Bu gün Milli Məclisin son iclası keçiriləcək
31-05-2017 09:34

Bu gün Milli Məclisin yaz sessiyasının son plenar iclası keçiriləcək.
İclasda Azərbaycanla bir sıra ölkələr arasında imzalanmış sənədlərin təsdiqi, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi, Cinayət Məcəlləsinə, Vergilər Məcəlləsinə, Əmək Məcəlləsinə, "Uşaq hüquqları haqqında", "İşsizlikdən sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında" və digər qanunlara əlavə və dəyişikliklər olmaqla 41 məsələ müzakirəyə çıxarılacaq.