Axtarış
The search found 105706 results in 0.012 seconds.
Search results
"Putin ilə Makronun görüşü..." - BMT-nin XÜSUSİ NÜMAYƏNDƏSİ
Rusiya Prezidenti Vladimir Putin ilə Fransa Prezidenti Emmanuel Makronun görüşü Suriyada böhranın həllinə kömək edə bilər.
Muxalifet.az xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura deyib.
"Güman edirəm ki, Prezident Makron və Prezident Putin arasında keçirilən görüş Suriyada böhrandan çıxmaq üçün siyasi qərarın daha tez tapılmasına töhvə verə bilər", - de Mistura qeyd edib./TrendMuxalifet - 31-05-2017
ABŞ-dan Şimali Koreyaya cavab: RAKET SINAĞI
ABŞ orta ölçülü raketdən müdafiə sistemini sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məsələ ilə bağlı açıqlama verən Pentaqon sözçüsü Ceff Devis bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.
Qeyd edək ki, ABŞ Hərbi Qüvvələrinin bu addımının Şimali Koreyanın ardıcıl ballistik raketləri sınaqdan keçirməsi dövrünə təsadüf etməsi diqqət çəkib.Muxalifet - 31-05-2017
Kürd rəhbərliyi kürd terrorçulara qarşı - "Cəsarət etmək istəyən varsa..."
"İŞİD ilə mübarizə adı altında bölgədəki vətəndaşlara və peşmərgələrə problem çıxarmağı planlaşdırırsınızsa, buyurun, gəlin. Dağlarımızı qarşınızda görəcəksiniz".
Şimali İraq Kürd Rəhbərliyi Həşdi Şabi qruplaşmasına açıq şəkildə xəbərdarlıq edib.
ŞİKR Silahlı Qüvvələri Komandanlığı son günlər Həşdi Şabi milis qruplaşmasının Suriya-İraq sərhədi üzərində hərbi əməliyyatlar keçirdiyi barədə bəyanat yayımlayıb:Muxalifet - 31-05-2017
Tramp İsrailin sözçüsü rolunda...
“Tramp üçün Fələstin-İsrail münaqişəsində əsas ikincilərin təhlükəsizliyi olduğunu bildirib”.
Bunu ABŞ Dövlət katibinin sözçüsü Stüart Cons söyləyib.
Cons iki ölkə arasında daimi sülhün bərqərar olması naminə hələ rəsmi bir addım atılmadığını, hər hansı bir mexanizmin olmadığını qeyd edib.
O vurğulayıb ki, Tramp İsrail Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbası sülhə nail olmaq üçün lazımi addımlar atmağa təşviq edib.Muxalifet - 31-05-2017
Qonşular arasında dava bıçaqlanma ilə bitdi
İsrail Səfərov dava zamanı xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Bakıda qonşular arasında dava olub.
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 40 yaşlı Səfərov İsrail Elbrus oğlu ilə qonşusu arasında yaranmış mübahisə sonradan əlbəyaxa davaya çevilib. Dava zamanı İ.Səfərov bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.Muxalifet - 31-05-2017
Maykl Flin Rusiyanın müdaxiləsi ilə bağlı sənədləri Senata təqdim edəcək
Trampın sabiq köməkçisi sənədləri həftənin sonuna qədər vermək niyyətindədir
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Maykl Flin Rusiyanın bu ölkədə keçirilmiş prezident seçkilərinə müdaxiləri ilə bağlı sənədləri Senatın Kəşfiyyat üzrə Komitəsinə təqdim etməyə razılıq verib.
Bu barədə "Associated Press" və "Reuters" öz mənbələrinə əsasən xəbər veriblər.Muxalifet - 31-05-2017
Putin 2018-ci il prezident seçkilərində iştirak edəcəkmi? - RƏSMİ CAVAB
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə seçki kampaniyasının ölkə konstitusiyasına tam uyğun şəkildə keçirilməsini təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
“RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu V. Putin “Figaro” nəşrinə müsahibəsində bildirib.
