Xameneinin nəvəsindən fars rejiminə açıq etiraz...

Baxış sayı:
54336

Onun Nyu-York küçələrində hicabsız, müasir geyimdə gəzməsi etirazla qarşılanmamalı, əksinə, təqdir olunmalıdır

Bu günlərdə elektron KİV-lərdə Tehranın şovinist fars faşizmi rejiminin Ali Dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin nəvəsinin ABŞ-ın Nyu-York şəhərində hicabda deyil, dünyəvi qadınlara məxsus paltarda video-görüntüləri yayımlandı.
Video-görüntüdən bəlli olur ki, Xameneinin rəhbərlik etdiyi faşist molla rejiminin fars şovinizmi başqa millətləri din pərdəsi altında ideoloji əsarətə alaraq, onlar üzərində hökmüranlıq etməyə çalışır. Bu məqsədlə də islamın şiəlik cərəyanına əsaslanan şəriət qanunları ilə deyil, dünyəvi dövlətdə, bəşərin inkişafının bu günkü səviyyəsinə cavab verən azad və demokratik quruluşda yaşamağa israrlı olanlar ölkədən didərgin salınaraq müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da yaşamağa məcbur olurlar. Hansı ki, onlar Xameneinin dünyəvi libas geyinmiş nəvəsini, – İranda saçlarını һicabla örtmədiklərinə görə bizim qızlarımızı öldürürlər, baxın görün Xameneinin nəvəsi utanmadan nə geyinib”, – sözləri ilə qarşılayaraq, molla rejiminə öz etirazlarını bildiriblər.
Əslində Xameneinin müasir, ciddi qadınlar kimi çox abırlı paltar geyinmiş nəvəsinin libasına hətta kiçik bir irad tutmağa cəhd etmək belə, haqsızlıq olardı. Obyektiv olduqda, onun nə libasına nə də video-görüntüdəki davranışına heç bir irad tutmaq mümkün deyil. Əslində isə onun abırlı, həm də insanların bu günkü inkişaf, şüur və həyat tərzinə bütün parametrləri ilə uyğun olan bir libasda, həm də Qərb dünyasının lokomotivi olan ABŞ-ın meqapolisi Nyu-Yorkda görünməsi bir neçə cəhətdən təqdirəlayiq olduğu kimi, həm də onun qəhrəmanlığıdır.
Əslində hicab altıncı əsrdə yaşamış Məhəmmədin həmin dövrdə küçəyə tək çıxan qadını zorla həyətinə salaraq özünün ovu sayan vəhşi ərəblərin şüur səviyyəsinə uyğun meydana çıxmışdır. Bu, ərəblərin mənəviyyatını, əxlaqını, psixologiyasını ideoloji cəhəddən qandallayaraq əsarət altında saxlamaq üçün idi. Hansı ki, bu gün İslam adı altında ildə 30 milyard ABŞ dolları həcmində xalis gəlir göturən Səudiyyə Ərəbistanının kralının vəliəhdi, Qərbin ən elit universitetlərində dünyəvi təhsil almış Salman XXI əsrdə– “Qadınlar da bəzi hallarda insandır”, – deyərək öz xislətlərini nümayiş etdirilər.
Bütün dinlər, xüsusilə də islam insanları qul, qadınları isə bütövlükdə canlı əşya olaraq dəyərləndirir. Məhz buna görə də dini əsasla qurulan dövlətlərdə insanların bəşəri hüquqları ifrat dar çərçivədə qandallanır, onlar qul kimi fiziki-mənəvi istismara məruz qoyulur. Bununla da insanlığa qarşı ən böyük və genişmiqyaslı, ağır və vəhşi cinayət törədərək, həm də bəşərin inkişafını ləngidirlər.

