ABŞ-dan Şimali Koreyaya cavab: RAKET SINAĞI

ABŞ orta ölçülü raketdən müdafiə sistemini sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Məsələ ilə bağlı açıqlama verən Pentaqon sözçüsü Ceff Devis bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.
Qeyd edək ki, ABŞ Hərbi Qüvvələrinin bu addımının Şimali Koreyanın ardıcıl ballistik raketləri sınaqdan keçirməsi dövrünə təsadüf etməsi diqqət çəkib.