ABŞ İranı 40 min hərbçi ilə mühasirəyə alıb - DÖVLƏT KATİBİ AÇIQLADI

ABŞ-nin hazırda Yaxın Şərqdəki səkkiz və ya doqquz bazada təxminən 30 – 40 000 əsgəri var və bunların hamısı İranın əhatə dairəsindədir.
Bu barədə ABŞ dövlət katibi - milli təhlükəsizlik müşaviri Marko Rubio bildirib.
"Həmin regiondakı səkkiz və ya doqquz obyektdə 30 – 40 000 Amerika əsgəri var. Onların hamısı, nəzəri olaraq - yox, əslində nəzəri olaraq deyil - hərbi mövcudluğumuzu təhdid edən İranın minlərlə kamikaze dronunun və qısa mənzilli ballistik raketlərinin əhatə dairəsindədir", - xarici siyasət idarəsinin rəhbəri Senatın Xarici Əlaqələr Komitəsinin dinləməsində deyib.
"Bu potensial təhlükədən müdafiə olunmaq üçün regionda, sadəcə minimum olaraq, kifayət qədər qüvvəyə sahib olmalıyıq", - o vurğulayıb. Rubio həmçinin təsdiqləyib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat ehtimalını istisna etmir və Amerika tərəfinin fikrincə, bu, qabaqlayıcı tədbir olacaq. "Prezident (Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp) həmişə qabaqlayıcı hərbi seçim hüququnu özündə saxlayır", - dövlət katibi vurğulayıb.








