Son 44 il ərzində şovinist fars molla-faşist rejimi də din şuarı altında ölkənin aborigen milləti və ərazisinin sahibi olan 60 milyondan çox türkü, ümumilikdə 10 milyondan çox olan kürd, ərəb, bəluc, lor və sairə millətləri iqtisadi, inzibati, ideoloji, ekoloji, fiziki, mədəni, mənəvi, əxlaqi terrora mərus qoyaraq vəhşicəsinə talayır və assimilyasiyaya məruz qoyur.
Birincisi, Xameneinin nəvəsinin bu addımı istər-istəməz dünyanın ən müdhiş və qatı dini əsaslarla idarə edilən dövlət rəhbərinin öz ailə üzvlərinin dinlərin, xüsusilə islam dininin müasir insan hüquqlarının ziddinə olaraq, qadınları hicab adlı fərdi zindanda saxlayanlara, ilk növbədə Tehranın şovinist fars molla faşizminə qarşı üsyandır. Həm də bu üsyanı əhalinin aşağı təbəqəsindən olub, molla rejiminin iqtisadi-ictimai eybəcərliklərindən əziyyət çəkən zümrənin deyil, ölkəni və əhalini quldurcasına talayıb, öz ailə üzvlərinin istifadəsinə vermiş dövlət başçısının nəvəsinin etməsi birbaşa və birmənalı olaraq rejimin ideoloji əsasına qarşı edildiyini sübut edir.
İkincisi, onun bu üsyanı islam dinində qadın üçün fərdi zindan olaraq icad edilib, qadını son dərəcə məhdud şüur və dünyagörüşünə malik, müti qul, seks materialı olaraq istifadə edilməsinə qarşı olan etirazla bərabər, Şərq qadınının 1400 ildən bəri salındığı bu zindanın onun azadlıq uğrunda mübarizə əzmini və iradəsini qıra bilməyəcəyinin təzahürü, nümayiş etdirilməsidir. Bu halda istər-istəməz ortaya belə bir sual çıxır ki, “Xameninin Nyu-Yorkda dünyəvi libasla cəmiyyət arasına çıxan nəvəsinə etiraz edən etrazçılar haqlıdırlarmı?” Məhz bu sualla birlikdə bu məsələnin ikili xarakteri, yəni etirazçıların səsləndirdikləri şüarın məzmunundakı antoqonist ziddiyyət ortaya çıxır.
Belə ki, onların bu xanıma “utanmır” deyərək, əslində onun hicabda olmalı olması iddiasını irəli sürmələrinin özü, etirazçıların ondan, dünyəvi libasda cəmiyyət arasına çıxdığına, mahiyyət etibarı ilə onun babasının idarə etdiyi molla faşizmi rejiminin nəzəri əsasını təşkil edən ideoloji sisteminə qarşı təkbaşına həyata keçirdiyi üsyana görə utanmalı olması tələbidir. Əgər bu xanım Nyu-Yorkda şəhərə Tehran rejiminin tələbinə uyğun olaraq hicabda çıxmış olsaydı, onda onun hərəkəti molla faşizminin Qacar yurdunda minlərlə sağlam düşüncəli qadının hicab taxmadığına görə zindanlarda işgəcəyə məruz qoyulması, edam edilməsi, əxlaqsız “əxlaq polisinin” küçələrdə hicabsız qadınlara qarşı zorakı hərəkətlərinə həmrəylik anlamına gəlmiş olardı. Bu baxımdan, etirazçıların “utanmır” şüarı ilə ondan utanmaq tələbi tamamilə haqsızdır. Etirazçıların ondan utanmaq tələbinin özü mahiyyət etibarilə özləri də anlamadan Tehranın müdhiş rejiminin “hicab” siyasəti ilə həmrəylik nümayişi anlamına gəlir.
Etirazçılar şüarlarının digər hissəsində, – “İranda saçlarını hicabla örtmədiklərinə görə bizim qızlarımızı öldürürlər”, deməkdə tamamilə haqlıdırlar. Çünki bəşər cəmiyyətinin inkişafının bu günkü səviyyəsi dövründə həytın bütün elmi, praktiki sahələrində kişilərlə çiyin-çiyinə çalışaraq, böyük nailiyyətlər əldə edib, bəşərin kişilərlə tam bərabər hüquqlu övladı olduğunu sübut etdiyi halda, bəzi dini rejimlərin qadınları hicabda, qul, seks materialı statusunda saxlaması, təkcə bəşəriyyətin inkişafının qarşısını almaq cəhdi ilə bitməyib, qadınlara qarşı edilən ağır və vəhşi cinayətdir.
Məsələnin bu hissəsində etirazçıların molla rejiminə etirazı tamamilə haqlıdır. Məhz bu ikili xarakterə görə, yəni Xameneinin nəvəsinin nəinki babasının vəhşi ideologiyası və rejiminin tələblərini qəbul etməməsi, hətta ona qarşı etdiyi üsyana görə etirazçılar əslində onu Nyu-Yorkda gül-çiçək dəstələri və alqışlarla, “rejimə və rejim sahiblərinə ölüm!” şüarı ilə qarşılamalı idilər. Bu zaman Xameneinin nəvəsinin hərəkəti və molla rejiminə etirazçıların münasibəti obyektiv dəyərləndirilmiş olardı.
Bu insidentin molla faşiminin mahiyyətindən irəli gələn bəzi cəhətləri də mövcuddur. Elektron KİV-lərdə tez-tez Tehranın molla rejiminin rəhbər heyətində olmuş və bu gün də olan islam ideologiyasının ən yüksək dini rütbəli “alimləri” hesab edilən Ayətullahların uşaqlarının, nəvələrinin ölkənin və vətəndaşların sərvətlərinin talanması hesabına xarici dünyəvi ölkələrdə zəngin dünyəvi həyat sürməsini sübut edən video görüntülər sərgilənir. Bu görüntülərin bir hissəsi vətəndaşları 6-cı əsr həyat tərzi yaşamağa zorla məcbur edən rejimin əsarətindən, elə molla rejiminin rəhbərliyində yüksək mövqe tutan babaları, atalarının təkidi, razılığı ilə xarici dünyəvi dövlətə köçüb, orada yaşayanlara, bir hissəsi də vaxtaşırı xarici öklələrə səyahət və istirahətə gedib, sonra qayıdan, ölkədə daimi yaşayan vətəndaşlardır. Bu da qanunla deyil, hansı ideoloji əsasla qurulmasından asılı olmayaraq, quldurluq üsulları ilə idarə olunan quldarlıq, feodalizm mahiyyətli bütün mütləqiyyət üsul – idarəli quruluşlarda vətəndaşlara qanunun tələbinə uyğun deyil, onların ictimai mənşəinə uyğun olaraq ikili münasibət sərgilənməsinin təzahürüdür. 
(Ardı var)
Şapur QASİMİ