Putin, özünün seçkilərdə iştirakı barədə danışmağın hələ tez olduğunu qeyd edib: “Namizədlərə gəlincə, bu barədə danışmaq hələ tezdir”.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə seçkiqabağı kampaniyasının aparılmadığını bildirib./APAMuxalifet - 31-05-2017
Putin Qərbdəki seçkilərə müdaxiləni rədd edib
Rusiya prezidenti Vladimir Putin Qərbdəki seçki kampaniyalarına rusiyalı hakerlərin mümkün müdaxiləsinə dair suala cavabında Rusiyanın “bu cür işlərlə” məşğul olmadığını bildirib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Putin “Fiqaro” qəzetinə müsahibəsində bildirib.
“Belə deyirlər. Kim deyir, nəyin əsasında deyilir? Guya rusiyalı hakerlər edir. Bəlkə də heç rusiyalı hakerlər deyil”, - deyə Putin bildirib.Muxalifet - 31-05-2017
"Azərbaycan üçün mənfur yenilik..." - AMNESTY İNTERNATİONAL
"Bazar ertəsi Tbilisidən yoxa çıxmış və sonradan Bakıda peyda olmuş azərbaycanlı jurnalist işgəncə riski ilə üz-üzədir". Bunu Amnesty International təşkilatı bəyan edib.
Mayın 29-da axşam çağı yoxa çıxması haqda xanımı polisə məlumat verən Əfqan Muxtarlı hazırda Azərbaycan Dövlət Sərhəd Xidmətinin Bakıdakı qərargahında saxlanılır. Muxtarlı və onun xanımı 2015-ci ildə Azərbacyan hakimiyyətinin mümkün korrupsiya əməllərinə dair araşdırma apararkən təhlükəsizliklə yaranan qorxularla əlaqədar Gürcüstana getmişdilər.Muxalifet - 31-05-2017
Monopoliyanın geriyə dönüşü - nə baş verdi ki...
Martdan bəri ölkədə bananın satış qiyməti 3 manat 50 qəpiyə qalxıb
Ölkədə bananın qiyməti yenidən qalxıb. Belə ki, ötən il bananın qiyməti gözlənilmədən 1 manat 30-25 qəpiyə qədər enmişdisə, hazırda 3-3.50 qəpiyə satılır. İqtisadçı ekspert Qubad İbadoğlu xarici ölkələrlə müqayisəni bu cür şərh edib:Muxalifet - 31-05-2017
Trampın İran əleyhinə koalisiyası dağılır - yeni gəlişmələr
Qətər və Pakistan yeni blok formatından çıxır, Ankara isə daha vacib məsələlərin həllində maraqlıdır
Mayın 21-də Səudiyyə Ərəbistanında keçirilən “Ərəb-İslam-Amerika” sammiti hələ də dünya gündəminin əsas hadisələrindən biri olaraq müzakirə olunur. ABŞ prezidentinin Ər-Riyada gəlməsi, Kral Salmanla 350 milyard dollar dəyərində anlaşma, yeni hərbi koalisiyanın yaranması haqda razılaşma müsəlman aləmində və ümumilikdə dünyada sərt etirazlarla qarşılanıb.Muxalifet - 31-05-2017
Saakaşvilinin partiyasını qeydiyyata almadılar, o da naziri SÖYDÜ - VİDEO
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili partiyasını qeydiyyata almayan Ədliyyə naziri Pavlo Petrenko ilə ciddi mübahisə edib.
Muxalifet.az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda nazirin Saakaşvilinin siyasətini iyrənc adlandıraraq onun partiyasını qeydiyyata almaqdan imtina etdiyi görünür.
Petrenko daha sonra eks-qubernatora məhkəməyə müraciət etməyi məsələhət bilir.
