Ərdoğan: “Sənətçilərin məmur olması düzgün deyil”

"İrfandan uzaq bir mədəniyyət, sənət və əxlaqdan kasad idmanla heç nəyə nail olmaq olmaz. Bunlar olmadan nəinki dünya çapında, hətta ölkə səviyyəsində nəyəsə nail olmaq mümkün deyil".
 
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün sənətçi və idmançılar üçün təşkil etdiyi iftar süfrəsində bildirib.
Ərdoğan təəssüflə bildirib ki, Türkiyənin mövcud imkanları, gücü dünya mədəniyyət, idman, sənət aləmində tutduğu mövqe ilə üst-üstə düşmür:.
"Ölkəmizə belə bir əsəri (Beştəpə Konqresi və Mədəniyyət Mərkəzi nəzərdə tutulut - red) qazandıran anlayışı, Taksimdəki o eybəcər tikilini söküb yerində daha gözəl əsər inşa etmək isətdiyimiz üçün uzun illər bizi yerdən-yerə vurdular. Nə sənətçilərə, nə də sənətə qarşı düşmənçiliyimiz var. Halbu ki, biz İstanbulda mədəniyyətimizə yaraşan bir əsəri ölkəmizə qazandırmaq istədik. Hərbiyyə Konqres Mərkəzi buna bir örnəkdir. Oradakı Muhsin Ertuğrul nə gündəydi, biz onu indi hansı vəziyyətə gətirdik. İnşallah Taksimdəki Atatürk Mədəniyyət Evinidə yeni memarlıq üslubunda inşa etdirəcəyik".
Ərdoğan qeyd edib ki, sənətçilərin dövlət məmuru olmasını doğru hesab etmir: "İndi biriləri dərhal deyəcək ki, siz şikayətçi deyil, içraçı olmalısız. Niyə mədəniyyəti, idmanı yönəldmirsiz. Dövlət yönləndirən deyil, dəstəkləyən, təşviq edən mövqedə olmalıdır.