Axtarış

The search found 105706 results in 0.063 seconds.

Search results

  1. "Facebook"da "layk"a görə cərimə kəsilib – İLK DƏFƏ

    Sürixdə məhkəmə 45 yaşlı şəxsi təqsirkar bilərək onu 4 min frank məbləğində cərimə ödəməyə məcbur edib
     
    İsveçrə sakini "Facebook" sosial şəbəkəsində "layk"ladığı üçün ölkə tarixində ilk dəfə cərimələnib.
    BBC-yə istinadən xəbər verir ki, Sürixdə məhkəmə 45 yaşlı şəxsi təqsirkar bilərək onu 4 min frank (4,1 min dollar) məbləğində cərimə ödəməyə məcbur edib.

    Muxalifet - 31-05-2017

  2. Tramp Cənub Qaz Dəhlizini dəstəkləyir

    "ABŞ Cənub Qaz Dəhlizini dəstəkləyir. ABŞ sizinlə işləməyə hazırdır".
     
    Bu sözlər ABŞ prezidenti Donald Trampın bu gün Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda əksini tapıb.
     D. Tramp bildirib ki, ABŞ Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verir: "Azərbaycan inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəkləyirəm".

    Muxalifet - 31-05-2017

  3. Azərbaycan qumarbazları kütləvi şəkildə Soçiyə axışır

    Bu ilin əvvəllərindən Rusiyanın Soçi şəhərində qumar zonasının açılmasından sonra xarici ölkələrdən, o cümlədən Azərbaycandan qumarbazlar kütləvi şəkildə Soçiyə axışır.
     
    İlin əvvəlindən Soçi kazinolarına yaxın və uzaq xaricdən 62 min nəfər baş çəkib. Soçi administrasiyasının mətbuat xidmətinin bildirdiyinə görə bu şəhərdə kazinoların əsas müştəriləri Azərbaycan, Ermənistan, Fransa, Belarus və Almaniya vətəndaşlarıdır. Lakin bir sıra uzaq xarici ölkələrdən də müştərilərin gəldiyi bildirilir.

    Muxalifet - 31-05-2017

  4. Türkiyə Qafqazda təsirini artırır - EKSPERTDƏN AÇIQLAMA

    Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı “Üçlər ittifaqı” formatı Rusiya, İran və Amerika başda olmaqla, Qərb ölkələrinin yuxularını ərşə çəkib. Qardaş ölkənin ərəb siyasətini Qafqazda möhkəmlənmək siyasəti ilə əvəzləməsi ciddi narahatlığa səbəb olub.
     

    Muxalifet - 31-05-2017

  5. Rusiyada etiraz aksiyaları qızışır – ŞƏRH

    Rusiyadakı etirazlar konkret olaraq Medvedyevə qarşı çevrilsə də, bütövlükdə ölkənin siyasi elitasına etirazdır.
    Bu sözləri Rusiyada etirazların yenidən baş qaldırması ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Rusiyada etirazların daha da böyüyəcəyi qənaətindədir:

    Muxalifet - 31-05-2017

  6. Moskva-Bakı qatarında QƏZA

    Moskva-Bakı qatarı qəza törədib.
     
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 30-da saat 2 radələrində Siyəzən rayonu Gilgilçay dəmiryolu stansiyası ərazisində Moskva-Bakı sərnişin qatarı Biləcəri lokomotiv deposunda çilingər işləyən Samir Eyvazov vurub.
     Xəstəxanaya yerləşdirilən S. Eyvazov orada ölüb.

    Muxalifet - 31-05-2017

  7. Daha 3 məhkum xəstəlikdən ölüb

    Azərbaycanda daha bir neçə məhkum xəstəlikdən ölüb.
     
    1950-ci il təvəllüdlü Pərviz Rəhman oğlu Əliyev, 1951-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Əhmədov və 1966-cı il təvəllüdlü Mehman Qəhrəman oğlu Hüseynov xəstəlikdən ölüblər.
    Onların üçü də Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılıblar.

