Hakimin oğlu arvadını bıçaqladı, daha sonra özünə qəsd etdi
27-01-2026 00:41
Baxış sayı:
172

“Dünən gecə 35 yaşlı bir kişi özünü qonşu binadan ataraq öldürüb. Özünə qəsd etməzdən əvvəl isə həyat yoldaşını bıçaqlayıb”.
Muxalifet.az xəbər verir ki, bu barədə müğənni Nura Suri paylaşım edib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib.
34 yaşlı Emil Əliyev qısqanclıq zəminində həyat yoldaşına bıçaq xəsarəti yetirib. Daha sonra özünü binadan ataraq həyatına son qoyub.
Qeyd edək ki, E. Əliyevin atası Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevdir.







































