YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ - Abiddin Hüseynov kimdir? + DOSYE

Baxış sayı:
4671

Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.
 
Bununla bağlı müvafiq sərəncam imzalanıb.
 
Yeni nazir müavini Ali Məhkəmənin hakimi Abiddin Hüseynov olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.
 
Qeyd edək ki, Abiddin Hüseynov 1977- ci ildə anadan olub.
 
O, lk ali təhsilini Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda alıb, 1997-ci ildə həmin İnstitutun Politologiya fakültəsinin bakalavr pilləsini, 1999-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
 
Məlumatda qeyd olunub ki, 2000-ci ilin yanvar ayında iş fəaliyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquq məsələləri şöbəsində başlayaraq, həmin il ikinci ali təhsil üzrə Rusiya Federasiyasının “Yujdağ” İnstitutunun Hüquqşünaslıq fakültəsinin qiyabi bölməsinə daxil olub.
 
2002-ci ildə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Şimali Qafqaz filialının Hüquqşünaslıq fakültəsinə köçürülüb və həmin ali təhsil müəssisəsinin qiyabi bölməsini 2003-cü ildə bitirib. 28.11.2003-cü il tarixində ona Rusiya Federasiyasının vahid dövlət nümunəli “ВСБ 0640474” nömrəli diplomu verilib.
 
2000 - 2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində aparıcı mütəxəssis işləyib.
 
2003 - 2004-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində məsləhətçi kimi çalışıb.
 
2004 - 2008-ci -cü illərdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin köməkçisi işləyib.
 
2008 - 2010-cu illərdə Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini kimi fəaliyəyt göstərib.
 
2010 - 2013-cü illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi işləyib.
 
2013 - 2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.
 
2020 - ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2023 - cü ilən isə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü olub.
 
11.02.2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.