Axtarış
The search found 105706 results in 0.012 seconds.
Search results
UCAR SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞİB – “3000 manat "Asseccbank" vasitəsi ilə pul göndərdik...”
Ucar rayon sakini, Firdovsi küçəsi ev 9-da yaşayan Novruzov Ələkbər İslam oğlu dələduzluq faktı ilə üzləşib. Ə.Novruzov Muxalifet.az saytı vasitəsilə hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Bakı şəhəri Nəsimi rayonu Pişəvəri küçəsi ev 21 sakini 08.10.1982-ci il tarixdə anadan olmuş Heydərov Azər Əliheydər oğlu bacısı Həsənova Günay Əliheydər qızı ilə qabaqcadan əlbir olaraq dələduzluq yolu ilə bizi aldadıb, əmlakımızı talan etmişlər. Bunu təsdiq edən konkret və mötəbər sübutlarımız var.Muxalifet2 - 30-05-2017
CNN TRAMPI TƏHDİD EDİR – Bu dəfə rusların danışıqlarının ələ keçirildiyi iddia olunur
Amerika xüsusi xidmət orqanları ABŞ-da seçkiqabağı prezident kampaniyası dövründə Rusiya rəsmi şəxsləri arasında danışıqları ələ keçirib.
TASS agentliyi xəbər verir ki, bu haqda ABŞ Konqresindəki mənbələrə və kəşfiyyatın keçmiş əməkdaşlarına istinadən CNN telekanalı bildirib.
Bildirilir ki, danışıqlarda indiki amerika lideri Donald Tramp və onun köməkçiləri haqqında potensial ləkələyici məzmunlu informasiyalar müzakirə edilirdi.Muxalifet - 30-05-2017
Əfqan Muxtarlıya ittihamlar irəli sürülüb
Sabah Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir
Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlıya qarşı irəli sürülmüş ittihamlar məlum olub.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.Muxalifet - 30-05-2017
DİQQƏT: Güzəştli mənzil sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başladı
“Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına inteqrasiya edilib
Güzəştli mənzil sistemi "Elektron hökumət" portalı üzərindən fəaliyyətə başlayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan daxil olan məlumata görə, “Güzəştli mənzil” sistemi “Elektron hökumət” portalına ( www.e-gov.az ) inteqrasiya edilib.Muxalifet - 30-05-2017
Məcburi köçkünün intihar cəhdi BAŞ PROKURORLUĞUN NƏZARƏTİNDƏ
Baş Prokurorluğun rəhbərliyi Ağdam rayonundan məcburi köçkün Hüseynov Vilayət Barat oğlunun intihara cəhdinin araşdırılmasını xüsusi nəzarətə götürüb.
Muxalifet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.Muxalifet2 - 30-05-2017
Jurnalist Sevinc Vaqifqızı saxlanıldı
Bu gün axşam saat 19:10 radələrində müxalifətçi jurnalist Sevinc Vaqifqızı Dövlət Sərhəd Xidmətinin qarşısında saxlanılıb və Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb.
Muxalifet.az bildirir ki, xəbəri Turan yayıb.
Polis bölməsində agentliyə, şəxsiyyəti təsdiqləmək məqsədi ilə, saxlanma faktını təsdiqləyiblər.
Muxalifet2 - 30-05-2017
Tanışı tərəfindən döyüldü – GORANBOY SAKİNİ XƏSTƏXANALIQ OLUB
Goranboyda döyülmə faktı qeydə alınıb.
