​ “Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verilməsi Türk dünyasını parçaladı” – İLHAM ƏLİYEV

Baxış sayı:
18190

“20-ci əsrin əvvəllərində Zəngəzurun bolşeviklərin əliylə Azərbaycandan qopardıb, Ermənistana verilməsi Türk dünyasını çoğrafi olaraq parçaladı”.

Muxalifet.az xəbər verir ki, bu haqda Bakıda keçirilən Türk Şurasının 7-ci sammitində  Prezident İlham Əliyev bəyan edib.         
Ölkə başçısı xatırladıb ki, Türk Şurası sovet hakimiyyətinin ilk illərində Azərbaycandan alınıb, Ermənistana verilmiş coğrafi bir bölgə olan Zəngəzurun əsas ərazisi olan Naxçıvan şəhərində 2009-cu ilə təsis edilmişdir.
"Təəssüf ki, bununla da Türk dünyasında bağlar qoparılmışdır", -Prezident ifadə edib.
Eyni zamanda, Azərbaycan lideri Şurada sədrliyin Azərbaycana keçəcəyi dövrdə üzv ölkələrin strukturları arasındakı əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi üçün daha da səy göstəriləcəyinə söz verib.
Xatırladaq ki, Əliyev Zəngəzur məsələsini Şuranın əvvəlki sammitlərində də qaldırmışdı.
Muxalifet.az