Əliyevlə Paşinyanın geniş tərkibdə görüşü keçirildi - RAZILIQ ƏLDƏ OLUNDU / YENİLƏNİB

Baxış sayı:
679

Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər.

Muxalifet.az "Report"a istinadən xəbər verir ki, bu razılıq Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə əldə olunub.

Məlumatda qeyd olunub ki, tərəflər hər iki cəmiyyətin sülhün faydalarına real həyatda şahid olduqlarını qeyd ediblər.

Onlar ikitərəfli ticarətin başlamasından və Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən Ermənistana taxıl və digər malların Azərbaycan ərazisindən tranzitinin həyata keçirilməsindən məmnun olduqlarını bildiriblər.

***
Əbu-Dabidə fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə geniş tərkibdə görüşü keçirilir. Muxalifet.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.