Zəhərlənmə: Niyə məhz 186 uşaq?.. – Professorun şərhi

Rotavirus yuxarı tənəffüs yollarında toksiki vəziyyət yaradır.
 
Bu sözləri tibb elmləri üzrə professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, virusun uşaqlar arasında necə yayıldığı da aydınlaşdırılmalıdır:
“Bilməliyik ki, bunun səbəbi nədən ibarətdir? Suya hardan düşüb, bəlkə hava-damcı yolu ilə yayılıb? Niyə məhz 186 uşaq, digərləri yox?
Söhbət virusdan gedirsə, qarşısının alınması, lokallaşdırmaq və digər tədbirlərin görülməsi istiqamətində iş aparılmalıdır. Düşünürəm ki, burada söhbət uşaqların taleyindən, millətin genefondundan gedir deyə, məsələyə biganə yanaşmaq olmaz”.
Qeyd edək ki, Sumqayıt şəhərində zəhərlənən uşaqlarda aşkarlanan virusun adı açıqlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib ki, uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyası aşkar edilib.