Axtarış

The search found 105706 results in 0.007 seconds.

Search results

  1. ​Atatürkün heykəlinə balta ilə hücum çəkdi - TÜRKİYƏDƏ

    Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Atatürk-ün heykəlini vandalizmə məruz qoyanı kütlə linç etməyə çalışıb. Bu haqda «The Times» qəzeti yazır. Bir nəfər Türkiyənin qərbində yerləşən Sakarya şəhərində Atatürk-ün heykəlinə baltayla hücum edəndən sonra üstünə benzin töküb. Hadisə bazar ertəsi baş verib. Şahidlər həmin şəxsin ərəbcə danışdığını söyləyir. Bundan qəzəblənən əhali ona hücum çəkib, polis idarəsinə aparılanda da arxasınca düşüb. Həmin şəxsin Atatürkün xatirəsini təhqir etməkdə ittiham olunacağı gözlənir.

    Muxalifet2 - 24-05-2017

  2. ​Güzəştli mənzil haqda FƏRMAN – PREZİDENT ƏSASNAMƏNİ TƏSDİQLƏDİ

    Prezident İlham Əliyev “Güzəştli mənzil” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

    Muxalifet2 - 24-05-2017

  3. ​“Bizi Ziya Məmmədovun zülmündən qurtarın” – UCAR SAKİNLƏRİ PREZİDENTƏ MÜRACİƏT ETDİ

    Ucar rayon sakinləri tərəfindən Muxalifet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri keçmi nəqliyyat naziri Ziya Məmmədovdan şikayət edirlər:

    Muxalifet3 - 25-05-2017

  4. "Azərbaycan hansısa dövlətin əlaltısı olmaq fikrində deyil" - RUSİYAYA SƏRT TƏPKİ

    Heç bir halda hansısa bir xarici qüvvənin Azərbaycanın daxili işlərinə qarışmasına, ölkəmizə hansı siyasəti yürütməyi diqtə etməsinə imkan verilməyəcək.
     
    Bu sözləri açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Millət vəkili bildirib ki, hazırda bu istiqamətdə Azərbaycanın daxili və xarici siyasətində çox ciddi addımlar atılır:

    Muxalifet - 25-05-2017

  5. “Rusiyanın budəfəki "Rüstəm İbrahimbəyov"u çox güclü fiqurdur" - SƏRDAR CƏLALOĞLU

    Tanınmış müxalifət partiyası liderindən heyrətamiz açıqlamalar; “Azərbaycan daxilində seçkilərdə rusiyapərəstlərdən ibarət çox ciddi problem yaradan güc formalaşdırılacaq...”
     

    Muxalifet - 25-05-2017

  6. Azərbaycanda İrana işləyən CASUS ŞƏBƏKƏSİ - ŞOK FAKTLAR

    Azərbaycanda ən böyük cəsus şəbəkəsi İrana aiddir
     

    Muxalifet2 - 25-05-2017

  7. “Bizim Yol”da ev üstündə qırğın düşdü - ELÇİN RÜSTƏMLİ GETDİ

    Mənzilə ehtiyacı olan jurnalistlərə dövlət tərəfindən veriləcək evlərin bölgüsü ilə bağlı redaksiyalar daxilində gərgin dartışmalar başlanıb. Onlardan biri mayın 24-də "Bizim Yol” qəzetinin redaksiyasında keçirilən iclasda baş verib.
    Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin də iştirak etdiyi həmin iclasda mübahisə yaranıb.

    Muxalifet - 25-05-2017

  8. Ceyranovun Bakıdakı şəriki aşkarlandı: O, İKİ NƏFƏRİN ÖLÜMÜNƏ GÖRƏ AXTARILIR

    Gürcüstanda iki nəfərin ölümünə gətirib çıxarmış dələduzluğa və saxtakarlığa görə həbs edilən qalmaqallı doktor Fərman Ceyranovun işində adı keçən həkim-cərrah Bakıda üzə çıxıb.
    Bu, Mərkəzi Neftçilər Klinikasının şöbə müdiridir və hazırda da iş başındadır.