    Muxalifet - 31-05-2017

  8. MAXE olmaq istəyən idmançını orduya götürmürlər – MÜDAFİƏ NAZİRLİYİNİN DİQQƏTİNƏ

    Goranboydakı N saylı hərbi hissələrin birində vətənə xidmət etmiş İlkin Abışov adlı gənc yenidən orduya qayıdıb, vətənə xidmət etmək istəsə də, arzusuna çata bilmir.
     
    Bu barədə BakuPost.az-a danışan İ.Abışov bildirib ki, 2010-cu ildə hərbi xidmətə çağırış gəlsə də, əsgərliyə aparılmayıb. Buna səbəb kimi İlkinin hər iki valideynini itirməsi və himayəsində olan bacılarından birinin yetkinlik yaşına çatmaması göstərilib.
    Amma vətənə xidmət arzusunda olan gənc 2011-ci ildə könüllü olaraq orduya yazılıb və 2013-cü ilədək cəbhədə xidmət edib.

    Muxalifet - 31-05-2017

  9. ABŞ İŞİD-lə razılaşdı, Rusiya xəbər tutdu və bombaladı

    ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 5 agenti və YPG qruplaşmasının üzvləri Rakka şəhərinin boşaldılması üçün İŞİD terrorçuları ilə danışıqlara gedib.
     
    10 gün davam edən görüşlərdə tərəflər razılaşma əldə ediblər.

    Muxalifet - 31-05-2017

  10. İrandan Suriyaya quru yolu... - MOSSAD BU ŞİFRƏNİ ÇÖZDÜ

    PKK terror təşkilatının nəzarətində olan İraqın Sincar bölgəsinin cənubundakı bəzi yaşayış məntəqələrini ələ keçirən “Haşdi Şabi” qruplaşması Suriya-İraq sərhədində yerləşib.
     
    Türkiyə KİV xəbər verir ki, İraqın baş naziri Heydər Əl İbadi “Haşdi Şabi”nin Suriya sərhədinə çatdığını açıqlayıb.

    Muxalifet - 31-05-2017

  11. “Torqovı”da qoyunla gəzən ADAM - VİDEO

    Bakı sakini fərqli bir yola əl atıb. Hər kəs küçədə itin müxtəlif növləri ilə gəzdiyi halda bu şəxs qoyunu seçib.
    Muxalifet.az xəbər verir ki, həmin şəxs Bakının mərkəzində - Nizami küçəsi və ya "Tarqovı"da qoyunu ilə gəzərkən görüntülənib.
    Həmin görüntüləri təqdim edirik:

    Muxalifet - 31-05-2017

  12. “Elçin Quliyevlə məni İqbal Ağazadə görüşdürdü” - MTN-in həbs etdiyi keçmiş hərəkatçı

    "MTN-çilər – İlqar Əliyev və Elçin Quliyevlə işləməyi mənə İqbal Ağazadə təklif etdi. Məşhur restoranda ilk görüşümüzdə İqbal Elçin Quliyevi mənə iş adamı kimi təqdim etmişdi”.
     

    Muxalifet - 31-05-2017

  13. Ərdoğan Türkiyəni təklif etdi, NATO qəbul etmədi

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti NATO sammitinin İstanbulda keçirilməsi təklifi aralarında Almaniya, Fransa, Hollandiya, Danimarkanın da olduğu bir çox NATO ölkəsi tərəfindən rədd edilib.
     
    Almaniyanın “Die Welt” qəzet bu məlumatı yayıb.
    Qəzetin NATO qaynaqlarına söykənərək verdiyi məlumata görə, xəbərində həmin ölkələr öz mövqelərini bu cür izah ediblər: "Sammiti Türkiyədə keçirməklə bu ölkənin beynəlxalq eranadakı etibarını artırması və Ankaranın daxili siyasətinə dəstək verilməsi təəssüratını yaratmaq istəmirik".