Belə ki, Goranboy şəhər sakini 1977-ci il təvəllüdlü Ramil Əhmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. R. Əhmədov tanıdığı şəxs tərəfindən döyüldüyünü deyib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır(apa).Muxalifet2 - 30-05-2017
Avtomobil aşdı, 3 nəfər ağır xəsarət aldı – AĞDAŞDA
Ağdaş rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə bu gün Ağdaş-Ləki avtomobil yolunda qeydə alınıb. Zərdab rayonu, Məmmədqasımlı kənd sakini 1993-cü il təvəllüdlü Məmmədov İlham Elman oğlu 61-BA-801 dövlət nömrə nişanlı “VAZ 2103” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Muxalifet2 - 30-05-2017
Məşhur model azərbaycanlı milyarderin təklifindən danışdı
Türkiyənin məşhur modeli Əbru Şallı azərbaycanlı iş adamı Mübariz Mənsimovun ona Bodrumdakı “Palmarina” otelində həftənin 6 günü pilates dərsləri keçməyi, eləcə də çimərlikdə və hovuzda poz verib, oteli reklam etməyi üçün 500 min lirə təklif etməsi barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Musavat.com xəbər verir ki, fikirlərini sosial şəbəkədə paylaşan model yayılan məlumatların yalan olduğunu bildirib:Muxalifet2 - 31-05-2017
Rusiya tarixində ilk: Lotodan 5.3 milyon qazandı
Rusiyanın Novosibirsk şəhərində adı çəkilməyən şəxs elektron lotoda (Qosloto) 20 gizli rəqəmdən 4-nü taparaq 300 milyon rubl (Təxminən 5.3 milyon dollar) qazanıb.
Axar.az “Stoloto.ru” saytına istinadən xəbər verir ki, sözügedən uduş Rusiyada indiyə kimi ən yüksək məbləğ hesab edilir.
Şanslı şəxsin böyük uduşu alması üçün Moskvaya gəlməsi lazımdır.Muxalifet2 - 31-05-2017
Oğlunun məzarı başında elə halla üzləşdi ki... - FOTO
4 yaşlı oğlunu beyin xərçəngindən itirən Mariye Robinson dünyanın ən qəribə hadisələrindən birinə şahid olub.
Belə ki, ana oğlunun məzarını ziyarət edəndə məzar daşının üstündə olan bülbül ona yaxınlaşıb.
Telefonu ilə quşu videoya çəkməyə başlayan qadın əlini uzadan zaman quş gəlib onun əlində oturub. Daha sonra yerə uzanan qadının ayaqqabısına qonub.
Quşun davranışlarından təsirlənən ana oğlunun ruhu ilə quşun bir əlaqəsi ola biləcəyini düşünür.Muxalifet2 - 31-05-2017
Kamikadze məktəbin yaxınlığında özünü partlatdı – ÖLƏNLƏR VAR
Hələlik ölənlərin və yaralananların sayı barəsində məlumat verilmir
İraqda partlayış törədilib.
"TASS" xəbər verir ki, bu barədə "Əs Sumariyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Anbar vilayətinin Hit şəhərində, məktəbin yanında baş verib. Belə ki, şəhərin mərkəzində kamikadzenin bədəninə bağladığı partlayıcı qurğunu işə salması nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.
Hələlik ölənlərin və yaralananların sayı barəsində məlumat verilmir(report).Muxalifet2 - 31-05-2017
DƏHŞƏT: Etiraz aksiyalarında ölənlərin sayı 69-a çatdı
Venesuelada keçirilən etiraz aksiyalarında ölənlərin sayı 69-a çatıb.
"Report" "Nacional" portalına istinadən xəbər verir ki, bu barədə "Venesuelanın cinayət forumu" qeyri-hökumət təşkilatının rəhbəri Alfredo Romero bildirib.
Romeronun verdiyi məlumata görə, 49 nəfər birbaşa aksiyalar zamanı öldürülüb, qalanları isə müxtəlif insidentlər, bədbəxt hadisələr və soyğunçuluq nəticəsində həlak olub.Muxalifet2 - 31-05-2017
ABŞ Suriyada kürd terrorçuları üçün silah tədarükünə başlayıb
Bu barədə Pentaqonun iki məmuruna istinadən NBC News telekanalı bildirib
ABŞ "Suriya demokratik qüvvələrin"in kürdlərinə silah və sursatın tədarükünə başlayıb.
Bu barədə Pentaqonun iki məmuruna istinadən "NBC News" telekanalı bildirib.
