İŞİD-in “PAYTAXTINDA” BİR TERRORÇU DİGƏRİNİ SIXIŞDIRIR – ABŞ-ın dəstəyilə

 YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ-ın başçılıq etdiyi koalisiyanın dəstəyi ilə Rakka şəhərinin “Köhnə şəhər” adlanan ərazisinin divarlarına kimi irəliləyiblər.
 
Bu barədə “Röyter” məlumat yayıb.
SDQ nümayəndəsi Əhməd Məhəmmədin sözlərinə görə, şəhərin Əl-Sanaa rayonunda döyüşlər hələ də davam edir.
Qeyd edək ki, bundan öncə SDQ Rakkanın qərb hissəsində rayonlardan birini İŞİD-dən azad etmişdi.