    Muxalifet - 31-05-2017

  14. Oğul məmur atasından ŞİKAYƏT ETDİ – “Atamın əməllərini araşdırın”

     1 həftə əvvəl Göyçay Sanitar Təmizlik İdarəsində baş nəzarətçi vəzifəsindən istefa verən Əliyev Əhliman Loğman oğlu həm müdiri, həm də atası olan Loğman Əliyevin qanunsuz əməlləri barədə dövlət orqanlarına müraciət edib.
     

    Muxalifet - 31-05-2017

  15. Gürcüstan DİN-i jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yaydı

    Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı bəyanat yayıb.
     
    Nazirlik hazırda bu məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb: “Əfqan Muxtarlının işi ilə bağlı hazırda Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 143-cü maddəsi üzrə araşdırma başlanıb. Bu maddə “azadlığı qeyri-qanuni məhdudlaşdırma” ilə bağlıdır”.
    DİN bəyan edib ki, paralel olaraq Azərbaycan tərəfi ilə kommunikasiya aparılır. İşin faktik tərəfləri müəyyən olunan kimi əlavə məlumat açıqlanacaq.

    Muxalifet - 31-05-2017

  16. ADU tələbələri universitet qarşısında - REKTORLUQLA GÖRÜŞƏ JURNALİSTLƏR BURAXILMIR - CANLI YAYIM

    ADU tələbələri universitet qarşısında aksiya davam edir. Rektorluqla görüşə jurnalistlər buraxılmır.

    Muxalifet2 - 31-05-2017

  17. Putindən Türkiyəyə JEST - Vacib fərman İMZALADI

    Rusiya prezidenti Vladimir Putin Türkiyə vətəndaşları ilə bağlı fərman imzalayıb.
     
    Rusiya prezidentinin fərmanı ilə Türkiyə vətəndaşlarına qarşı tətbiq edilən iqtisadi məhdudiyyətlər aradan qaldırılıb. Yeni fərmandan Türkiyə iş adamları da yararlana biləcək.
    Qeyd edək ki, məhdudiyyətlər Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra tətbiq edilmişdi.

    Muxalifet - 31-05-2017

  18. ​Mariya Zaxarova: "Azərbaycanla münasibətlər Rusiya üçün dəyərlidir"

    Rusiya üçün Azərbaycan və İranla münasibətlər dəyərlidir.
    Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
    "Kənardan olan istər müsbət, istər də mənfi təsirlər bu münasibətlərə xələl gətirməməlidir. Bu, münasibətlərə təsir göstərməməlidir. Bu ölkələrlə münasibətlər Rusiya üçün özü-özlüyündə dəyərlidir", - deyə o vurğulayıb./apa/

    Muxalifet2 - 31-05-2017

  19. ​Dillər Universitetində dövlət imtahanı ilə bağlı təkliflər məlum oldu

    Azərbaycan Dillər Universitetində dövlət imtahanı ilə bağlı Elmi Şuranın bu gün keçiriləcək iclasına təklif olunan layihənin detalları açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, Universitetin təhsil fakültəsinin dekanı Fikrət Cahangirov bildirib ki, bu gün keçiriləcək Elmi Şuranın iclasına 2 təklifdən ibarət layihə veriləcək: “Birinci variant odur ki, imtahan bir yazılı və 50 test sualından ibarət olsun, ikinci variant isə diplom işidir”.
    Bunlardan biri Elmi Şuranın iclasında təsdiqlənəcək.

    Muxalifet2 - 31-05-2017

  20. Zahid Oruc: “Bankların xeyrinə qərar çıxarıldı...”

    2016-cı ilin çətin və gərgin il olduğunu hamı etiraf edir. Bu, bütün dünyada yaşanan prosesdir. Amma prezidentin çevik qərarlar verməsi Azərbaycanda iqtisadi sahədə sabitlik yaratdı.
     
    Bunu Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı Zahid Oruc deyib.
    Deputat hesab edib ki, Mərkəzi Bank uçot dərəcələrinə yenidən baxılmalıdır:

    Muxalifet - 31-05-2017

Pages