasından, qazi xəstəxanada yatarkən yardım göstərmədən, vəkil ayırmadan, iclası ertələmədən iki qərardad qəbul edərək , həm hüquqi yardımdan, həm də çəkişmə prinsipinin təmin edilməsində imtinasından media bilgi yayıb.
Qərardaddan apellyasiya şikayəti verən qazinin hüququnu yuxarı instansiya da tanımayıb. 30.10.2023-cü ildə məhkəməyə xəstəxanada müalicədə olduğunu bildirən iddiaçının bildirməsinə də baxılmayıb. Sədri Aytən Oruczadə olan Cahangir Yusifov Rəşid Səmədovdan ibarət apellyasiya üçlüyü əlil-qazi xəstəxanada olanda ,  xəbərdarlıq etmədən 01.11.2023 tarixli saxta iclas keçirib və birinci instansiyada olduğu kimi iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etdiyi barədə  şəxsi kabinetdə məlumat yerləşdirib. Amma qərardad ən geci beş günə kabinetdə yerləşdirilməli olduğu halda hələ də qanunun tələbinə əməl edilməyib.  
13.11.2023-cü ildə iki gündür stasionar müalicədən həkim nəzarətinə buraxılan 1-ci dərəcəli Qarabağ qazisi şəxsi kabinetdən epikrizi və məhkəmə tərkibinə etirazı təqdim edib. Qərardadın 12 gündür kabinetdə yerləşdirilmədiyindən şikayət anında “təmin edilib”. Necə ? Cinayətkar saxtalıqla! Sən demə, məhkəmə “elektron məhkəmə” informasiya sisteminə də “barmaq” edə bilirmiş. Cinayətkar saxtalığa baxın, qazi şəxsi kabinetinə 13.11.2023-də sənədlərlə etiraz təqdim edib və anında bu tarixdən qabağa 01.11.2023 tarixli 4 qərardad və iki məhkəmə bildirişi yerləşdirilib. Saxtalıq , özü də cinayətkar saxtalıq, dələduzluq  deyilmi?
Məhkəmə Hüquq Şurasından qabaq texniki işlərə cavabdeh olan Ədliyyə Nazirliyi bu saxtalığa hüquqi qiymət verməyə borcludur. İclas barədə bildiriş verilməməsi bir yana, hələ üstəlik bir gündə 4 (?) qərardad qəbul edilməsi və onların da 12 gün qabağa saxtalıqla şəxsi kabinetdə yerləşdirilməsi yuxarı instansiyanın dələduzluğundan, insan hüquqlarına sayğısızlığından, məhkəmənin adına ləkə salmasından soraq verir. Belə məhkəmə hüquq sistemi ilə heç Ali Məhkəməyə də “getmək” olmur, nə vəkil ayrılır, nə də vəkilsiz şikayətə baxılır. Qarşı yan- DSMF-in pensiya orqanı öz tərkibində qanunsuz fəaliyyətə cəlb etdiyi bütöv 39 saylı vəkil bürosu (vəkil Emil İsgəndərli) ilə təmsil olunub. Amma qazinin  şikayətinə qanunda nəzərdə tutulmayan etirazı aparıcı mütəxəssis  Rüstəm Şikarlı və departament müdiri, vəkil  Yeganə Məmmədova imzalayıb. Özü də uyğun etibarnamə olmadan. Belədə hansı hüquq bərabərliyindən söhbət gedə bilər? Hamının qanun və məhkəmə qarşısında hüquq bərabərliyi prinsipinə baxın, bir yanda 1-ci dərəcəli Qarabağ qazisi yalquzaq kimi tək, özü də xəstəxanada, qarşı yanda 30 nəfərlik vəkil- məmur bürosu! Etibarnamələri də topdan! Heç birinin də prosessual hüquq qabiliyyəti yoxdur! Axı cavabdeh- DSMF-in pensiya orqanıdır, məhkəmə orqanı, vəkil orqanı deyil! Vəkil bürosu dövlət oraanının tərkibində necə fəaliyyət göstərə bilər? İnanmırsınız , baxın, birinci rekvizitlər – hər iki qurum 39 saylı vəkil bürosu, DSMF-in məhkəmə mübahisələri filialı eyni telefonlu (0125250624) eyni  ünvanda yerləşir. 39 saylı vəkil bürosunun da, məhkəmə filialının da rəhbəri vəkil Abuzər Mütəllimov,  departament müdiri vəkil Roman İsmayılovdur. Bunu məhkəməyə təqdim edilən 30 nəfərə (?) bir illiyinə verilən “topdan” etibarnamə doğrulayır. Bu 30 nəfər də heç bir məhdudiyyət qoyulmadan kefləri istəyəndə istənilən işə çıxıb, qazilərin sosial təminat və məhkəmə təminatı , hüquqi yardım hüququna qadağa qoyurlar. Sözsüz ki, məhkəmənin də payı çatır. Yoxsa, boşuna qazilərə qarşı dövlət orqanına əlavə vəkil xidməti göstərməz !(?)
İndi söz Məhkəmə Hüquq Şurasında, insan hüquqları üzrə müvəkkildə, bir də vicdandadır. Vicdansızlığa susacaqlarmı? Yaşaya bilsək, görərik.
Məğrur BƏDƏLSOY