44 yaşlı qadın əri tərəfindən bıçaqlandı - SUMQAYITDA
16-06-2019 17:50
Baxış sayı:
3148
Sumqayıtda 44 yaşlı qadın bıçaqlanıb.
"Report"un məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
Belə ki, Sumqayıt şəhər sakini, 1975-ci il Babayeva Tahirə Səxavət qızıyaşadığı evdə əri tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.