Bundan hiddətlənən Saakaşvili nazirlə qarşı-qarşıya gələrək. onu dəfələrlə əclaf və yaramaz adlandırıb.Muxalifet - 31-05-2017
38 yaşlı qadını vurub öldürdü – BAKIDA
Yolu keçmək istəyən Lamiyə Quliyevanı avtomobil vurub
Bakıda piyadanın ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Quliyeva Lamiyə Əfrail qızını avtomobil vurub. Nəticədə o, ağır bədən xəsarətləri alaraq Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır./Report.azMuxalifet - 31-05-2017
Tramp dövlət başçılarına telefon nömrəsini verir – NARAHAT OLANLAR VAR
Bu cür qeyri-adi dəvət diplomatik protokolu pozur
ABŞ prezidenti Donald Tramp mobil telefonunun nömrəsini dünya ölkələrinin liderlərinə verir və onları birbaşa özünə zəng etməyi dəvət edir.
Bu barədə "Associated Press" xəbər verib.
Agentlik qeyd edir ki, bu cür qeyri-adi dəvət diplomatik protokolu pozur və ABŞ baş komandanının təhlükəsizliyi, habelə mesajlarının məxfiliyi ilə bağlı narahatlığa səbəb olur.Muxalifet - 31-05-2017
İşçilərin işdən çıxarılması qaydaları dəyişir - DİQQƏT
Azərbaycanda işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək. Eyni zamanda, işdənçıxarma müavinəti verilərkən də işçinin stajı nəzərə alınacaq.
Bu, Əmək Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihəsində qeyd edilib.
Əmək Məcəlləsinin hazırki variantına görə, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən bu məcəllənin 70-ci maddəsinin "B" bəndi ilə əmək müqaviləsini ləğv etməzdən azı 2 ay əvvəl işçisini bu barədə rəsmi xəbərdar etməlidir.Muxalifet - 31-05-2017
Bu gün Milli Məclisin son iclası keçiriləcək
Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası keçiriləcək.
İclasda Azərbaycanla bir sıra ölkələr arasında imzalanmış sənədlərin təsdiqi, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi, Cinayət Məcəlləsinə, Vergilər Məcəlləsinə, Əmək Məcəlləsinə, "Uşaq hüquqları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 41 məsələ müzakirəyə çıxarılacaq.Muxalifet - 31-05-2017
Trampın şəxsi vəkili də araşdırmaya cəlb olunub
Muxalifet - 31-05-2017
ABŞ Şimali Koreyanın raket zərbəsinə hazırdır - AÇIQLAMA
"Metro" qəzeti yazır ki, Pentaqon Şimali Koreyanın hədələdiyinə bənzər hücumların qarşısını almağa hazırdır.
Məqalədə deyilir ki, ABŞ hərbiyyəsi yerüstü raket zərbəsindən Müdafiə Radarını ötən gecə uğurla sınaqdan keçirib.
Bununla da Trump administrasiyası amerikalıların müdafiəsi üçün bir neçə mərhələli müdafiə sisteminin mövcud olduğunu təsdiqləyib.
Bu da qeyd olunur ki, bu, 1999-cu ildən bəri keçirilən 17 sınaqdan uğurla başa çatan 10-cusudur.Muxalifet - 31-05-2017
"Əfqan Muxtarlının əllərini arxadan bağlayaraq döyüblər" - VƏKİL
Jurnalist sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda şübhəli bilinir
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1(Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə təqsirləndirilir. Muxtralı şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin binasında jurnalistlə görüşündən sonra vəkil Elçin Sadıqov jurnalistlərə bildirib.Muxalifet - 31-05-2017
Yunan Kipri Ermənistanın tərəfində... AZƏRBAYCAN ETİRAZ ETDİ
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Kiprin xarici işlər naziri İoannis Kasoulidesin Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar səsləndirdiyi fikirləri şərh edib.
Muxalifet - 31-05-2017