Zahid Oruc: “Bankların xeyrinə qərar çıxarıldı...”

2016-cı ilin çətin və gərgin il olduğunu hamı etiraf edir. Bu, bütün dünyada yaşanan prosesdir. Amma prezidentin çevik qərarlar verməsi Azərbaycanda iqtisadi sahədə sabitlik yaratdı.
 
Bunu Milli Məclisdə 2016-cı il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı Zahid Oruc deyib.
Deputat hesab edib ki, Mərkəzi Bank uçot dərəcələrinə yenidən baxılmalıdır:
“İki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranan problemə Konstitusiya Məhkəməsi baxdı və bankların xeyrinə qərar çıxardı. İndi minlərlə insan məhkəmələrə müraciət edir, amma məhkəmələr Konstitusiya Məhkəməsinin qərarından kənara çıxmır. Hesab edirəm ki, bu problemi də həll etmək lazımdır”.