XAMENEİ ÖLÜB? - Tehrana qoşun yeridilir... / YENİLƏNİB

Baxış sayı:
17011

“İranda ciddi hərəkətlənmə başlayıb. Ötən gün İsfahan və Təbrizdəki ordu hissələri Tehrana aparılıb”.

Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə sosial şəbəkə hesabında paylaşıb. Onun sözlərinə görə, İranın dini rəhbəri ayətulla Əli Xamneyinin dünyasını dəyişməsi güman edilən versiyalardan biridir:

“Hakimiyyət içərisində ciddi qarşıdurma var. Yeni dini rəhbərin kim olacağı barədə bir neçə qrup və maraqlı dövlətlərin mübarizəsi gedir. Güney Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayacaq. Bunu bilən fars hakimiyyəti güneyli liderlərin və fəalların hərəkətlərini, evlərini tam nəzarətə götürüb. Həbslər və terror da gözlənilir”.

Partiya sədri həmçinin cənublu soydaşlarımıza da müraciət edib: “Onları birliyə və ayıq-sayıqlığa, vahid mövqe nümayiş etdirməyə çağırıram. Heç bir təxribata uymadan, vahid milli cəbhədə birləşərək addım-addım istiqlalımıza yürüməliyik. Rejimi kimsə qoruya bilməyəcək. Biz Güney Azərbaycanın istiqlalı üçün sistemli, ardıcıl, qətiyyətli mübarizə dönəminə qədəm qoyuruq”.

***

İran İslam Respublikası lideri Seyid Əli Xameneinin ümumi vəziyyəti ağırdır. Artıq onun xərçənginə qarşı yeni müalicə üsulları nəticə vermir. O, bu ilin sonuna kimi prostat xərçəngi ilə mübarizə apara bilməyəcək.

Bu barədə İran İslam Respublikası liderinin səhhətinə nəzarət edən tibbi qrupundakı bir mənbə məlumat verib. 

"Həqiqətən həkimlər qrupu cəhdlərini dayandırmasa da, xərçəng bütün bədəni bürüdü, indi xərçənglə mübarizə aparmaq mənasızdır", - mənbə bildirib./"unikal"

***

İki gündür sosial şəbəkələrdə İranın Ali dini lideri Əli Xameneinin ağır xəstə olması, buna görə ali şuranın toplantısının təxirə salınması barədə məlumatlar yayılır. “Amerikanın səsi” Şərqi Azərbaycan vilayətinin Mütəxəssislər Məclisindəki nümayəndəsi Haşim Həşimzadə Hərisinin iclasın Əli Xameneini “narahat etməmək üçün” təxirə salındığı ilə bağlı açıqlamasını yayıb. Bu isə müxtəlif iddiaların daha da genişlənməsinə səbəb olub.

Xameneinin vəziyyətinin son dərəcə kritik olduğu, hətta vəfat etdiyi, buna görə də onun oğlu Müctəbanın İranın Ali rəhbəri vəzifəsinə hazırlandığı haqqında xəbərlər yayılmaqdadır.

Məsələ ilə bağlı axar.az sorğusuna cavab olaraq İran səfirliyindən verilən açıqlamada yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

“Bizdə olan məlumata görə, Xamenei vəfat etməyib. Ağa sağ-salamatdır və heç bir problemi yoxdur. O öz işinin başındadır”, - deyə bildirilib.