Ağ Evdən "GENOSİD" təkzibi

Baxış sayı:
6632

Muxalifet.az “hürriyet”-ə istinadla xəbər verir ki, Ağ Ev rəsmisi “Suriyada etnik təmizləmə” iddialarını təkzib edib. ABŞ-ın yüksək çinli rəsmisi telekonfrans yayımında Suriya mövzusunda çıxış edərək Suriyada “etnik təmizləmə”iddialarını təkzib edib, “İndiyə qədər hər hansı bir etnik təmizləmə faktına rast gəlmədik”,-deyə bəyanat verib. Türkiyə ilə ABŞ arasında Suriyanın şimalına dair əldə olunan razılaşmadan məmnun olduğunu buldirən ABŞ səlahiyyətlisi “Bir NATO üzvü olan Türkiyə ilə yaxşı münasibətlər qurmağı çox səbirsizliklə gözləyirik. Eyni şəkildə kürdlər ilə də yaxşı münasibətlərimizi davam etdirmək istəyirik. Bölgədəki dinc əhalinin qorunması üçün “türklər, kürdlər və digər müttəfiqlərimiz ilə birgə işlər aparacağıq”-deyə ifadə edib. Suriyada İŞİD-in yenidən fəallaşması ehtimalına qarşı neft yataqları olan ərazilərdə bir qədər əsgər saxlayacaqlarını söyləyən AĞ Ev rəsmisi “ Tramp administrasiyasının məqsədi sonda bütün ABŞ əsgərlərini Suriyadan çıxarmaqdır, bunun bir gün baş verəcəyinə inanırıq”-deyə fikrini bildirib. Bununla belə Suriyada nə qədər əsgər saxlanılacaq sualına, buna Pentaqonun qərar vermək səlahiyyətində olduğunun qeyd edərək cavab verməkdən yayınıb. Türkiyə ilə Rusiya arasında əldə olunan sazişə münasibət bildirərkən “bu saziş iki ölkənin arasında bağlanıb. Bunda bizim rolumuz yoxdur. Türklər ilə Tel Abyad və Rasulayn arasında M4 quru yoluna qədər olan bölgə üzərində işlədik, bu bölgəni yüksək səviyyədə yoxlayıb təhvil verdik”-deyə davam edib. Türkiyənin bölgədə “etnik təmizləmə” aparmış olduğu iddialarına isə “İndiyə qədər hər hansı bir etnik təmizləmə faktına rast gəlməmişik”,-deyərək təkzib verib. ABŞ-Türkiyə münasibətlərinə toxunan dövlət rəsmisi ,”Türkiyə doxsan milyon əhalisi olan çox əhəmiyyətli bir ölkədir. Avropa ilə Asiya arasında strateji bir mövqedə yerləşir. Burada çox sayda amerikalı, minlərlə ABŞ əsgəri var. ABŞ hər kəslə isti münasibətlər qurmaq istədiyini söyləyir. Biz də təbii ki, Türkiyə ilə yaxşı əlaqələr qurmaq istəyirik”-ifadələrini işlətdi. Muxalifet.az