Hərbi məmurlardan birinin məlumatına görə, silah tədarükü son 24 saat ərzində başlayıb. Lakin silah tədarükünün hansı yolla həyata keçirildiyi məlum deyil.Muxalifet - 31-05-2017
Azərbaycanda futbolçu ürək tutmasından öldü
Qoşqar Sarıyev yaşadığı evdə infakt keçirib
Qazax rayonunda "Göyəzən" futbol klubunun oyunçusu infarkt keçirərək ölüb.
Rayonun Xanlıqlar kənd sakini, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlu yaşadığı evdə infakt keçirib. O, xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.
Qeyd edək ki, Q. Sarıyev "Göyəzən" futbol klubunun oyunçusudur.Muxalifet - 31-05-2017
5 yaşlı uşağı avtomobil vurub - BAKIDA
Əhmədzadə Mədinə onu avtomobillə vurmuş sürücü tərəfindən xəstəxanaya yerləşdirilib
Bakıda 5 yaşlı uşağın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Səbayel rayonu, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb.
Belə ki, "90-SU-592" dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Əhmədzadə Mədinə Samir qızını vurub. Hadisəni törətmiş avtomobilin sürücüsü xəsarət almış uşağı dərhal xəstəxanaya aparıb.Muxalifet - 31-05-2017
Yeniyetmə ağacdan yıxılaraq ağır xəsarət alıb - BAKIDA
Kənan Rəhimov qarnın ön səthindən kəsilmiş-deşilmiş xəsarətləri və kəllə-beyin travması alıb
Bakıda yeniyetmə ağacdan yıxılaraq ağır xəsarət alıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Zığ qəsəbəsi, Bahar yaşayış massivində 2006-cı il təvəllüdlü Rəhimov Kənan Surxay oğlu evlərinin yaxınlığındakı ağacdan yıxılaraq qarnın ön səthindən kəsilmiş-deşilmiş xəsarətləri və kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.Muxalifet - 31-05-2017
“Azərenerji” 31 vakant vəzifə TƏKLİF EDİB
“Azərenerji”də öz karyerasını qurmaq istəyi olan məzunlara işə qəbul qaydaları ilə bağlı izahat verilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Məzun-Karyera Sərgisi keçirilib.
Ali məktəblə sənaye müəssisələri arasında əlaqələrin genişləndirilməsi, məzunların öz ixtisaslarına uyğun işlə təmin olunmasına şərait yaradılması məqsədi daşıyan sərgidə “Azərenerji” ASC də iştirak edib.Muxalifet - 31-05-2017
Alman deputatlar “İncirlik” bazasına niyə buraxılmır? – RƏSMİ AÇIQLAMA
Berlin Ankara barəsində neqativ münasibətini dəyişənədək alman deputatları Türkiyənin “İncirlik” aviabazasına buraxılmayacaqlar.
“Reuters”-in verdiyi xəbərə görə, bu barədə Ankarada jurnalistlərə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
Nazirin sözlərinə görə, Almaniya Türkiyəyə qarşı neqativ münasibət bəsləyir və Ankaranın əleyhinə olan hər şeyi dəstəkləyir: “Bu cür şəraitdə alman deputatlarının “İncirlik” bazasına buraxılması mümkünsüzdür. Bazar ertəsi biz bu məsələni Almaniya XİN rəhbəri Ziqmar Qabriel ilə müzakirə edəcəyik”.Muxalifet - 31-05-2017
“Rosaviasiya” Antalyaya uçuşlara qoyulan qadağanı ləğv edib
“Rosaviasiya” Rusiya aviaşirkətlərinin Türkiyənin Antalya bölgəsinə çarter uçuşlarına qoyulan qadağanı ləğv edib.
Bu barədə “RİA Novosti”yə məsələ ilə məlumatlı mənbə bildirib.
“Antalyaya uçuşlara qadağa ləğv edilib”, - deyə mənbə bildirib.
Qeyd edək ki, “Rosaviasiya” apreldə aviaşirkətləri Türkiyəyə çarter uçuşlarının mümkün dayandırılması barədə məlumatlandırıb. Qərar Türkiyə daxilində mürəkkəb siyasi vəziyyətlə əlaqələndirilmişdi.Muxalifet - 31-05-2017