YAP-IN QAPALI TOPLANTISI KEÇİRİLİR – Hansı məsələ müzakirə olunur?

Baxış sayı:
8523

Hazırda hakim Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası keçirilir. Bu barədə iqtidar partiyasındakı mənbə məlumat verib.

Toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsinin müzakirə olunduğu ehtimal edilir. 

Partiyanın qərarı əsasında YAP-dan olan deputatların növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət edəcəyi gözlənilir./azpolitika