    Muxalifet - 25-05-2017

  9. Baş Prokurorluq “Hürriyyət” qəzetinin baş redaktoruna xəbərdarlıq edib

    Vüqar Məmmədov Baş Prokurorluğa dəvət olunub
     
    Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Hürriyyət” qəzetində və həmin dövri mətbu nəşrin internet saytında dərc edilmiş müxtəlif başlıqlı məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinin kobud surətdə pozulmaqla Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək informasiyalar ictimailəşdirilib.

    Muxalifet - 25-05-2017

  10. DÜNYA BU FOTODAN DANIŞIR: NATO sammitində "kişi" birinci ledi

    NATO-nun sammitinə qatılan liderlərin xanımlarının birgə çəkdirdiyi şəkil müzakirə mövzusuna çevrilib.
    Şəkildə diqqət çəkən məqam xanımların yanında bir kişinin durmasıdır.
    Məlum olub ki, həmin şəxs Lüksemburqun homoseksual baş naziri Xavier Bettelin həyat yoldaşı Gauthier Destenaydir.
    42 yaşlı Bettel memar sevgilisi Gauthier Destenayla 2010-cu ildən bir yerdə yaşayır. Onlar 2015-ci ildə rəsmi nigaha daxil olublar.
    Qeyd edək ki, xatirə fotosunda ABŞ prezidenti Donald Trampın xanımı Melaniya Tramp da yer alıb.

    Muxalifet - 26-05-2017

  11. Sarkisyandan SENSASİYALI ETİRAF: "Qarabağ Azərbaycanındır və əraziləri qaytarmasaq..."

     “Bütün dünya Qarabağda mövcud status-kvonun təhlükəli olduğu haqda danışır və bunu dəyişdirməyin lazım olduğunu bildirir. Həmçinin, Minsk qrupu da status-kvonu qəbul etmir”.
    Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.
    Onun sözlərinə görə, 25 il ərzində Ermənistan Qarabağ məsələsində irəliləyiş əldə edə bilməyib: “Çünki bu torpaqlar Azərbaycanın suveren ərazisidir və beynəlxalq hüquqda bu belədir. Azərbaycan da bu vəziyyətdən istifadə edir”.
    M.Sarkisyan əlavə edib ki, Ermənistan Qarabağın müstəqilliyini heç vaxt tanımayacaq.

    Muxalifet - 26-05-2017

  12. “Türkiyədə yarım əsrdir buna hazırlıq gedirdi” - ŞOK HESABAT

    Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı məlumatları hesabat şəklində çevriliş cəhdini araşdıran komissiyaya təqdim edib.
     
    Bu haqda komissiyanın rəhbəri Reşat Petek bildirib.
    Komissiya rəhbəri keçirdiyi mətbuat konfransında həm MİT-in, həm də komissiyasının hazırladığı hesabatları təqdim edib. O, yarım əsrdir çevriliş üçün hazırlıq görüldüyünü deyib.

    Muxalifet - 26-05-2017

  13. Baş Prokurorluq “Hürriyyət”ə təşəkkür etdi – “MTN AGENTLƏRİNİN ADININ AÇIQLANMASI...”

    Azərbaycan Respublikasının Baş Pokurorluğu “Hürriyyət” qəzeti və Hurriyyet.org saytına təşəkkür edib.
    Redaksiyanın məlumatına əsasən, Baş prokurorun birinci müavini Rüstəm Usubov dünən “Hürriyyət”in və eyniadlı saytın baş redaktoru Vüqar Məmmədovu qəbul edib. Tərəflər son günlər ordudadkı casus qalmaqalı və mətbuatda MTN agentlərinin adlarının açıqlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

    Muxalifet2 - 26-05-2017

  14. Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarıldı

    Məhkəmə bununla bağlı Ədliyyə Nazirliyinə məktub göndərib
     
    Məhkəmə Fətullahçı Terror Təşkilatının (FETO) ABŞ-da gizlənən rəhbəri Fətullah Gülənin Türkiyə vətəndaşlığından çıxarılması barədə qərar qəbul edib.
    Türkiyə mətbuatı xəbər verir ki, bununla bağlı qərarı Adana 11-ci Ağır Cinayətlər Məhkəməsi verib.
    Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F.Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb.

