ABŞ Türkiyəni S-400-ə görə ŞANTAJ EDİR

Baxış sayı:
3325

 
Türkiyənin “Patriot” raketdən müdafiə sistemi əldə etmək istəyinə rədd cavabı verən ABŞ , ölkənin S-400 almasını hələ də həzm edə bilmir. Vaşinqtonun imtina etməsinin ardınca Türkiyə Rusiyanın cəlbedici təklifini nəzərdən keçirib, S-400 hava hücumundan mühafizə sistemnə sahib oldu və Türk dövlətinin regionda davamlı olaraq güclənməsi ABŞ-ı narahat edir.
Bu barədə Muxalifet.az  "Güneş" nəşrinə istinadla xəbər verir.

PKK-ya otuz min tır silah verən ABŞ Türkiyənin Rusiyadan yenidən S-400 almasına qarşı silah sanksiyası tətbiq etməyə hazırlaşır. Bir zaman Ankaraya “Patriot” sistemi, helikopter və yeni sistemli silah-sursat satmaq istəməyən Vaşinqton indi Türkiyənin F-35 almasından qıcıqlanır. ABŞ-ın dövlət departamentinin yüksək çinli rəsmisi bildirir ki, Vaşinqton administrasiyası S-400 sistemlərnin qurulmasını istəmir və bununla bağlı hökumətə təzyiq edir. “Reuters “-in yazdığına görə jurnalistlətlə anonim şəkildə söhbət edən ABŞ rəsmisi ,“ Türkləri S-400-dən imtnaya məcbur etmək üçün onlara əvvəlki kimi təzyiq edilir: iki seçim var. Sistemi işlək vəziyyətə gətirməmək, ya da geri qaytarmaq. İstənilən yol məqbuldur”,- deyə o ifadə edib. O, davam edərək , “ biz qızıl ortanı tapmaq istəyirik, bu işin yenidən nəzərdən keçirilməsindən danışırıq. Bu məsələ hələ də gündəmdədir”,- deyə bildirib.
Həmçinin Vaşinqtonun “müstəqil siyasət” yeridən indiki hökumətdən fərqli olaraq, əvvəlki nəzarət olunan, sözəbaxan və marionet türk hökumətlərini həsrətlə xatırladığı da diqqətdən qaçmır. Dövlət rəsmisi qeyd edib ki, türk hökumətində hər kəs prezident Ərdoğan kimi düşünmür və “ Əvvəllər türk hökumətləri belə deyərdi: “ yaxşısı budur, ruslara görə risk etməyək. Özümüzü NATO-dakı müttəfiqlərimizdən, Vaşınqtondan təcrid etmək – təhlükəlidir”,- deyə əlavə edib.
Maraqlıdır ki, o, Türkiyənin hələ “Patriot” raket kompleksi almaq şansı var. Əslində Türkiyə S-400 almalı deyildi və indi məsələ bu sistemi netrallaşdırmaq, təcrid etməkdir”, deyə söhbəti yekunlaşdırıb.
Muxalifet.az