“Azərişıq”da baş verən özbaşınalıqlar barədə Prezidentə şikayət etdi, işindən azad olundu – VİDEO-MÜRACİƏT

Baxış sayı:
946

“Azərişıq” ASC Sumqayıt RETSİ-nin istismar üzrə mühəndisi, şəhid ailəsinin üzvü Quliyev Anar Ələmqulu oğlu tərəfindən Muxalifet.az saytının redaksiyasına video-müraciət daxil olub. Saytımız vasitəsilə aidiyyəti qurumlara müraciət edən şikayətçi iddia edir ki, “Azərişıq” ASC-də baş verən özbaşınalıqla bağlı Prezidentə müraciət etdiyi üçün, qanunsuz olaraq, işindən azad edilib:
“Bu ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə kütləvi informasiya vasitəsilə müraciət edib, “Azərişıq” ASC-də baş verən özbaşınalıqlar barədə məlumat vermişəm. Adını çəkdiyim qurum bundan bir nəticə çıxarmayıb, əksinə, fevral ayında “Sumqayıt” RETSİ-nin rəisi Həbib Əzizovun şər-böhtan dolu təqdimatına əsasən məni işdən azad edib.
Dəfələrlə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun qəbulunda olmaq istəmişəm, lakin mümkün olmayıb”.

A.Quliyev deyir ki, “Azərişıq” ASC-nin vəzifəli nümayəndələri onu qəbul edib, yazdığı ərizələrini geri götürməsini istəyirlər. “Məhkəməni dayandırsam, məni işimlə təmin edəcəklərini bildirirlər”, - deyən şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi oxucularımıza təqdim edirik:
Muxalifet.az