"'Ər arvadını cinsi əlaqədə olmağa məcbur edə bilməz" - FRANSADA QANUN QƏBUL OLUNDU

Baxış sayı:
133

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) rəsmi nikahlarda ərlə arvad arasında bəzi öhdəliklərin ləğvi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Məlumatı "France 24" yayıb.

Qanun layihəsi artıq təsiq üçün Senata (yuxarı palata) göndərilib.

"Qadın hüquqları qrupları hesab edir ki, bəzən tərəflərdən birinin cinsi əlaqəyə razılıq vermədiyi hallarda və təcavüz zamanı nikah öhdəliyi anlayışından sui-istifadə olunur. Qanun layihəsi bu tənqidlərdən sonra müzakirəyə çıxarılıb. Təsdiqlənmiş yeni layihəyə görə, "birgə yaşamaq" anlayışı ərlə arvadı cinsi əlaqədə olmağa məcbur edə bilməz", - xəbərdə qeyd olunur.

O da qeyd edilir ki, Fransa Mülki Məcəlləsində nikahla əlaqəli dörd vəzifə sadalanır: sədaqət, maddi öhdəliklər, kömək və birgə yaşamaq, lakin burada cinsi yaxınlıqla bağlı məqam qeyd edilmir:

"Bu arada, məhkəmə qərarları bəzən "birlikdə yaşamaq" anlayışını "birlikdə yataqda olmaq", yəni "nikah borcunu" yerinə yetirmək kimi şərh edir.

Hətta 2019-cu ildə bir kişi bu arqumentlə həyat yoldaşından boşanıb. Onun sözlərinə görə, həyat yoldaşı ona yataqda qarşılıq vermirmiş. Qadın ona qarşı irəli sürülən ittihamlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində şikayət edib və məhkəmədə bunun boşanma üçün səbəb olmadığı aydınlaşıb"./oxu.az