Zaxarçenkonun qətlinin təfərrüatları məlum oldu - YENİLƏNİB
31-08-2018 21:39
Baxış sayı:
3031

Donetskdə partlayış nəticəsində tanınmamış "Donetsk Xalq Respublikası"nın rəhbəri Aleksandr Zaxarçenko ölüb.
Muxalifet.az“RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış kafedə baş verib.
Eyni zamanda bildirilir ki, partlayış nəticəsində separatçı rejimin gəlirlər naziri Aleksandr Timofeyev yaralanıb.
Qeyd edək ki, A. Zaxarçenko 2014-cü ilin avqustunda “Donetsk Xalq Respublikası”nın Nazirlər Sovetinin rəhbəri seçilib.