ABŞ İŞİD-lə razılaşdı, Rusiya xəbər tutdu və bombaladı

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin 5 agenti və YPG qruplaşmasının üzvləri Rakka şəhərinin boşaldılması üçün İŞİD terrorçuları ilə danışıqlara gedib.
 
10 gün davam edən görüşlərdə tərəflər razılaşma əldə ediblər.
ABŞ Müdafiə naziri Ceyms Mattis ötən həftə verdiyi açıqlamada İŞDİ-ə qarşı döyüşlərin sürətləndiyini bildirmişdi. Ancaq döyüş meydanından gələn xəbərlər amerikalı nazirin fikirlərini tamamilə təkzib edir. ABŞ bundan əvvəl 7 dəfə təxirə salınan Rakka əməliyyatları üçün Mərkəzi Kəşfiyyat İdarəsinin agentləyini bu ölkəyə yollayıb. Onlar Rakka ətrafında PYD/YPG silahlıları ilə İŞİD terrorçularını görüşdürüb və tərəflər razılaşma imzalayıblar.
Razılaşmaya əsasən, İŞİD döyüşçüləri təslim olsalar, onlara Rakkanın cənubundan təhlükəsizlik dəhlizi açıqlacaq və silahlılar maneəsiz şəhəri tərk edərək Palmiraya gedə biləcək.
Ancaq bu razılaşmadan xəbər tutan Rusiya Müdafiə Nazirliyi Suriyadakı rus hərbçilərə bunun qarşısının alınması əmrini verib.
Bunun ardından Rusiya təyyarələri 120-dən çox İŞİD-çinin olduğu karvanı atəşə tutublar. Bütün terrorçular öldürülüb. Ayrıca Rusiyanın Aralıq dənizindəki gəmilərdən “kalibr” raketləri ilə Palmira şəhərindəki İŞİD mövqelərini vurması da ABŞ-İŞİD sövdələşməsinin cavabı olaraq dəyərləndirilə bilər.