    Muxalifet - 26-05-2017

  15. "Azərbaycandakı casusları zərərsizləşdiririk" - DTX SƏDRİ

    "Azərbaycanda digər dövlətlərin maraqları çoxdur"
     
    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev Azərbaycan ordusunda bəzi hərbçilərə qarşı keçirilən əməliyyatla bağlı açıqlama verib.
    M.Quliyev bildirib ki, əməliyyatı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həyata keçirib: "Möhtərəm Prezidentimizin tapşırığı ilə bu tədbirlər keçirildi. Bilirsiniz ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur. Təbii ki, burada casuslar da var. Biz onları zərərsizləşdiririk. Bunlar həyata keçirilən tədbirlərin nəticəsidir".

    Muxalifet - 27-05-2017

  16. "Bu aeroportu bir neçə dəqiqəyə məhv edərik" - GENERAL ERMƏNİLƏRƏ XƏBƏRDARLIQ ETDİ

    İşğalçı Ermənistanın, həmçinin Qarabağdakı separatçı rejimin rəhbərliyinin son zamanlar dövriyyəyə buraxdığı yeni avantürist məlumatlara Azərbaycandan verilən kəskin və operativ reaksiyalar, deyəsən, təsirsiz ötüşməyib. Hər halda, erməni mətbuatında Bakıdan verilən reaksiyalara yer ayrılması da bundan xəbər verir.
     

    Muxalifet - 27-05-2017

  17. Orqan ticarətinin mərkəzi olan İsrail: "Uşaqların bədənlərini yarıb..." - DƏHŞƏTLİ FOTO/VİDEO

    Statistikaya əsasən keçən il keçirilən orqan transplantasiyası əməliyyatlarının sayı 30%-ə qədər azalıb.
     
     Bu sahədə donorların bağışladığı orqanlar hər zaman ehtiyacı olan insanlara verilmir. Bəzən bu yolla orqan mafiyası öz biznesini davam etdirir. Bəzən valideynlər erkən yaşda dünyasını dəyişmiş yaxınlarının orqanlarını ehtiyacı olan xəstə uşaqlara bağışlamaqla xeyirxah işə imza atdıqlarını düşünürlər. Lakin bu heç də belə deyil.

    Muxalifet - 27-05-2017

  18. ​Aygün Kazımovaya DTX-da vəzifə verildi

    Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.
    Muxalifet.az bildirir ki, bu barədə Femida.az-a xalq artisti özü məlumat verib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.

    Muxalifet2 - 27-05-2017

  19. ​“Nəcməddin Sadıkovun adının çəkilməsi nə vaxtdan hərbi sirr olub?!” – VÜQAR MƏMMƏDOV

    “Biz hərbi sirr yaymışıq ki, prokurorluğun xəbərdarlıqlarına tuş gələk?!”
     
    ““Hürriyyət”in jurnlistlərini ev almaqdan məhrum etmək ədalətsizlikdir”
     
    Mayın 25-də “Hürriyyət” qəzetinin və Hurriyyet.org saytının baş readaktoru Vüqar Məmmədov Baş Prokurorluğa çağırılıb. Prokurorluqda baş redaktora rəhbərlik etdiyi mətbu orqanda “dövlət sirrinin yayılması” ilə bağlı rəsmi xəbərdarlıq olunub.

    Muxalifet2 - 27-05-2017

  20. İtaliyada G7 sammiti başa çatdı

    İtaliyanın Taormina şəhərində G7 ölkələrinin sammiti başa çatıb.
     
    Sammitin yekun bəyannaməsi qəbul edilib. Bəyannamədə terrorizmlə və ekstremizmlə mübarizənin vacibliyi qeyd edilir.
    Ekspertlər hesab edirlər ki, bu sammit əsas problemlərin həlli üçün konkret qərarların olmaması baxımından əvvəlkilərdən daha faydasızdır. İndi bütün diqqət G20-nin Hamburqda keçiriləcək toplantısına yönəlib.

    Muxalifet - 28-05-2017

Pages